Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX onları həbs etməklə xalqımızın ən böyük arzularından birini reallığa çevirib”

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşə bayramıdır. 

Veteran.gov.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, DTX-nın dövlət təhlükəsizliyinin təmininə böyük töhfələr verdiyini bildirib:

“Hər bir dövlətin təhlükəsizliyinin qorunmasında, dövlətçilik ənənlərinin möhkəmlənməsində dövlət təhlükəsizlik orqanları müstəsna rol oynayır. Azərbaycan DTX-sı da müstəqilliyimizin qorunmasında, təhlükəsizliyimizin təminində mühüm addımlar atıb.  

Ulu öndər hakimiyyətə gələndən sonra dövlət quruculuğu prosesinə başlanıldı. Təhlüksəziliyimzin təminatı üçün böyük işlər görüldü. O zaman Azərbaycan dövləti ciddi təhlüklərlə üz-üzə idi. Ümummili liderin uzaqgörənliyi və siyasi səriştəsi sayəsində bu təhlükələr ortadan qaldırıldı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə də dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl addımlar atıldı.

DTX ərazi bütövlüyümüzün qorunmasında da mühüm rol oynayıb. Torpaqlarımızın azad edilməsində yaxından iştirak edib. 8 Noyabr zəfərinin əldə edilməsinə də böyük töhfələr verib.

DTX-nın ən böyük xidmtlərindən biri də Azərbaycana qarşı cinayət törədən separatçıların həbsi ilə bağlıdır. DTX bu işdə də böyük əmək və fədakarlıq ortaya qoyub. Biz bu istiqamətdə bir sıra mühüm addımların atıldığına şahid olmuşuq. Uzun illər Azərbaycana qarşı terror aktları törədən, qətllər həyata keçirən, xalqımıza faciələr yaşadan separatçıların həbsi buna nümunədir. Bu insanların həbsi xalqımızın ən böyük arzularından biri idi. DTX bunu təmin etdi və bu gün həmin şəxslər Bakıdakı məhkəmədə ifadə verir, etdiyi əməllərlə bağlı etiraflar səsləndirirlər.

Bütün bunlar onu göstərir ki, DTX öz fəaliyyətini uğurla həyata keçirir. Dövlət təhlükəsizliyimizin qorunmasını, xalqımıza, dövlətimizə qarşı ağır cinayətlər törədən şəxslərin həbs edilərək qanun qarşısına çıxarılmasını təmin edir. İnanıram ki, DTX gələcəkdə də bu istiqamətdə öz uğurlarını davam etdirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq.

Peşə bayramı münasibətilə bütün DTX əməkdaşlarını təbrik edir, şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq”.

Seymur ƏLİYEV

2025-03-24 16:38:23
2761 baxış

Digər xəbərlər

Cəlilabadda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi anılıb

Bu gün Cəlilabad Rayon Veteranlar Təşkilatı 9 May - Alman faşizmi üzərində qələbənin 81 illiyi münasibəti ilə tədbir keçirib. Əmək və müharibə veteranları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş qəhrəmanların əziz xatirəsinə ucaldılmış Ana abidəsi önünə gül dəstələri qoyublar və onların əziz xatirəsini böyük  ehtiramla yad ediblər. Tədbirdə bəşəriyyəti müharibə alovuna bürüyən alman faşistləri üzərində qələbənin qazanılmasında azərbaycanlı igidlərin göstərdikləri şücaətlərdən danışılıb, azərbaycan xalqının ön cəbhəyə göndərdiyi yardımlarla bağlı maraqlı faktlar söylənilib. Qeyd olunub ki, müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu gün ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarından 13 nəfəri sağdır. Onlardan biri 102 yaşlı  Zamanov Əbiş İbiş oğlu Cəlilabad rayonunun Astanlı kəndində  yaşayır.

Hamısını oxu
“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həbsi ilə bağlı məlumat yayıb, onun rüşvət alması ilə bağlı görüntülər təqdim edib. İslam Rzayev həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən sui istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməkdə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməkdə şübhəli bilinir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov DTX-nın keçirdiyi bu əməliyyatların həm qanunların qorunması, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından önəminə diqqət çəkib: “Hər bir dövlətin inkişafı və tərəqqisi üçün vətəndaşların seçim azadlığı olmalı, insanlar öz bilik və bacarıqlarına uyğun olaraq dövlət vəzifələrində təmsil olunmaq hüquqlarından istifadə edə bilməlidirlər. Seçim azadlığı, ədalətli münasibət həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlətin inkişafı baxımından vacibdir. Rüşvət və korrupsiya isə bu hüquqi insanların əlindən alır. Bu kimi neqativ hallar olan yerdə vəzifəyə layiqli insanlar deyil, bu vəzifəyə layiq olmayan, öz işinin öhdəsindən gələ bilməyən insanlar gəlir. Onlar müxtəlif əyri yollarla öz şəxsi ambisiyalarını təmin edirlər. Belə olanda isə digər insanların hüququ pozulur, qanunun tələbi tapdanır, insanlarda dövlətin ədalətinə olan inam sarsılır. DTX-nın Balakəndə və digər rayonlarda keçirdiyi əməliyyatların ən böyük önəmi ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində qanun pozuntusunun qarşısı alınır, rüşvət və korrupsiya kimi hallar önlənilir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, vicdan və ədalətli yanaşma prinsipi təmin olunur. Bu səbəbdən də DTX-nın keçirdiyi əməliyyatlar qanunların tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından yüksək qiymətləndrilməli, təqdir olunmalıdır. Bu əməliyyatlar dövlət idarəçiliyində neqativ halların qarşısını almağa, bununla da respublikamzn daha sürətli inkişafını təmin etməyə xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: “Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”

“Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Brüssel görüşü bir çox baxımdan mühüm əhəmiyyətə malikdir: “Brüssel görüşünü əhəmiyyətli edən ən mühüm amillərdən biri Brüssel formatının yenidən bərpa edilməsi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan hər zaman Brüssel formatından, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən razı olub. Tarixə nəzər salsaq görərik ki, buna mane olan yalnız Fransa olub. Hansı ki, artıq Fransanın bu müstəvidəki təxribatlarının qarşısı alınıb. Fransanın özünün də Avropa İttifaqında nüfuzu zəifləyib. Bu isə ölkəmizə imkan verir ki, öz maraqlarını Brüssel formatı və Avropa ittifaqı ilə münasibətlərdə daha uğurla bərpa etsin”. Cəlil Xəliov qeyd edib ki, Azərbaycan Brüssel görüşündə Ermənistanı bir çox həqiqətləri etiraf etməyə, eyni zamanda mövcud reallığı qəbul etməyə vadar edib: “Brüssel görüşünün digər bir önəmi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu görüşdə rəsmi İrəvan liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə sadiqliyini təsdiqlədi, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometr ərazisiyə malik olduğunu etiraf etdi. Bu, dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi oldu. Bundan başqa, Ermənistan Zəngəzur dəhlizinin açılmasının da zəruriliyini təsdiqlədi. Zəngəzur dəhlizinin açıması ideyası Avropa Birliyi tərəfindən də ciddi şəkildə dəstəkləndi. Başqa sözlə desək, Brüssel görüşü Zəngəzur dəhlizinin açılması prosesinə bir qədər də təkan verdi, onun strateji önəmini bir daha ortaya qoydu”. Polkovnik qeyd edib ki, qarşıdakı Kişinyov görüşündə ermənipərəst Fransanın iştirakı formal xarakter daşıyır və heç bir ciddi önəm kəsb etmir:  “Bildiyiniz kimi, qarşıda Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü gözlənilir. Lakin tərəflərin bu tərkibdə bir araya gəlməsi format deyil. Bu, orada keçiriləcək sammit çərçivəsində qeyri-rəsmi bir görüş olacaq. Görüşdə hər zaman Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirən Almaniya da iştirak edəcək ki, bu da Fransa faktorunu tamamilə neytrallaşdıracaq. Bir sözlə, Fransanın Kişinyov görüşündə iştirakı heç bir əhəmiyyət kəsb etməyəcək. Azərbaycan Brüssel görüşündə olduğu kimi qeyri-rəsmi Kişinyov görüşündə də öz mövqeyini qətiyyətlə müdafiə edəcək və Ermənistanın diplomatik məğlubiyyəti daha da dərinləşəcək”.  

Hamısını oxu
İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib. Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub. Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib. X X X Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

Hamısını oxu