Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Separatçıların məhkəmə qarşısında dayanması dövlətimizin gücündən və ədalətindən xəbər verir”

Yanvarın 21-də Bakı Hərbi Məhkəməsində Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin açıq məhkəmə prosesi keçirilib.

Saytımıza açıqlamasında məlum məhkəmə prosesinə toxunan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, separatçılarla bağlı keçirilən məhkəmə prosesinin həm hüquqi, həm də mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:

“Separatçıların məhkəmə qarşısında dayanması hər şeydən öncə dövlətimizin gücündən və ədalətindən xəbər verir. Vaxtiylə Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlərə yol verən, insanlarımızın həyatına qəsd edən, dinc vətəndaşlara qarşı belə xüsusi amansızlıq sərgiləyən şəxslərin bu gün məhkəmə qarşısında dayanması göstərir ki, Azərbaycan dövləti ədaləti təmin etməyə, kimliyindən asılı olmayaraq xalqımıza qarşı cinayət törədənləri cəzalandırmağa qadirdir.

Heç kimə sirr deyil ki, qondarma “Dağlığ Qarabağ respublikası”nın rəhbərləri 44 günlük Vətən müharibəsinə qədər özlərini toxunulmaz hesab edirdi. Onlar belə hesab edirdi ki, heç vaxt etdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmayacaq, cəzasızlıq mühitində növbəti cinayətlərini həyata keçirəcəklər. Lakin Azərbaycan dövlətinin qətiyyəti və əzmi sayəsində onlar tutularaq məhkəmə qarşısına çıxarıldı və bununla da bütün dünya gördü ki, dövlətimizin təhlükəsizliyinə qəsd edən, onun ərazi büövlüyünü pozmağa çalışan, xalqımıza qarşı cinayət törədən heç kim məsuliyyətdən qaça, cəzadan qurtula bilməyəcək.

Separatçılarla bağlı məhkəmə prosesində Azərbaycan dövlətinin ədalətini əks etdirən məqamlardan biri də ittiham olunan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunması, onların tərcüməçilər, vəkillər və s. ilə təmin edilməsidir. Məhkəmə prosesi açıq şəkildə keçirilir ki, bu da şəffaflığın təmin edilməsi, bütün dünyanın, eləcə də beynəlxalq ekspert və müşahidəçilərin bu prosesi rahat şəkildə izləməsi baxımından olduqca əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, xalqımız qarşısında törətdikləri cinayətlərin hədsiz ağırlığına baxmayaraq, rəsmi Bakı məhkəmə prosesinin beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və ədalətli şəkildə keçirilməsini təmin edir. Dövlətimiz bununla yalnız separatçılara deyil, demokratiya, beynəlxalq hüquq, insan haqları adı altında insan hüquqlarını kütləvi şəkildə pozan, ağır cinayətlər törədən Fransa və bu qəbildən olan ermənipərəst dövlətlərə hüquq və insanlıq dərsi keçir. Rəsmi Bakı bununla bir kəs daha göstərir ki, Azərbaycan hüquq dövlətidir və kimliyindən, törətdiyi cinayətlərin ağırlığından asılı olmayaraq, hər kəsin məhkəmə qarşısında ədalətli mühakimə olunmaq hüququna hörmət edir, bu hüququ zərrə qədər də olsun pozmaq niyyətində deyil.

Özünü “demokratiyanın beşiyi” hesab edən, insan hüquqlarının müdafiəsi adı altında insan hüquqlarına qəsd edən dövlətlər Azərbaycanın ədalətindən ibrət götürməli, sözdə deyil, əməldə insan hüquqlarına hörmət sərgiləməlidirlər”.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seymur ƏLİYEV

2025-01-22 08:25:45
2918 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV

Hamısını oxu
“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”

Cəlil Xəlilov: “Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır” “İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın mülki infrastrukturunun heç bir əsas olmadan hücuma məruz qalması İranın ölkəmizə olan düşmən münasibətindən xəbər verir: “İranın Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi və riyakar mövqe sərgilədiyi heç kimə sirr deyil. Bunun ən bariz nümunəsi İranın Ermənistanın işğalçılıq siyasətinə qarşı heç vxt öz etiraz səsini qaldırmaması, əksinə, təcavüzkar rejimə dəstək verməsidir. Hamıya məlumdur ki, İran torpaqlarımız işğal altında olduğu müddətdə nəinki Ermənistanla bütün sahələrdə geniş əməkdaşlıq həyata keçirib, həm də işğaldakı kənd və şəhərlərimizin talanmasında, qarət edilməsində yaxından işitrak edib. Bütün bu faktlar İranın Azərbaycana olan gerçək münasibətini əks etdirir. Bu gün İran dronlarının Naxçıvana hücumu bir daha sübut edir ki, İranın Azərbaycana olan münasibəti dəyişməyib və bu münasibət hər zamankı kimi riyakar, hər zamankı kimi qərəzlidir. Bildiyiniz kimi, artıq İranın məlum addımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını keçirib, mühüm açıqlamalar verib. Dövlət başçısı haqlı olaraq İranın xain hücumunu namərdlik, nankorluq nümunəsi kimi xarakterizə edib. Dövlət başçısı eyni zamanda “Dəmir yumruq” faktorunu xatırladıb və bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarılıb. Bu baxımdan, İran Azərbaycana qarşı təxribatlara son qoymalı, Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır. Yaxşı olar ki, İran ona səmimi qonşuluq münasibəti bəsləyən dövlətlərə qarşı təxribatlar törədincə, hər qarışını raketlərlə şumlayan ABŞ-İsrail ordusunun hücumlarının qarşısını almaq haqqında düşünsün. Eyni zamanda unutmasın ki, yeni bir təxribata imza atacağı təqdirdə, Azərbaycan tərəfindən layiqli şəkildə cəzalanacaq, “qazancı” eynən Ermənistan kimi göz yaşı və peşmanlıq olacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.   Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin ifasında Qələbənin 73 illik yubileyi münasibəti ilə hazırladığı konsert və bəstəkar Şahin Musaoğlunun hərbi-vətənpərvərlik mövzusunda mahnılardan ibrarət “Cənab leytenant” patriot qrupunun, Nuray Rəhman, Şəmistan Əlizamanlı və başqalarının ifasındakı musiqi proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı. Sonda veteranlara hədiyyələr təqdim olundu.

Hamısını oxu
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyindən qazilərimizə böyük dəstək

Milli Məclisin Gənclər və idman komitəsinin də köməkliyi ilə 100-ə qədər sağlamlıq imkanı məhdud qazi müasir əlil arabaları ilə təmin edildi   Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.   “Bu cür addımlar türk xalqının birliyi, həmrəyliyi baxımından da mühüm əhəmiyyətə malikdir” Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov, Azərbaycan dövlətinin şəhid ailələri və qazilərə yüksək qayğı göstərdiyini, bununla yanaşı, qazilərimizə yönəlik bu cür yardımların da cəmiyyətimizdə böyük məmnunluq doğurduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, bu addım həm də türk xalqının birliyi, həmrəyliyi baxımından mühüm əhəmiyyətə malikdir.  “44 günlük Vətən müharibəsində bizdə Avropada anti-Azərbaycan qüvvələrinə qarçı müharibə aparmışıq”   Cəlil Xəlilovdan sonra çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirən İlhan Aşkın, bundan sonra da  şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılacağını bildirib. Dərnək rəhbəri əlil arabalarının Azərbaycana gətirilməsində göstərdiyi köməkliyə görə parlamentin vitse-spikeri millət vəkili Adil Əliyevə təşəkkür edib.  “Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcudur”  Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına nəcib təşəbbüsünə görə təşəkkür edib, onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Vaxtiylə “Gün gələcək Qarabağ ermənilərə məzar olacaq” sözlərinə görə İlhan Aşkının təzyiq və cərimələrə məruz qaldığını bildirən millət vəkili, bütün məhrumiyyətlərə baxmayaraq  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirib.   Çıxışında hər bir vətəndaşı şəhid ailələrinin, qazilərin yanında yer almağa, onlara diqqət və qayğı göstərməyə səsləyən millət vəkili Adil Əliyev, bunun hər kəs üçün vətəndaşlıq və vicdan borcu olduğunu bildirib.  İlahiyaytçı Hacı Şahin də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin qazilərimizə dəstəyini yüksək qiymətləndirib, şəhid ailələri və qazilərə dəstək verməyin vacibliyini qeyd edib. Şəhid və qazilərin Allah sevgisini qazanan insanlar olduğunu bildirən Hacı Şahin, şəhid ailələri və qazilərə köməyin də həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.   Millət vəkillərindən Vüqar İsgəndərovun, Əziz Ələkbərlinin, Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın da iştirak etdiyi tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar  Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib, sağlamlıq imkanı məhdud olan qazilərə əlil arabaları təqdim olunub.  Seymur ƏLİYEV

Hamısını oxu