Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı Xocalı soyqrımının 27-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirir

22 fevral  2019-cu il tarixdə    Respublika Veteranlar Təşkilatı Bakı şəhəri Nizami rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirib. Tədbirdə Təşkilatın  Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyev,  aparıcı  mütəxəssis  Nəbi Hacıyev , mütəxəssis İsmayıl  İsmayılov, ”Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Şəhla Qarayeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa Hüseynov, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, liseyin direktor əvəzi Samir Abdullayev, metodik işlər üzrə direktor müavini Aytac Rzayeva, şagirdlər və müəllim kollektivi  iştirak edib. Tədbiri liseyin metodik işlər üzrə direktor müavini Aytac Rzayeva açaraq qonaqları salamlayıb, Xocalı soyqrımı haqqında məlumat verib, daha sonra sözü Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyevə verib. E/o polkovnik  Adil Haqverdiyev ilk növbədə RVT-nın sədri general-polkovnik Tofiq Ağahüseynov və onun müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra polkovnik Haqverdiyev erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələr barəsində məlumat verərərək 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib. Şagirdlərin vətənpərvər ruhda yetişməsində göstərdikləri xidmətə görə bir neçə müəllim Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif olundular. Tədbirin sonunda  xatirə şəkilləri çəkildi.    

2019-02-25 00:00:00
3783 baxış

Digər xəbərlər

Bu il Türkiyənin Marmaris şəhərində keçiriləcək “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcəkdir.  Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər. Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edəcəklər.  Seymur ƏLİYEV  

Hamısını oxu
Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Sətttarova ilə görüşüb.   Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, faşizmə qarşı mübarizədə Azərbaycan xalqının fədakar mübarizəsinə diqqət çəkib. Xalqımızın XX əsrin 40-cı illərində faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini diqqətə çatdıran Komitə sədri, 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə də qalib gəldiyini, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun ərazi bütövlüyümüzü təmin etdiyini bildirib.   Çıxışının sonunda Komitə sədri Fatma Səttarovaya və İkinci Dünya müharibəsi veteranı Tacirə Qazıyevaya gül dəstəsi və hədiyyə təqdim edib.   Gəlişinə görə komitə sədrinə minnətdarlığını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixin bütün keşməkeşlərindən şərəflə, alnıaçıq, üzüağ çıxdığını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, istər Hiterçilərə, istərsə də erməni faşizminə qarşı Azərbaycan xalqının mübarizəsi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, gələcək rifahına böyük töhfə olub.   Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Komitə sədrinə xüsusi yubiley medalını təqdim edib.   Sonda Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Xatirə kitabı”na ürək sözlərini yazıb.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Tahir Həsənovun qəhrəmanlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir.

Azərbaycanın müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda canını fəda edən igid Vətən oğulları tariximizdə əbədi iz buraxmışdır. Bu qəhrəmanlar, öz ölkələrini və xalqını qorumaq üçün göstərdikləri igidlik və fədakarlıqla Azərbaycanın müstəqillik mübarizəsində və ərazi bütövlüyü uğrunda mühüm rol oynamışlar. Xüsusilə, 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Vətən uğrunda həyatlarını itirən qəhrəmanlar, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Bu qəhrəmanların xatirəsi hər zaman hörmətlə yad edilir və Azərbaycanın gələcək nəsillərinə vətənpərvərlik və fədakarlıq örnəyi olaraq qalır. Bu cür qəhrəmanları həyatını yad etmək, yalnız onların fədakarlığını dəyərləndirmək deyil, eyni zamanda Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi mübarizənin əhəmiyyətini bir daha anlamağa kömək edir. Tahir Həsənovun 55 illik yubileyi çərçivəsində onun xatirəsini yad etmək bu qəhrəmanların vətənə xidmət nümunəsini davam etdirmək üçün vacibdir.Bu, həm də hər birimizin vətəndaşlıq borcu və Vətənə olan sevgi və bağlılığımızın təcəssümüdür.Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Ailənin tək övladı olmasına baxmayaraq, ikinci kursdan könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Həqiqi hərbi xidmətdə desant bölüyündə xidmət etdiyi üçün kəşfiyyat qrupuna komandir təyin edilib. Bir çox əməliyyatlarda iştirak edərək, onun döyüş təcrübəsi həm şəxsi, həm də komanda olaraq böyük əhəmiyyət kəsb etmişdir. Kəşfiyyat qrupunun komandiri kimi, o, düşmənin hərəkətlərini izləmək, strateji məlumat toplamaq və həmçinin döyüş meydanında baş verənlərə ən yaxşı reaksiyanı verməkdə çox mühüm rol oynamışdır. Onun rəhbərliyi altında, kəşfiyyat qrupları bir çox çətin şəraitdə yüksək nəticələr göstərib, düşmənin planlarını pozmaqda və önəmli strateji məlumatları əldə etməkdə uğurlar qazanıb. Bu cür uğurlar, onun müharibə zamanı göstərdiyi fədakarlıq və əzmkarlığın təsdiqidir.Tahir Həsənovun Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında göstərdiyi qəhrəmanlıqla yadda qalmışdır. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan qayıdan döyüşçülər erməni silahlıları ilə döyüşə girirlər. Ermənilərin onları əsir götürmək niyyəti baş tutmur. Tahir Həsənovun böyük cəsarəti və vətənə olan sadiqliyi, onun son anına qədər mübarizəni dayandırmamasını təmin etdi. Ermənilər döyüşçüləri əsir götürmək məqsədilə yaxınlaşsalar da, Tahir Həsənov döyüşün son dəqiqələrində qumbarasını partladaraq, özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.Bu hərəkət, onun döyüşçü ruhunu, cəsarətini və vətənə olan bağlılığını göstərən çox əlamətdar bir an idi. Tahir Həsənov, hərbi etikaya və qəhrəmanlığa uyğun olaraq, öz həyatını fəda edərək düşmənin planlarını alt-üst etmiş və çoxsaylı erməni daşnaqlarını məhv etmişdir.Onun bu fədakarlığı, müharibə tarixində unudulmaz bir səhifədir. Tahir Həsənovun qəhrəmanlığı, yalnız döyüş zamanı göstərdiyi cəsarət və fədakarlıqla deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin təcəssümü olaraq qalır. Bu, həm də Azərbaycan xalqının, torpaqlarını qorumaq uğrunda mübarizə edən qəhrəman vətən oğullarının ruhunu yaşatmaq üçün bir dərsdir.Tahir Həsənovun ölümündən sonra, onun göstərdiyi qəhrəmanlıq və əzmkarlıq həm döyüşçülər, xalq tərəfindən hər zaman dərin hörmətlə yad edilir. Bu, onun vətənə olan sadiqliyinin və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin ən böyük mirasıdır. Bu döyüş yolu həm də bir ailənin qəhrəmanlıq ənənəsini göstərir, necə ki, bir ata və oğlu eyni məqsəd üçün, vətənin müdafiəsi üçün canlarını fəda edirlər. Tahir Həsənovu və atası Tofiq Həsənovu  Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda göstərdikləri igidliklə, gənc nəsillərə vətənpərvərlik və fədakarlıq dərsi verirlər.Tahir Həsənovun qəhrəmanlığı, həm də onun ailəsinin mübarizəsinin əksidir. Bu döyüş yolu həm də bir ailənin qəhrəmanlıq ənənəsini göstərir.Tahir Həsənovun və atası Tofiq Həsənovun  Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda göstərdikləri igidlik və qəhrəmanlıqlar xalqımız ücün daim qürur mənbəyidir. Tofiq Həsənov, mətbuata verdiyi açıqlamada, Tahir Həsənovun cənazəsini götürəndə ətrafında 41 nəfər erməni əsgərinin meyitinin olduğunu bildirib. Bu fakt, onun son ana qədər göstərdiyi qəhrəmanlığın və mübarizənin əhəmiyyətini bir daha vurğulayır.Tahir Həsənovun döyüş meydanında göstərdiyi igidlik, yalnız öz həyatını deyil, eyni zamanda çoxsaylı düşmən əsgərlərinin həyatını da sona çatdırmışdır. Bu, onun qeyri-adi döyüşçü ruhunu və vətənə olan sadiqliyini nümayiş etdirir.Tahir Həsənovun bu fədakarlığı, yalnız öz mübarizəsini deyil, Azərbaycanın müstəqilliyi uğrunda apardığı döyüşün həm də tarixi  əhəmiyyətini göstərir.Onun atası Tofiq Həsənovun verdiyi açıqlama vətən uğrunda verdiyi ən böyük qurbanlardan birinin açıq ifadəsidir. Bu cür məqamlar, qəhrəmanların mübarizəsinin necə böyük və dərin olduğunu bir daha bizə xatırladır.Tahir Həsənovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verilib. 1994-cü il 4 sentyabr tarixində ümummilli lider Heydər Əliyev həmin məktəbdə Milli Qəhrəman Tahir Həsənovun şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib. Bu cür xatirə lövhələri, döyüşçü və qəhrəmanların ruhunun yaşadılmasına və gələcək nəsillərə motivasiya  verməsinə kömək edir. Bu gün Tahir Həsənovun anadan olmasının 55-ci ildönümüdür və biz onun keçdiyi şərəfli yolu bir daha xatırlayırıq. Onun vətənə və torpağa olan bağlılığı, döyüşlərdə göstərdiyi cəsarət və fədakarlıq, bütün Azərbaycan xalqının qürurudur. Tahir Həsənov bütün Azərbaycan xalqının oğlu, fəxridir və qürur mənbəyidir.Onun qəhrəmanlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir. Tahir Həsənovun öz həyatını fəda etməsi, gələcək nəsillərə yalnız vətənə olan sevgi və bağlılıq ruhunu aşılamır, həm də bu mübarizənin nə qədər müqəddəs və qiymətli olduğunu göstərir.Gələcək nəsillərə bu qəhrəmanların fədakarlığını çatdırmaq, onların adlarını unutmamaq və həyatlarını nümunə olaraq qəbul etmək, hər birimizin vətəndaşlıq borcudur. Tahir Həsənov kimi qəhrəmanlar, tariximizdə əbədi iz buraxaraq, bizə öz torpağımızı, vətənimizi hər şeydən üstün tutmağı öyrədirlər. Onun xatirəsini yaşatmaq, bu cür fədakar oğulların qəhrəmanlığını gələcək nəsillərə dərs kimi çatdırmaq, Azərbaycan xalqının şərəfli tarixinin bir parçası olaraq qalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu