Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ana vidası

Xaliyar Səfərov müasir özbək ədəbiyyatının tanınmış nümayəndələrindəndir. O, 1983-cü ildə Özbəkistanın Qaşqadərya vilayətinin Çırakçı rayonunda anadan olub.

2005-ci ildə Səmərqənd Dövlət Universitetinin özbək filologiyası fakultəsini bitirib.

Əsərləri “Şərq ulduzu”, “Gənclik” jurnallarında, eləcə də “Özbəkistan ədəbiyyatı və sənəti”, “Kitab dünya” və digər nəşrlərdə dərc olunub. Əsərləri rus, türk, qırğız və qaraqalpaq dillərinə tərcümə olunub.

Aysız gecələr (2010, hekayələr), Qanadsız quşlar (2015, povest həkayələr), “Namus və həyat (2019, povest və hekayələr), Anamın yalanları (2024, hekayələr) adlı kitabları nəşr olunub.

Hazırda “Özbəkistan tarixi” telekanalının “Elmi-populyar telefilmlər” redaksiyasının baş redaktorudur.

Moderator.az Xaliyar Səfərov tərəfindən redaksiyamıza təqdim edilən “Ana vidası” hekayəsini oxuculara təqdim edir.

1

Nəzir kişi kolxozda suçu olaraq işləyirdi. Pambıq yığımı bitəndə hər gün qonşularla həşər yoluyla evdən-evə pambıq çıxarır və həyətin bir küncünə toplayırdılar. Bu gün də həşər idi.

Axşam vaxtı evə qayıtdı. Solmuş üzünü kədər bürümüşdü. Adətən işdən gəlib, evə girər-girməz yemək soruşardı. Ərini bu halda görəndə Müəzzəm xalanın ürəyi sarsıldı.

Sənə nə olub?

Eşikdə fikirli dayanan Nəzir kişi kədərlə cibindən körpə ovucu boyda iki kağız çıxardı.

– Bu lənətə gəlmiş çağırış vərəqəsi mənə də gəldi.

– Vay, vay... uzun, qalın saçlarını iki hörən bərvəstə Müəzzəm xalanın əl-ayağı titrədi. İndi nə edək? Bu nə həyatdı axı.

– Məni qoy kənara, burda Polatı da yazmışlar...

Nə? oğlunun adını eşidən ana huşunu itirdi. Gözlərini qaranlıq bürüdü. Divara söykəndi. Hər ikisi də, ər də, oğul da getsə... Burda həyat, dolanışıq necə olacaq? Polat nişanlıydı. Aman Allahım…

Mən bu imtahana hazıram! Bilirdim ki, bu gün gələcək, amma Polat... Nəzir kişi udqundu. Uşaqlarım haqqında düşünürəm. Onların günahı nə idi axı?

Sınaq deyirsiz, bu sınaq bizi bitirəcək.

Bu müharibə gündən-günə şiddətlənir. Əli silah tutan kim varsa, hamısını dartıb aparır. Mən hətta Kəmal və Cəmşiddən də çox narahatam...

Eyvanda çay qaynadan kiçik oğlu – məktəbdə 9-cu sinfdə oxuyan Cəmşid onların sözlərini eşidib, anasının yanına gəldi.

– Niyə ağlayırsan, ana?

Müəzzəm xala onu qucaqlayıb, daha da möhkəm ağlamağa başladı.

 Biz bitdik balam. Biz bitdik… Atanla qardaşı Polat müharibəyə gedəcək...

Yeniyetmə oğlanın sanki bədəni dondu...

2

1942-ci ilin baharı. Göy buludlu. Yağış yağacaq sanki. Qapı döyüləndə “Ərimdən məktub var mı? Oğlumdan xəbər varmı?” - deyə tələsən Müəzzəm xala evin qarşısında dayanan hərbi maşını görüb sanki dondu.

– Məni bağışlayın, – maşından düşən əsgər nəzakətlə dedi. Sonra cibindən bir vərəq çıxardı.

– Bu nə? – Müəzzəm xala belə desə də, əslində bunun nə olduğunu yaxşı bildiyi üçün titrədi.

– Kəmal Fəxriddinov oğlunuzdur?

Ana cavab vermək əvəzinə başını zəif tərpətdi.

– Vətən təhlükədədir! – Hərbçi təkid etdi. – Bütün qüvvələr müharibəyə səfərbər olunub! Sabah oğlunuzla Vətəni müdafiə etməyə gedəcəyəm! Bizi Vətənin azadlığı gözləyir! Bu şərəfli vəzifəni yerinə yetirəcəyik!

– Vətən də var olsun... – Müəzzəm xala yaylığının ucunu dodaqlarına sıxıb ağladı. – Vəzifə də ölsün! Bu necə bədbəxtlik axı? Ərim müharibəyə getdi. Böyük oğlum da getdi. Hər gün onları gözləyirəm. Nə məktub var, nə xəbər! İndi bu uşağımı da istəyirsiniz! Mənə baxan bu oğlumdur! Göndərə bilmərəm!

– Nə?! – əsgərin dodaqları bürüşüb, sifəti dəyişdi. – Vətənin müdafiəsi müqəddəs borcumuzdur! Kim bundan imtina edərsə, Vətən xaini sayılır! Düz alnından atılır! Oğlun harada? Tez çağır!

Müəzzəm xala başını tutdu.

  Sənə deyirəm, oğlun harada?!

Müəzzəm xala titrədi.

– Can balam. Sənin də anan vardır axı... – dedi yalvaran səslə.

Kəmal həyətin kənarı, odun yığımı yanından tualet üçün çuxur qazırdı. Anasına qışqıran əsgərin səsini eşidib, buraya gəldi. Əynini toz-torpaq örtmüş, kir-pasın içində idi.

– Kamal sənsən? – deyə əsgər soruşdu.

– Bəli.

– Niyə gizlənirsən?

– Yox, gizlənmədim.

– O zaman tez ol, mənimlə gedəcəksən!

– Yox, onu aparmayın, – birdən yalvarmağa başladı ana. – Mənə baxan, başımın üstündə olan bu oğlumdur axı!

– Nə dediyini başa düşürsən? – deyə əsgər Müəzzəm xalaya qışqırdı. – Mənimlə gedəcək. Tez ol, gəl.

– Yox! – ana əsgərin yolunu kəsdi. – Uşağımı verməyəcəyəm! Atası müharibədə, qardaşı müharibədə!

Hərbiçi fit çaldı, o mindiyi maşından iki zabit düşüb gəldi və Kamalın əllərini qatlayıb, maşına saldı.

– Dayanın! – ana ağladı. – Heç olmasa uşağımın paltarlarını verim!

– Heç nə lazım deyil! Səsini kəs, yetər! Unutma, hər şey cəbhə üçün!

Hər şey bir göz qırpımında baş verdi. Maşın getdi. Müəzzəm xala oğlunu aparanların izində addımlayıb qaldı.

 Ana?

Müəzzəm xala başını qaldırıb baxdı və qarşısında kiçik oğlunu görüb zəlil oldu.

– Ay balam, ay balam?! – deyə Cəmşidi qucaqladı. – Qardaşlarınla ​​indi oynayıb güləndə necə kədərli durursan, balam. Zamana od düşdü. Sən və məni yandırdı, balam. Yandırdı... Qardaşını maşına basıb apardılar.

– Ana... – Cəmşid anasının yaşli gözlərinə baxdı. – Dünən Əbdürəhim kişinin oğlunu da belə aparmışlar. Onlar Allahdan qorxmurlar...

– Üç oğul dünyaya gətirdim deyə sevinirdim. Mən sizləri müharibə üçün doğmuşam, balam... Müharibə üçün doğmuşam...

Atasının və qardaşlarının həsrətindən qəlbi göynəyən Cəmşid, anasına necə təsəlli verəcəyini bilmirdi. O zaman ildırım guruldadı, yağış yağmağa başladı.

3

Müəzzəm xalanın iki gözü qapıdan ayrılmadı. Qapı döyüləndə, uşaqlarımdan məktub gəlib yada atası ona şad xəbər göndərib, deyə qaçaraq çıxır. Nə vaxtsa, qapıdan yemək axtaran, dərisində qaşınma olan Alapər içəri girirdi. Sonra sahibəsinin ayaqları altına uzanır.

– Tövbə, tövdə, it doymadığı zaman oldu...

Müəzzəm xala öz-özünə mızıldanıb qapıdan çıxdı. Ətrafına baxır. Qonşu həyətdən körpənin səsi, ananın fəryadı eşidildi.

Ağlama, balam, ağlama, bu ağlamanı müharibədəkilər bilirmi? Sağ olsa, bir gün sənin atan pəncərədən işıq kimi evimizə girəcək. O zaman ağlamağı unudacaqsan, balam. Allah qoysa, o günlər gələcək...

Müəzzəm xalanın sanki ürəyi patladı. Bu səs, bu fəryad sanki qonşu evdən deyil, bütün anaların ürəyindən gəlirdi. O da ümid edirdi: bir gün ata-uşaqlar içəri girəcək, onların evi yenidən işıqla dolacaq. Əri yenə səhərdən nas çəkib, onlara qışqırmağa başlayır.

Qışqırsa da, nas çəksə də razıydım... Müəzzəm xala darıxdı. Oğulları ilə evdə olsa daha yaxşı olardı. Kaş uşaqlarım yanımda olaydı...

Küçədən qara paltarlı gənc qadın uşağıyla keçirdi. Kədərli, ümidsiz idi... Yanında olan balaca qızcığaz da məhzun idi. Ana və uşağın üzünü kədər bürümüşdü.

Yazıq Nəsibə... Əri ilə bir il də yaşamadı, Vahidcanı da döyüşə göndərmişdi. Yaxınlarda qara məktub gəldi...

Müəzzəm xala kədərləndi. Elə bu vaxt küçənin başından axsaq briqadir göründü.

Səhərdən hamı çapığa çıxsın! Bu da bir cəbhə! Kolxozumuzun bütün oğlanları, kişiləri müharibədə! Onlar Vətən uğrunda canlarını verəndə bizim oturub baxmağa haqqımız yoxdur! Pambıq sərvətimizdir! Onu vaxtında yetişdirib, məhsulu zavodlara göndərməliyik! Siz yetişdirdiyiniz pambıq müharibədəki həyat yoldaşınıza, övladınıza isti paltar olacaq!

Kişi olmadan öl! Əvvəlcə Müəzzəm xalanın ağlından bu fikir keçdi. Sonra ona yazığı gəldi. Sağlam olsa o da gedərdi...

Bu zaman küçənin o tayından bir oğlan həyət tərəfə qaçdı. Ardınca “Davuççəmi ver!” deyə qardaşı ağlayıb gəlirdi. O zaman Müəzzəm xala indi bahar olduğunu düşünüb təbiətə baxdı. Ağaclar yaşıl, ətraf mavi, amma bu heç kəsi sevindirmədi...

Qadın “Uşaqlarımsız baharı neynirəm”, deyirmiş kimi darvazanı bağlayıb, içəri keçdi. Bu 1944-cü ilin baharı idi...

Axşam darvaza döyüldü. Qonşular olduğunu düşünərək qapını açan Müəzzəm xala hərbi komissarın astanada dayandığını görüb özünü itirdi.

Cəmşid Fəxriddinov sizin oğlunuzdur?

Ana nəfəsini dərirmiş kimi əsgərə baxdı. Rəngi ​​solğun idi.

Cəmşid Fəxriddinov sizin oğlunuzdur? komissar təkrarladı.

– Mənim ərim, üç uşağım müharibədədir! – bu söz necə ağzından çıxdı, özü də bilmədi.

Sovet ordusu qalib gəlməyə başladı. Ancaq müharibə tam qələbə qazanmaq üçün yenə də adamlar lazımdır!

Sizə deyirəm, ərim müharibədə, uşaqlarım müharibədə! Onlardan məktub, nə də bir xəbər var! Onlar sağdır, yoxsa ölü, bilmirəm! ana ağladı. – Yenə məndən başqa nə istəyirsən! Özüm gedim?!

– Güc tətbiq etməyə məcbur etməyin! Hələ getməli olduğum yerim var. Olmasaydı, maşına mindirər, götürərdim. Yaxşısı, oğlunuz səhər saat altıda əyvanda olsun!

Gənc komissarın hər bir sözü ananın ürəyinə nəştər kimi ilişirdi. Sözünü dedikdən sonra qayıdıb getdi.

Müəzzəm xala qapını bağlayarkən, hönkürərək ağladı.

İndi nə edəcəm?

O göz yaşlarını göstərməmək üçün həyətin küncünə, əri basdıran pambıq yığıma tərəfə keçdi...

...Səhəri gün iki nəfər əsgər Müəzzəm xalanın evinə soxuldu.

Oğlunuz haradadır? – dedi ağsaqqal.

Cəmşid Fəxriddinov haradadır?! Onu haraya gizlətdiniz?! – soruşdu o birisi.

Dünən gecə dedim ki, mənim belə uşağım yoxdur! Hamısı müharibədədir... – deyə ana hönkürtü ilə ağladı.

Yalandır! Sizin iki oğlunuz müharibədədir. Biri isə evdə!

Mənə bax, ərim döyüşə gedib, uşaqlarım sağdır? Əvvəlcə mənə bundan danış! – deyə ana əzgin-əzgin soruşdu.

– Sağdır!

Sağdırsa, niyə onlardan məktub, də bir xəbər var?!

Bunu biz də bilmirik! Mənim də oğlum müharibədədir! – dedi böyüyü. Bir ildir ki məktub almıram! Ödür, diridir, bilmirəm! Amma nə edim? Hər şey cəbhə üçün! Söyləyin, oğlunuz haradadır?

Mənim oğullarım müharibədə! – ana qışqıraraq cavab verdi. Məndən daha nə istəyirsiniz, ey vicdansızlar! Budur evim, budur həyətim! İnanmırsınız, baxın!

Axtaracağıq! – deyə əmr etdi böyüyü.

Onlar evi, mətbəxi, başqa otaqları, hətta odunxanaya da baxdılar. Cəmşid yox idi. Zabitlər ğərəm yığımı yanına gedəndə Müəzzəm xala dözəmədi.

Sizlərə nə deyirəm! deyə qışqırdı. Məni yandırmayın! Ərim, üç uşağım kifayətdir! Gedin, gedin! Əksinə, ərim və uşaqlarımdan xəbər verin.

Sən sovet ordusunu aldatmağa çalışma! – deyə ordu rəisi səsini qaldırdı. Mən oğlanları göndərib, qayıdacağam. O vaxta qədər oğlunu tapmasan, bizdən yaxşılıq gözləmə!

Əsgərlər saçları ağarmış, yanmış, çox ağladığından üzü dərddən qırış-qırış olan, yaşı əlliyə çatmamış, kədərlənən Müəzzəm xalaya baxırdılar.

Əsgərlər bir daha bu yerə addımlamasalar da, qonşular, bəzən kolxoz rəisi başını bulayıb həyətdə dağınıq, çılğın halda odun yığınının ətrafında gəzən Müəzzəm xalanı görüb geri dönürdülər. Bəzən ona yemək gətirirdilər. Yazıq ana gətirdikləri yeməyə baxmırdı, əlindən alıb, odun yığını tərəf getməyə başlayırdı. Bu başqalarında şübhə yaradırdı: Yazıq... ağlını itirib...”.

Müəzzəm xala dərdkəş və yanan qonşu qadınların müəmmalı baxışları, suallarına cavab verməyi istəmir, bəlkə qulaq asmır, gözləri yaşla üzünü çevirir, darvazaya baxır, sonra hönkürərək odun yığını tərəfə keçirdi...

Ağlını itirib... Əvvəl belə deyildi...

Əri oğullarından məktub olmadığı üçün bu vəziyyətə düşmüşdür bəlkə?

Bəs, başqalarının da ürəyini qırmayın.,deyə hönkürdü bir qadın. Xəbər gözləyə-gözləyə, gözlərim deşilib... Bu yazığın əri, üç oğlu da müharibədə...

Qonşular da kədərlənərək evlərinə dağıldılar.

Sınaq günləri vardı. Radiodan müharibə bitib, sovet ordusu Almaniyanın Brandenburq darvazasına yaxınlaşdığını dedilər, amma yaxınlarını müharibəyə göndərmiş analar qadınların, gəlinlərin səbri tükənirdi. Yerlərdə həsrət məktubları əvəzinə qara məktublar çoxalır, işıqları sönən evlər, qara donlu analar, qadınlar bürüyürdü... Dörd ildən artıq vaxtdır ki, əri oğullarından xəbər tutmayan Müəzzəm xala evə girməz, iki gözü darvazada, bəzən qapıda, bəzən təndirin qabağında, bəzən odun yığını yanında ağlayırdı...

Nəhayət, gözlənilən gün gəldi: Sovet ordusu qalib gəldi!

Bütün evlərdə, küçələrdə bayram başladı. Qadınlar bir-birini təbrik edir, alınlarından öpür, sevincdən ağlayır “İndi gəlirlər...” deyərək həyəcanlanır, şirin xəyallar edirdilər...

Müəzzəm xala da odun yığını yanında əvvəlkindən çox gəzirdi. O nədir deyə pıçıldar, amma səsi özündən başqa heç kimə eşidilməzdi. Ətrafda sevinc küləyi əsir, ev sahibləri müharibədən qayıdır, kimsə sağlam, kimsə qolunu, kim ayağını itirib, kiminsə beyni yerində deyil... Amma cismani qüsurlar ikinci plandaydı.

Belə xoş günlərin birində Müəzzəm xalanın ikinci oğlu Kamal müharibədən qayıtdı. O arıqlamış, çubuq kimi olan, paltar içində canlı bədəni deyil, quru skelet olan anasını görəndə, əvvəlcə tanımadı.

– Balam! – dedi Müəzzəm xala və onu qucaqladı. Sağlamsan, balam? Başına dönüm ay oğul. Başına dönüm...

Ana balasının görüşünə doymadan üzündən, gözlərindən öpür, gözlərindən axan yaşlara mane ola bilmirdi.

Atan və qardaşını da görmüsün? – deyə soruşdu.

Kəmal baş tərpətdi.

Balam, sağ-salamat gəlmisən, bəlkə bu yaxınlarda atan qardaşın da gələcək...

Cəmşid harada? – deyə soruşdu döyüşdən eti sərtləşən Kəmal.

Ana birdən oyandı. Əvvəlcə ətrafa baxdı, darvazanı bağladı. Sonra “İndi” deyə həyət axırına, odun tərəfə getməyə başladı.

– Balam, indi çıxa bilərsən...

Ananın bu səsini heç kim eşitmədi. Kəmal təəccüblənib dururdu.

Müəzzəm xala odun yığını yanına gedib evin gözündən uzaq bir ucundan iki-üç bağlama odun götürdü.

Cəmşid, balam. Müharibə bitdi, indi çıxa bilərsən. Bax, qardaşın Kəmal da gəlib!

O yerdən heç bir səs gəlmirdi.

Balam, artıq qorxma. Müharibə bitdi, sərbəst danışın, çıx indi.

Yenə cavab olmadı. Müəzzəm xala sürünərək, yığın arasına girdi. Kəmal anasının bu hərəkətlərini həyrətlə izləyirdi. Bir andan sonra ananın “Bala-a-aam!” deyən qışqırığı eşidildi.

Kəmal tələsərək gəldi. Görürsə, odun yığınlarının arasında yer açılan və dərin çuxur qazılıb. Yadına düşdü: bu həmin, döyüşə gedən gün qazılmış və yarımçıq qalmış tualet yeriydi. Birdən Kəmal müharibənin səngərlərini düşündü. Orada əsgərlər canlarını qurtarar, qəfil hücumlar edərdilər. Buradaysa döş qəfəsinə bıçaq vurulan kiçik qardaşı Cəmşid ölü yatırdı. Ana isə oğlunun başını sinəsinə sıxaraq özünü söyürdü...

Sən müharibəyə gedəcəyəm, dedin, mən göndərdmədim. Mən sənə qardaşının qazdığı tualet çuxurunda gizlən demişdim. Deməli müharibəyə getsən yaxşıydı? Səni gizlətmədən mən ölüm. Səni niyə belə gizlətdim? Niyə? Niyə?! Bax, qardaşın Kəmal gəlib, bir gün atan Polat da gələcək. Tələsməsən, bir gün sən də gələrdin, ay balam. Bu nə bədbəxtlik, balam. Ana olmadan mən ölüm, balam...

Kəmal nə edəcəyini bilmədən səngər divarlarına baxdı. Gördü ki, bir tərəfdə tualet var idi. O biri tərəfdəysə çarx oyulmuş və orada gildən düzəldilmiş alman əsgərləri cərgələri vardı... Sinələrində güllələrlə yatırdılar... Gildən hazırlanmış tanklar çatlamış, parçalanmışdı. Hasarın bir küncündə taxta avtomat vardı. Kəmal qeyri-ixtiyari onu əlinə alıb, sanki atmaq istəyirmiş kimi ətrafa baxdı. Sonra gözü divardakı yazıya dikildi: “Cəmşid – dizərtir!” Amma onun üstündən xətt çəkilmişdi. Altında iri hərflərlə Anam üçün müharibəyə getmədən, burada özümlə döyüşürəm!” deyə yazılmışdı...

Kəmal hər şeyi başa düşdü qardaşı döyüşdə məğlub olmuşdu... Anasına baxdı. Oğlunun başını köksünə qoyub oturmuş Müəzzəm xala göz yaşlarını saxlaya bilməz, özünü söyür, vidalaşır, sinəsinə yumruq vurub ağlayır...

Xaliyar SƏFƏROV

Özbəkcədən tərcümə etdi: Rəhmət Babacan

 

 

 

 

 

 

2024-09-19 21:09:13
876 baxış

Digər xəbərlər

İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu
Şərqdə doğan günəş – Əlişir Nəvai!

Əlişir Nəvai yaradıcılığını öyrənmək ürək əmrimiz olmalıdır “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən V yazı Dünyada insanlıq və ədəbiyyat üçün xidmət edib, dünya miqyasında məşhurlaşmış şairlər çoxdur. Onların əsərlərini əsrlərlə sevərək oxuyuruq, əsərlərindən qəhrəmanları tez-tez dilə gətiririk. Lakin onların arasında, eyni zamanda xalqının dərdini və kədərini aradan qaldıran, ona həmkar və yardımçı olan, eləcə də dünya insanlarını heyrətə salmış əsərlər yaradan yaradıcılardan çox azdır. İndi beş əsrdən artıq bir müddətdir ki, dünya səhnəsindən enməyərək, türkün zəngin və cazibədar dilini hamıya göstərən böyük mütəfəkkir, dövlət xadimi, böyük söz sənətkarı Əlişir Nəvaidir. Bilirik ki, dünyadakı hər bir xalq və millətin araşdırıcı alimləri özlərinin qüdrətli, görkəmli şair və yazıçıları tərəfindən qoyulmuş zəngin mənəvi irsi öyrənib, elmi nəticələrini bildirərək təbliğ etmişlər. Xüsusən, onlar yaradıcılarnın əsərlərindəki söz istifadə bacarığı, istedadı və şəxsiyyəti barədə elmi tədqiqatlar aparıblar. Lakin böyük şair və mütəfəkkir Əlişir Nəvai əsərlərinin leksikası, söz zənginliyi və söz yaradıcılığı barədə xarici alimlər tərəfindən də, özbək alimləri tərəfindən də mükəmməl elmi tədqiqatlar aparılmamışdır. Bu baxımdan, keçən əsrin 70-80-ci illərində tanınmış Nəvayişünas, dilşünas, filologiya elmləri doktoru, professor Bəhram Bafoyev “Nəvai əsərləri leksikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Orada şairin türk dilində yazılmış 24 əsəri həm leksik-semantik, həm statistik, həm də tematik baxımdan kartoteka hazırlayaraq ümumtürk, ərəb, fars, hind, monqol və yunan sözlərinin miqdarlarını elmi təhlil etdi. Xüsusən, Əlişir Nəvai həmin 24 əsərində təkcə 26 035 söz istifadə etdiyini elmi cəhətdən sübuta yetirdi. Məlumdur ki, Əlişir Nəvai fars-tacik və türk qəzəlliyinin dörd əsasını — lafz (söz), məna, məsrəf və qafiyələrin həm nəzəri, həm də praktik tərəflərini mükəmməl mənimsəmişdir. Şairin türk dilində yazılmış dörd divanında 2600 qəzəl, fars-tacik dilində yazılmış divanında isə 554 qəzəl toplanmışdır. Həqiqətən də, Əlişir Nəvai qəzəl janrında dünyanın böyük, görkəmli yaradıcıları arasında liderdir. O, iki dildə 20-dən çox janrda yazmışdır. O qədər müxtəlif janrlarda şair 200 min misra dəyərində sənət əsərləri yaratmışdır ki, bunun haqqında ömrünün sonunda yazdığı “Lisan ut-təyr” dastanında belə məlumat vermişdir: Nazm-nasrım katibi təxminşünas, Yazsa yüz min beyt edərdi qiyas. Belə kim nazm içində etdim iştiğal, Xatırımda çıxmaz idi bu xəyal. Alim Bəhram Bafoyev öz elmi tədqiqatları vasitəsilə Əlişir Nəvainin söz yaradıcılığı və söz zənginliyi baxımından dünyanın qüdrətli şairləri arasında rəhbər olduğunu elmi şəkildə sübuta yetirdi. Alimin elmi tədqiqatları 1983-1985-ci illərdə çap olunan 4 cildlik “Nəvai əsərləri izahlı lüğəti”nin yaradılmasında əsas təməl oldu. Həmçinin, alim lüğətin hazırlanmasında birbaşa iştirak etmiş, həmmüəllif olaraq qeyd olunmuşdur. Belə böyük elmi tədqiqatlar aparmış fədakar alim, uşaqlığımdan Nəvaiyə olan sevgini oyatmış şəxs babamdır, buna görə də fəxr edirəm və gələcəkdə əcdadımın başladığı yolu davam etdirmək, Əlişir Nəvai kimi ölməz söz sənətkarının yaradıcılığını öyrənmək üçün ürək əmrimi yerinə yetirməyə çalışacağam. Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan Dürdanə BƏFOYEVA, Özbəkistan Respublikası Nəvai Dövlət Universitetinin tələbəsi  

Hamısını oxu
Rusiyada beynəlxalq festivalı Azərbaycan teatrının tamaşası ilə açıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi bu il dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Rusiyada görüşlər” adlı XXVI Beynəlxalq Rus Teatrları Festivalında böyük uğurla çıxış edib.Festival Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan və digər ölkələrin kollektivlərinin iştirakı ilə Sankt-Peterburqda (Rusiya) “Baltic House” teatr-festivalında keçirilir. Beynəlxalq festival “Puşkin əbədi” devizi altında keçirilir və buna görə də orada göstərilən tamaşaların əksəriyyəti rus şairinə həsr olunub və onun nəsri, poeziyası və ədəbiyyatı əsasında hazırlanıb.Festivalı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşası ilə açıb. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Rusiya Teatr Xadimlərinin Xaricdə Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə səhnələşdirilib. Tamaşanın Bakıda premyerası 2023-cü ilin iyununda olub. "Kapitan qızı" Aleksandr Puşkinin tarixi hekayəsidir, onun hərəkəti II Yekaterinanın dövründə Emelyan Puqaçovun üsyanı zamanı baş verir. Əsərdə şərəf və vəzifə mövzusu qırmızı xətt kimi keçir.  Festivalın açılışında tamaşanın nümayişi ictimaiyyətdə böyük maraq doğurmuş, Azərbaycan aktyorlarının çıxışı gurultulu alqışlarla qarşılanmış və çoxlu müsbət rəylər almışdır. Qeyd edək ki, festivalın açılışından əvvəl mətbuat konfransı keçirilib və festivalın rəhbəri, “Baltic House” Teatr-Festivalının baş direktoru Sergey Şub, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar Xadim Azərbaycan Mədəniyyət naziri Ədalət Hacıyev, o cümlədən festivalda iştirak edən digər teatrların rəhbərləri.  Mətbuat konfransında Ədalət Hacıyev qeyd edib ki, azərbaycanlı aktyorlar İqor Konyayevlə böyük məmnuniyyətlə çalışıblar.“Kapitan qızı” tamaşası bizim teatrın bütün tamaşaçılarını bir araya gətirir”, - deyə Ədalət Hacıyev vurğulayıb.  Mənbə: azadmedia.az

Hamısını oxu
4 iyun terroru mənfur düşmənin vəhşiliyindən xəbər verir

İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtmışdır. Mənfur düşmənin  torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir. Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir! Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!   Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik.   Müşfiq Məmmədli Millət vəkili

Hamısını oxu