Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir

2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər.

27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir.

Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.

Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah dövlətimizi və ordumuzu qorusun!

Səmyar Abdullayev,

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri

 

2024-09-27 08:16:49
3255 baxış

Digər xəbərlər

Səbail rayonu 2 saylı Texniki Humanitar Liseydə “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  əməkdaşları -  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2024–ci il tarixində Səbail   rayonunda tədbir keçirib. Tədbir  Səbail rayonunda yerləşən 2 saylı Texniki Humanitar Liseydə baş tutub. “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbirdə   Səbail rayon  VT-nın sədri Adilə Yaqubova, Qarabağ müharibəsi veteranı  Aslan Əmrahov, liseyin direktoru Turanə Məcidli, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri liseyin direktoru Turanə Məcidli açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra müstəqilliymiz uğrunda, torpaqlarımızın qorunması yolunda  canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan  polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun  salamlarını tədbir iştirakçılarına çatdırıb.  Adil Haqverdiyev bildirib ki, o özü də  20 Yanvar qırğınının canlı şahididir: “Xalqımıza qarşı torədilmiş qırğın qədər dəhşətli qırğını Əfqanıstanda quluq etdiyim 4 il ərzində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün şəhidlərimizin ruhları  şaddır. Ali Baş Komandan İlham Əliyevinbaşçılığı altında müzəffər ordumuz torpaqlarımızı düşməndən azad edib. İndi  Şuşada Xocalıda, Xankəndində və digər azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”. Daha sonra Adilə Yaqubova, Aslan Əmrahov, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda  xatirə şəkli çəkilib.

Hamısını oxu
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı keçirilib

25 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı keçirilib. Konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Musa Mirzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak edib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanılıb və Mehman İsmayılovun çıxışı ilə davam etdirilib. Sonra Həmkarlar İttifaqının Təftiş komissiyasının hesabatı dinlənilib. Konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif ediblər. Konfransın Mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılıb. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülən Mehman İsmayılov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib. Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxış edərək, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının rəhbər orqanlarına seçilən bütün əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayırıb. Tapdıq Əmiraslanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yarandığı gündən etibarən onlara göstərilən etimadı döğrultmağa çalışdığını, öz fəaliyyətini daim Nazirliklə qarşılıqlı əməkdaşlıq əsasında qurduğunu deyib. Nazir müavini təşkilatın Nazirlik işçilərinin sağlamlığı, ailə üzvləri ilə birlikdə istirahətinin, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların verilməsinin təşkili ilə yanaşı, şəhid ailələrinə, müharibə veteranları və qazilərə diqqət və qayğı göstərilməsində yaxından iştirak etdiyini diqqətə çatdırıb. Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Musa Mirzəyev FHN işçilərinin Həmkarlar Ittifaqının yola salınan illər ərzində fəaliyyətinə nəzər salıb, görülən işləri yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb. Daha sonra konfrans cari məsələlərlə bağlı işini davam etdirib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı şəhid ailələri və qazilərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, 13-14 mart 2024 cü il tarixində Ağdam rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağdam rayonunda Birinci və İkinci Qarabag müharibəsi şəhidlərinin ailə üzvüləri, qazilərlə görüşlər keçirib. Görüşdə Agdam rayon Veteranlar Təşkilatının Sədri Elşən Zeynalov, Təşkilatın sədr müavini Mürsəl Rüstəmov, üzvüləri Rafayıl Zeynalov, Siyavuş Hacıyev, Fəqan Mehtiyev, Novruz Cəfərov, Qafar Axundov iştirak ediblər. Onlar şəhid Alışov Mehmanın övladı Alışov Elməddin Mehman oglunu, şəhid Cahangir Kərimovun anası Zərifə müəlliməni, şəhid Nəsirov İlham Umud oglunun həyat yoldaşı Əmirova Gülnarə Qaytaran qızını, şəhid Bəylərov Bəylərin həyat yoldaşı Bəylərova Bəsti xanımı, şəhid Əhmədov Səyyafın həyat yoldaşı Əhmədova Qumru Yolçu qızını, şəhid Əliyev Elmirin həyat yoldaşı Əliyeva Zümrüd xanımı, şəhid Allahverdiyev Tahirin həyat yoldaşı Allahverdiyeva Nərgiz xanımı, şəhid anası Zeynalova Rayanı, qazi Qurbanlı Məhəbbəti qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər, onlaraNovruz bayramı payı təqdim ediblər. Şəhid ailəsi üzvüləri dövlətimizin, Ağam Rayonu İcra Hakimiyətinin və Ağdam Rayon Təşkilatından diqqət və qaygısının onların üzərində olduqlarını bildiriblər.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müharibə veteranlarıyla görüş keçirilib

Görüşdə bir qrup veterana Təşkilatın üzvlük vəsiqəsi təqdim olunub Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb. Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb. Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib. Daha sonra çıxış edən müharibə veteranları  - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar. Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu