Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Beynəlmiləlçi Döyüşçülər» Cəlil Xəlilovu təbrik edib

Biz də bir müharibə veteranları təşkilat olaraq Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından və şəxsən öz adımdan, Azərbaycan dövlətinə, xalqna ömrünü həsr edərək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarcasına müstəsna xidmətləri olmuş, şəhid aillərinin, müharibə əlillərinin, veteranlarının dostiu, Azərbaycan Silahlı Qüvələrinin, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru dəyərli vətənpərvər polkovnik dostumuz CƏLİL MALİK OĞLU XƏLİLOVU Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, hörmətli alim polkovnikə həyatda möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində Respublika veteranlarının sosial rifahlarının yaxşılaşdırılması sahəsində uğurlar arzu edirik.


Sərraf Orucov
Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı

2024-09-30 20:34:52
3605 baxış

Digər xəbərlər

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.            

Hamısını oxu
“Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir”

Cəlil Xəlilov: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub”   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır:   “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərərlaşması və s. məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”.   Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb:   “Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. İlham Əliyev Azərbaycan Ordusunun dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün içində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”.   Professor qeyd edib ki,  İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaqdır:   “Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaqdır.   Mən ad günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.  

Hamısını oxu
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi bu il də davam edir

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir. Azərbaycan dilini tələbələrə birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 300-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib. Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.  

Hamısını oxu