Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu muzeyin yaradılması böyük hadisə olardı”

Cəmil Quliyev: “Dünyada bu səpgili muzeylərin sayı artmaqda, ekspozisiyası genişlənməkdədir” Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədri müavini, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamada maraqlı təkliflə çıxış edib. Gələn il II Dünya Müharibəsinin 75 illiyinin qeyd olunacağına diqqət çəkən C.Xəlilov, Azərbaycanın bu müharibədə iştirakçını əks etdirən muzeyin yaradılmasını təklif edib. C.Xəlilovun sözlərinə görə, belə bir muzeyin yaradılması həm xalqımızın faşizm üzərindəki qələbədəki rolunun təbliği, həm də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlama verən görkəmli kinorejissor, professor Cəmil Quliyev bu təklifi müsbət qarşıladığını vurğulayıb: “Belə bir muzeyin yaradılması böyük bir hadisə olardı. Çünki muzey əslində böyük bir mədəniyyətdir. Mən Beynəlxalq Muzeylər Şurasının üzvü kimi onu deyə bilərəm ki, dünyada bu səpgili muzeylərin sayı artıb. Onların ekspozisiyası genişlənir. O ki qaldı II Dünya Müharibəsində Azərbaycanın iştirakını əks etdirən muzeyin yaradılmasına, bu, çox böyük bir hadisə olardı. Çünki Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbədə misilsiz xidmətləri var. Həm arxa, həm də ön cəbhədə Azərbyacan çox böyük fədakarlıqlar göstərib. Xalqımızın yüz minlərlə oğlan və qızı bu müharibədə həlak olub. Xeyli sayda vətəndaşımız göstərdiyi igidliklərə görə orden və medallarla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Sovet ittifaqı Azərbyacan nefti hesabına bu müharibədə qələbə çaldı. Azətbaycan neftçilərinin rəşadətli əməyi qələbənin qazanılmasında mühüm rol oynadı. Odur ki, hesab edirəm ki, belə bir muzeyin yaradılması sevindirici bir hadisə olardı”.   Seymur ƏLİYEV

2019-03-04 00:00:00
3458 baxış

Digər xəbərlər

Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

29 oktyabr 2021-ci il tarixdə İdman Tennis Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.   Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, rayonun fəal könüllüləri və 47 saylı tam orta məktəbin şagirdləri hərbi geyimdə iştirak etmişlər.   İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.   Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli çıxış edərək qeyd etdilər ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.   Sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.   Tədbirin rəsmi hissəsindən sonra “888 Boxing” Klubunun üzvləri boks, Kapoeyra Federasiyasının idmançıları kapoeyra, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları kikboks, Taekvondo Federasiyasının idmançıları taekvondo, 6 saylı Uşaq – Gənclər Məktəbin idmançıları karate idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, 45 saylı tam orta məktəbin şagirdi Arzum Babaşova skripka musiqi alətində ifa nümayiş etdirdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa etdi.   Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilmiş, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.  

Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib. Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb. Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.      

Hamısını oxu
“Dövlətimiz şəhid ailələrinə, veteranlara hər zaman böyük qayğı göstərib və bu gün də göstərməkdədir”

Naqif Həmzəyev: “”YAŞAT” Fondunun fəaliyyəti bunun ən bariz nümunəsidir”   “Bu gün ölkəmizdə bir milyondan çox qaçqın və məcbur köçkün var və 90-cı illərin əvvəllərindən bu günə qədər ölkəmizdəki məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır”.    Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili  qeyd edib ki, Azərbaycan dövləti veteran və şəhid ailələrinin sosial rifahının yüqksəldilməsi, onlara yönəlik diqqət və qayğının genişləndirilməsi istiqamətində mütəmadi addımlar atmaqdadır:   “Bununla yanaşı, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərimizin ailələrinə, veteranlara, müharibə əlillərinə dövlətimiz hərtərəfli qayğı göstərib. Dövlətimiz şəhid ailələrinin, veteranların problemlərinin həlli istiqamətində ciddi və mütəmadi addımlar atıb.   Vətən Müharibəsi zamanı əldə etdiyimiz qələbəni  şəhidlərimizə, qazilərimizə borcluyuq. Möhtərəm prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, o cümlədən bütün dövlət rəsmiləri öz çıxışlarında şəhidlərimizi və qazilərimizi yad edir, qazilərimizə, şəhid ailələrimizə diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd edirlər. Bu, sadəcə sözdə deyil, həm də əməldədir. Mütəmadi olaraq şəhid ailələri ziyarət olunur, onların hər bir istəyinə həssaslıqla yanaşılır.   Ölkəmizdə “YAŞAT” Fondu yaradılıb və “YAŞAT” Fondu birbaşa şəhid ailələrinin, qazilərin probleminin həlli ilə məşğul olur. Bütün dövlət qurumları, YAP fəalları bu məsələdə onların üzərinə düşən işi böyük məsuliyyət hissi ilə həyata keçirirlər. Hal-hazırda bu məsələ ilə bağlı ciddi işlər görülür. Şəhid ailələrinin evlə təminatı, müharibə əlillərinə avtomobillərin verilməsi, onların ailə üzvlərinin məşğulluq probleminin həlli bu il üçün də prioritet məsələlərdən biridir. Bir sözlə, prezidentimizin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə, veteranlara göstərdiyi qayğı bütün dövlətlərə nümunədir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Yeni uşağı doğulmuş kişi və qadınlara şad xəbər

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri sosial məzuniyyətlərlə bağlı müvafiq maddələrin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni məzmunda 3-cü və 4-cü hissələr əlavə edilmişdir: “3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. 4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”  

Hamısını oxu