Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Su Çərşənbəniz mübarək!

Hörmətli Veteranlar, Şəhid və Qazi Ailələri, Əziz Kollektiv!

Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi və baharın müjdəsi olan Su Çərşənbəsi münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu gün həyatın təzələnməsi, sevincin və ümidin yenidən canlanması anlamına gəlir. Su Çərşənbəsi təkcə təbiətin deyil, həm də insanların ruhunun təzələnməsi deməkdir. Bu günü xalqımızın ən böyük qəhrəmanları olan şəhidlərimiz, veteranlarımız və qazilərimizin ailələri ilə birgə olmağı, onların göstərdiyi qəhrəmanlıq və vətənə olan sonsuz sevgisini xatırlamağı unutmamalıyıq. Onların fədakarlıqları, bizə ən yüksək dəyərləri - Vətənə bağlılığı, vətənpərvərliyi aşılamışdır. Onlar hər zaman bizim ürəyimizdə, düşüncəmizdə və həyatımızda əvəzsiz yer tutur.

Bu əziz gündə bütün varlığı ilə vətənə, onun bir parçası olan şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə və əmək veteranlarına xidmət edən, onlara ehtiram hissi ilə yanaşan təşkilatımızın hər bir üzvünü də təbrik edir,onlara can sağlığı uzun ömür arzulayıram. Qoy bu Su çərşənbəsi hər bir ailəyə sevinc, səadət gətirsin. Bulaqlarımız, çeşmələrimiz daim qaynasın, axar çaylarımız qurumasın!

Su Çərşənbəniz mübarək!

         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,

         polkovnik  Cəlil Xəlilov

2025-02-26 09:35:01
1147 baxış

Digər xəbərlər

Профессор факультета журналистики ИГСУ Низами Мамедов признан одним из ведущих экспертов в области экологического образования

Профессор факультета журналистики ИГСУ Низами Мамедов вошел в состав Общественного совета Международного государственного экологического университета имени А.Д. Сахарова на основании фундаментальных публикаций в области теории экологического образования и устойчивого развития, а также за широко распространенных в странах СНГ учебников и учебных пособий в данной области.   Вуз признан базовой организацией государств-участников СНГ по экологическому образованию. Это статус был придан «Международному государственному экологическому университету имени А.Д. Сахарова» решением Совета глав правительств Содружества Независимых Государств от 25 ноября 2005 года. На сегодняшний день университет является ведущим учебным заведением СНГ в сфере экологического образования и устойчивого развития.     Мамедов Низами Мустафаевич   Профессор кафедры управления информационными процессами.   Доктор философских наук   Профессор   Академик и член Президиума Российской экологической академии   Академик Российской академии естественных наук   Эксперт ЮНЕСКО в области культуры и образования   Почетный работник высшего профессионального образования РФ   директор Института глобализации и устойчивого развития «Академии МНЭПУ»    

Hamısını oxu
Dünya ictimaiyyəti Ermənistana qarşı daha ciddi təzyiq mexanizmlərini işə salmalıdı

Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib. Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır. “Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.  Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.  

Hamısını oxu
200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimizin İNANILMAZ HƏYAT YOLU

Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib.   “Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun. Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı... Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”. Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb: “Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb. Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”. Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib: “Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”. Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır. Aytən Məftu

Hamısını oxu