Naxçıvanda 104 yaşlı seçici səs verdi


Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin 500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.
Hamısını oxu
Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir. Azərtac xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun güzgüsünə çevrildi. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. “Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi bacardı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.
Hamısını oxu
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək: “Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımıdır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu bir daha göstərdi. Xocalı soyqırımı göstərdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir. Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir. Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı layihənin icrasına başlayıb. Layihə əslən başqa millətdən olan Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur. Layihə müddətində 3Ali Təhsil ocağına paylanılması üçün Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsindən bəhs olunacaq kitabça hazırlanıb çap olunacaq. Eyni zamanda yeniyetmə və gənclərimizin maarifləndirilməsi üçün Koronavirus (COVİD-19) virusundan qorunma və gigiyenik qaydalara əməl olunması qaydalarını özündə əks etdirəcək məlumatlandırma bukleti hazırlanacaq. Bundan əlavə layihə dövründə 30 şəhid ailəsinə ərzaq yardım paketləri çatdırılacaq. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır, milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.
Hamısını oxu