РОДНЫМ И БЛИЗКИМ САТТАРОВОЙ ФАТМЫ ГУСЕЙН ГЫЗЫ


9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb. Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.
Hamısını oxu
“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”. Bunu saytımız açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir: “Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk. Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”. Seymur ƏLİYEV
Hamısını oxu
Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb. Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: – yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; – xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; – bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması; – “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; – dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; – bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması; – tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; – qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması; – ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; – istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; – muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; – nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması; – ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; – tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; – idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); – masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması. Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.
Hamısını oxu19-24 may 2019-cu il tarixlərində Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Moskva şəhərində Rusiya Veteranlar İttifaqı Koordinasiya Şurasının növbəti iclası və "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın tədbirində iştirak edib. Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. Gələn il Qələbəninin 75 illiyi əlaqədar Respublikamızda həyata keçiriləcək tədbirlərə hazırlıq barəsində geniş məlumat verib. C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
Hamısını oxu