Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

 
Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

2020-07-18 00:00:00
2906 baxış

Digər xəbərlər

Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər. Öncə Dövlət himni səsləndirilib və  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri,  polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi  veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar. Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,  Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə  öz minnətdarlıqlarını bildiriblər. Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

Hamısını oxu
Bir qrup hərbi qulluqçu təltif edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Zəfər” ordeni ilə Həsənov Zakir Əsgər oğlu – general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik Quliyev Elçin İsağa oğlu – general-polkovnik Nağıyev Əli Nağı oğlu – general-polkovnik Sultanov Orxan Sedyar oğlu – general-polkovnik Həsənov Ayaz Binyat oğlu – general-leytenant Tahirov Ramiz Firudin oğlu – general-leytenant Vəliyev Kərim Tofiq oğlu – general-leytenant Kərimov Anar Təvəkkül oğlu – general-mayor Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor Sultanov Ağamir Əzizxan oğlu – general-mayor Tağıyev Rəsul Afiq oğlu – general-mayor Dadaşov Haxverdi Xudaverdi oğlu – polkovnik Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) Qapaqov Elşən Rafiq oğlu – polkovnik Quliyev Mətin Ramiz oğlu – polkovnik Məmmədov Baxşəli Musa oğlu – polkovnik Məmmədov Samir Adil oğlu – polkovnik Mirzəyev Nəsib Tahir oğlu – polkovnik Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik Pirverdiyev Akif Səməndər oğlu – polkovnik Samidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra) Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant Rizvanov Anar Tofiq oğlu – polkovnik-leytenant Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik-leytenant Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant Hacıyev Pərvin Aleksandr oğlu – mayor İbrahimov Sahib Bayram oğlu – mayor Mustafayev Bəxtiyar Əli oğlu – mayor Rəhimov Zaur Şirinbəy oğlu – mayor Babayev Şamil Baloğlan oğlu – kapitan (ölümündən sonra) Mahmudov Anar Zahid oğlu – kapitan Tağıyev Cavid Aydın oğlu – kapitan “Qarabağ” ordeni ilə Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant Nağıyev Əfqan Vəli oğlu – general-leytenant Osmanov Nizam Ramazan oğlu – general-leytenant Rəhimov Arzu Yusif oğlu – general-leytenant Abdullayev Cavid Mirhəmzə oğlu – general-mayor Bağırov Ramin Sabir oğlu – general-mayor Bərxudarov Mayis Şükür oğlu – general-mayor Eminov Məmməd Şəmil oğlu – general-mayor Həsənov Hikmət Hüseyn oğlu – general-mayor Kazımov Vasif Ramiz oğlu – general-mayor Abdullayev Rafael Kamil oğlu – polkovnik Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik Əlövsədov Həsən Əli oğlu – polkovnik Quliyev Xaliq Qulu oğlu – polkovnik Məmmədov Teymur Davud oğlu – polkovnik Məşədiyev Taleh Vəliyət oğlu – polkovnik Musayev Telman Qurban oğlu – polkovnik Namazov Eldəniz Firuddin oğlu – polkovnik Omarov Barat Bayram oğlu – polkovnik Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik Pənahov Elşad İslam oğlu – polkovnik Rəhimov Rəşad Manaf oğlu – polkovnik Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik Seyfullayev Cəbi Güləhməd oğlu – polkovnik Şıxiyev Həbib Vələddin oğlu – polkovnik Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant Abdullayev Vüqar Arif oğlu – polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu – polkovnik-leytenant Ağcayev Bayram İlyas oğlu – polkovnik-leytenant Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant Bağırov Ceyhun Əkbər oğlu – polkovnik-leytenant Bayramov Teyyub Nurəli oğlu – polkovnik-leytenant Bədəlov Firuz Əhməd oğlu – polkovnik-leytenant Əmirov Zamiq Məhəmməd oğlu – polkovnik-leytenant Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant Fərmanov Reyhun Arif oğlu – polkovnik-leytenant Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant Həziyev Şəmşir Bəxtiyar oğlu – polkovnik-leytenant Hüseynov Elxan Kərim oğlu – polkovnik-leytenant İbrahimov Pərviz Bəhram oğlu – polkovnik-leytenant İsmayılov Samir Əlmusa oğlu – polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlu – polkovnik-leytenant (ölümündən sonra) Quliyev Anar Eldar oğlu – polkovnik-leytenant Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu – polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu – polkovnik-leytenant Məmmədov Elmir Ağamalı oğlu – polkovnik-leytenant Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant Mustafayev Babək Salman oğlu – polkovnik-leytenant Müslümov Dəyanət Nuru oğlu – polkovnik-leytenant Rəfiyev Elçin Mirzəxan oğlu – polkovnik-leytenant Rizvanov Həbib Səməd oğlu – polkovnik-leytenant Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik-leytenant Rüstəmov Zaur Tahir oğlu – polkovnik-leytenant Rzayev Orxan Nüsrət oğlu – polkovnik-leytenant Salahov Vüqar Nizami oğlu – polkovnik-leytenant Səlimov Şamxal Naid oğlu – polkovnik-leytenant Şadmanov Nəsimi Yunis oğlu – polkovnik-leytenant Şəfiyev Famil Mirsahib oğlu – polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu – polkovnik-leytenant (ölümündən sonra) Tağıyev Samir Nəsrəddin oğlu – polkovnik-leytenant Ağayev Rövşən Eldar oğlu – mayor Axundov Emil Aqil oğlu – mayor Atakişiyev Rəşad Nazim oğlu – mayor Babayev Mahir Tahir oğlu – mayor Balıev Hüseynağa Salman oğlu – mayor (ölümündən sonra) Bilalov Amil Adil oğlu – mayor Cəfərov Azad Asif oğlu – mayor Daşdəmirov Nail Təmraz oğlu – mayor Eminov Elimdar Həsən oğlu – mayor Əliyev Kəramət İbrahim oğlu – mayor Əliyev Pərviz Həmzə oğlu – mayor Əliyev Ramin Rizvan oğlu – mayor Əliyev Rəvan Musa oğlu – mayor Fərəcov Cavid Yaşar oğlu – mayor Fərəcov Əliheydər İsrafil oğlu – mayor Hacıyev Ramid Nəriman oğlu – mayor (ölümündən sonra) Həsənov Əlişan Şakir oğlu – mayor Həsənov Hümmət Fərrux oğlu – mayor Hüseynov Rəhim Qədir oğlu – mayor (ölümündən sonra) Kərimov Taleh Adil oğlu – mayor (ölümündən sonra) Qənbərov İdris Dərya oğlu – mayor Qəribov Sahib Xanlar oğlu – mayor  Qlinçev Anar Mirzəli oğlu – mayor Qurbanov Səfər Qurban oğlu – mayor Mehdiyev Rüstəm Süleyman oğlu – mayor Məlikov Vüqar Telman oğlu – mayor Məmmədov Elşən Tağı oğlu – mayor Mikayılov Azər Əmrah oğlu – mayor (ölümündən sonra) Muxtarov Ələsgər Faiq oğlu – mayor Paşayev Elsevər Vaqif oğlu – mayor (ölümündən sonra) Səfərov Elgün Elmar oğlu – mayor Süleymanlı Elçin Səlimxan oğlu – mayor Şükürov Mahmud Sabir oğlu – mayor Zeynalov Rauf Çingiz oğlu – mayor Ağayev Şamxal Elşad oğlu – kapitan Aslanov Elmin Məhərrəm oğlu – kapitan Babayev Xaliq Əli oğlu – kapitan Baxşəliyev Nizami Füzuli oğlu – kapitan Gülüyev Zaur Rusxət oğlu – kapitan Hacımuradov Səbrulla Hacımurad oğlu – kapitan Həsənov Vüsal Oktay oğlu – kapitan Hüseynov Elşən Əli oğlu – kapitan Hüseynov Ülvü Möhsün oğlu – kapitan (ölümündən sonra) Hüseynzadə Həmidağa Bağı oğlu – kapitan (ölümündən sonra) İbadov Tahir Allahverdi oğlu – kapitan İbrahimov Abdal Rafiq oğlu – kapitan Qurbanov Elman Xanlar oğlu – kapitan Məmmədov Ceyhun İslam oğlu – kapitan Məmmədov Əsgər Zaman oğlu – kapitan Məmmədov Nurlan Qabil oğlu – kapitan Rəşidli Tamerlan Elçin oğlu – kapitan Rüstəmzadə Qalib Firdovsi oğlu – kapitan Rzabəyli Eltürk Əli oğlu – kapitan Şikarov Nəcəf Şikar oğlu – kapitan (ölümündən sonra) Şirinov Kamil Əliş oğlu – kapitan (ölümündən sonra) Tağıyev Elçin Ağaqulu oğlu – kapitan (ölümündən sonra) Vəliyev Rəşad Elşən oğlu – kapitan Həşimov Fərrux Mirzəmməd oğlu – kapitan-leytenant (ölümündən sonra) Abbasbəyli Həmid Cavanşir oğlu – baş leytenant (ölümündən sonra) Abbaslı Arif Firuz oğlu – baş leytenant (ölümündən sonra) Abbaslı Cəlal Cəlil oğlu – baş leytenant Abbaslı Cəsarət Ədalət oğlu – baş leytenant Abbasov Eldar Adil oğlu – baş leytenant Abdullayev İbrahim Habil oğlu – baş leytenant (ölümündən sonra) Abdullayev Ramazan Səfəralı oğlu – baş leytenant Ağayev Süleyman Əhəd oğlu – baş leytenant Aslanov Ülvü Tahir oğlu – baş leytenant Əhmədzadə Natiq Nadir oğlu – baş leytenant Ələkbərov Əlisahib Selman oğlu – baş leytenant (ölümündən sonra) Əliyev Faiq Fəyyaz oğlu – baş leytenant Əsgərzadə Bəkir Zakir oğlu – baş leytenant Feyzullayev Polad Taryel oğlu – baş leytenant Həsənov Vüsal Vüqar oğlu – baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu – baş leytenant (ölümündən sonra) Kazımov Kamran Qurbanəli oğlu – baş leytenant (ölümündən sonra) Quliyev Tural Adil oğlu – baş leytenant Qüdrətli Elçin Yaşar oğlu – baş leytenant Lətifov Lətif Nazim oğlu – baş leytenant Mustafayev Rauf Əzizağa oğlu – baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlu – baş leytenant (ölümündən sonra) Rzazadə Həsən Vüqar oğlu – baş leytenant (ölümündən sonra) Salmanov Həmzə Telman oğlu – baş leytenant Zeynalov Elnur Elsevər oğlu – baş leytenant (ölümündən sonra) Bayramov Emil Mürsəl oğlu – leytenant Bədəlov Fərəc Simran oğlu – leytenant Eyvazov Elvin Pərviz oğlu – leytenant Əsədov Emil Balaqardaş oğlu – leytenant (ölümündən sonra) Hüseynov Qarakişi Arif oğlu – leytenant Qaraşov Məhəmməd İlham oğlu – leytenant Qədirov Məhəmməd Valeh oğlu – leytenant Mehdiyev Rəşad Faxrəddin oğlu – leytenant Məmmədov Əhməd Qüdrət oğlu – leytenant Mövlamov Sabir Rasim oğlu – leytenant Rəsulov Samir Elxan oğlu – leytenant Səmirov Baloğlan Nəriman oğlu – leytenant Şirinov Pünhan Niyaz oğlu – leytenant Cabbarov Yusif Yunsur oğlu – baş gizir Cavadov Natiq Şahin oğlu – baş gizir Fərəcov Famil Yavər oğlu – baş gizir Yusifov Mehman Musa oğlu – baş gizir (ölümündən sonra) Mehdizadə Mərdan Əhməd oğlu – baş miçman (ölümündən sonra) Budaqov Rufiz Şirzad oğlu – gizir (ölümündən sonra) Cavadlı Nemət Cavid oğlu – gizir (ölümündən sonra) Ələsgərli Zaur Mübariz oğlu – gizir (ölümündən sonra) Əliyev Tural Səfər oğlu – gizir Əmənov Məhəmməd İltizam oğlu – gizir (ölümündən sonra) Əsgərov Asəf İlqar oğlu – gizir (ölümündən sonra) Həsənov Mustafa Elşad oğlu – gizir Hüseynov Azər Fəxrəddin oğlu – gizir İbrahimov Əlmuxtar Gülağa oğlu – gizir Qarayev Əfsər Hafis oğlu – gizir Qasımov Nuran Sabir oğlu – gizir Quliyev Nəbi Tələt oğlu – gizir Quliyev Şəhriyar Nəsib oğlu – gizir (ölümündən sonra) Mirzəyev Zəka Kamal oğlu – gizir Nağıyev Anar Sahib oğlu – gizir (ölümündən sonra) Rəşidov Tural Fazil oğlu – gizir (ölümündən sonra) Sadıqlı İbrahim Şahin oğlu – gizir (ölümündən sonra) Zeynalov Xalid İltifat oğlu – gizir Məmmədov Vüsal Qüdrət oğlu – miçman (ölümündən sonra) Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra) Rəcəbov Ruslan Rəcəb oğlu – miçman (ölümündən sonra) Səfərov Elvin Ramiz oğlu – miçman (ölümündən sonra) Abdullayev Elcan Elçin oğlu – kiçik gizir Cavadov Yelmar Elgiz oğlu – kiçik gizir Dəmirov Siyahim Əlizamin oğlu – kiçik gizir (ölümündən sonra) Əzizli Əziz Sabir oğlu – kiçik gizir Xanzadə Elnur Yusif oğlu – kiçik gizir Qardaşxanov İbrahim Səmid oğlu – kiçik gizir Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir (ölümündən sonra) Quliyev Pərviz Aydəmir oğlu – kiçik gizir Quluzadə Orxan Elxan oğlu – kiçik gizir (ölümündən sonra) Mənəfov Şahmar Vidadi oğlu – kiçik gizir (ölümündən sonra) Mikayılov Nazim Namik oğlu – kiçik gizir Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra) Şıxəliyev Mehti Yalçın oğlu – kiçik gizir (ölümündən sonra) Abdullayev Tural Şakir oğlu – baş çavuş (ölümündən sonra) Allahyarov Vüsal Şakir oğlu – baş çavuş (ölümündən sonra) Hüseynli Ələddin Zahid oğlu – çavuş Cabbarov Elnur Şahmurad oğlu – əsgər (ölümündən sonra) Məhərrəmov Əkbər Səyyaf oğlu – əsgər Mənaflı Dursun Marif oğlu – əsgər.

Hamısını oxu
İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
“Daxili Qoşunların qəhrəmanlığı hərb tariximizə qızıl hərflərlə həkk olunub”

12 mart Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günüdür.  Bu əlamətdar gün münasibətilə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Daxili Qoşunların hərb tariximizdəki roluan diqqət çəkib, onların vətənimizin müdafiəsi, işğaldakı torpaqlarımızın azad edilməsi ilə bağlı xidmətlərini yüksək qiymətləndirib: “DİN-nin Daxili Qoşunları respublikamızın erməni işğalından müdafiəsində mühüm rol oynayıb, ən çətin məqamlarda böyük əzm və fədakarlıq göstəriblər. Hələ Birinci Qarabağ müharibəsi dövründə vətənimizi Ermənistan və onun havadarlarından müdafiə etmək üçün ağır döyüşlərə atılan, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də rəşadətlə döyüşdü. Daxili Qoşunlar Vətən müharibəsi zamanı bir sıra yaşayış məntəqlərinin, eləcə də Hadrutun, Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsində xüsusi fəallıq göstərmiş, əsl qəhrəmanlıq nümunələri ortaya qoymuşdur. Əminliklə demək olar ki, Daxili Qoşunların həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hərf tariximizə qızıl hərflərlə həkk olunub”. Millət vəkili Daxili Qoşunların işğaldan azad edilən ərazilərdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Ermənistan 30 ilə yaxın işğal dönəmində torpaqlarımızı minalamış, müxtəlif silah-sursat nümunələri ilə çirkəndirmiş, bu ərazilərdə böyük talanlar və dağıntılar törətmişdir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndən sonra da orada çoxsaylı  problemlər, ciddi təhlükə mənbələri mövcud idi. Daxili Qoşunların istehkamçıları bu istiqamətdə də böyük işlər həyata keçirdi. İşğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsində aktiv iştirak etdilər. Onlar bu gün də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Mən Daxili Qoşunların yaranmasının 33-cü  ildönümü münasibətilə bu qoşun növündə xidmət edən bütün əsgər və zabitləri təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu