Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çari Əvəz: 35 yaşında həyatla vidalaşan əbədiyyət şairi...

                                    “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VI yazı

 1957-ci ilin dekabr ayının 11-də Özbəkistan Respublikasının Qaşqadərya vilayətinin Güzar rayonunun Tacik kəndində dünyaya gəlib.

“Dartılmış kaman”, “Payız səhəri”, “Oyanışdan başqa tale axtarma”, “Seçilmə” ləri, balacalar üçün “Bir dünya sual”, “Mən də bir Özbəkistanam” topluları, həm də “Xoşbəxtlik bu deyilmi?” adlı esse, ədəbi fikirləri və tərcümələri daxil edilən kitabları nəşr edilib. “Almanax”, “Əsr avazı”, “Payızda gülən çiçəklər”, “Yolqun” və başqa ümumi toplularda şeirləri, ədəbi məqalələri nəşr edilib.

Çari Əvəz milləti yüksəldən, Vətənin müstəqilliyi üçün yanaraq səs salan yaradıcı idi. 35 yaşında həyatla vidalaşsa da onun adı, şeirləri kitabsevərlər, ədəbiyyat araşdırıcılarının qəlbində hər zaman sağdır.

 

Bir şair haqqıdna mahnı

 Bir şair yaşardı Daşkənd şəhrində,

Daima özü də özünə gülüb.

 

Bir şair yaşardı Daşkənd şəhrində,

Hər gün min doğulub, min dəfə ölüb.

 

Bir şair yaşardı Daşkənd şəhrində,

Böyük, yaraşıqlı, nurlu xanəsi.

 

Bir şair yaşardı Daşkənd şəhrində,

Damcı daman evdə yaşar anası.

 

Bir şair yaşardı Daşkənd şəhrində,

Yuxuda kənd, vadi, təpəni gəzir.

 

Bir şair yaşardı Daşkənd şəhrində,

Anası kəndçidir, yarısa şeir.

 

* * *

Hər addımda tuş gələrsən,

Bir nakəsə, ya da xama.

Daş ya kəsək atacaqdır,

Gizli, aşkar pak bir adama.

Eyb söykənər günahsızlara,

Aldadar, töhmət toxuyar,

O nakəslər bilməyəntəkdir

Bəşər nə qədər azad yaşar.

Qəfil canda qan dalğalanar,

Oyaqmısan, varmısan, üsyan!

Tez ol, sən də dayan ey dünya!

Tez ol, sən də ey dünya, oyan!

Lakin dünya sakit,

Elə sakit ki,

Yaxasından tutub dünyanın

Silkələməyin gəlir.

Ta

Pislikləri tökülüncə!

 

Sübh düşüncələri

 

Ay var idi, Ay batıb getdi,

Ulduzlar oldular lal – qayib.

Demək yenə bir gecə ötdü…

 

Ta ki sağam, varlığım mənim,

Şadlıq bəxş eləyə dostlara.

Hətta adımı yad etsə hər kim,

Dost kimi gülümsəsin bu ara.

 

Qəmgin olsa, qayğısı bitsin,

Kənar olsun könül qubarı.

Təzə ottək daş yarıb çıxsın,

Qova bilsin qəmi, ağrıları.

 

* * *

Vətən, mənim ürək iplərim.

Olar-olmaz səmavi qüdrət.

Səmavi bir inam - avara

Ürəyinə bağlanıb fəqət.

 

Yaşayıram, dinclikdən keçib,

Anlarımı rəngə salıb mən.

Oyaq gecə fərəhin içib,

Şəklini çəkirəm, Vətən!

 

Nəğmələrimə yar olub siman.

Qəlb yerindən çıxar atılıb.

Hər sətrimdən gülüb durar dan,

Yurdu, getsəm sənə tapınıb.

 

Fəxri uca, eşqi tükənməz,

Qoynunda bir müti insanam.

Torpağında can verməyim bəs,

Özüm də bir Özbəkistanam!

Özbək dilindən uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

 

2025-04-07 14:35:54
2997 baxış

Digər xəbərlər

Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq - Mehriban Əliyeva

Publika.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!

Hamısını oxu
2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
Məşhur Məmmədov seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat məhələsi çərçivəsində deputatlığa namizəd Məşhur Məmmədovun vətəndaşlarla görüşü davam edir.  Veteran.gov.az xəbər verir ki, avqustun 12-də Məşhur Məmmədov Masallı rayonunun Mahmudavar kəndində yerləşən “Elçin” şadlıq sarayın həyətində Mahmudavar, Rüdəkənar, Molalan kəndlərinin seçiciləri ilə görüş keçirib. Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq kəndin şəhid ailələri və müharibə iştirakçılarına da baş çəkib. Seymur ƏLİYEV  

Hamısını oxu
Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

24 aprel 2025-ci il tarixində Gəncədə Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin heykəli ziyarət olunub, heykəlin önünə gül dəstələri qoyulub.  İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən öncə, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İcra başçısının salamlarını çatdırıb, tədbirin əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını bildirən Yadigar Bədəlov,  Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatıarda iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə soydaşımız müxtəlif orden və medalalrla təltif edilmişdir. Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanmış, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirmidşir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutmuş, bununla da vətəndaşlarımız arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalımışdır. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olmuşdur. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılmış, mülki insanlar şəhid edilmişdir. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxumuş, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirmişdir. Əminəm ki, illər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır. Bu gün isə biz Vətən müharibəsində sərgilədiyimiz həmrəyliyi davam etdirməli, Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız, qələbə və müvvəffəqiyətlərimiz məhz bu birlikdən – dövlətimizə, Prezidentimizə, ordumuza verəcəyimiz dəstəkdən asılıdır”. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixi üçün yenilik sayılacaq bir çox uğurlu əməliyyatlar keçirdiyini bildirən Mahir Hüseynov, bu əməliyyatların  NATO kimi yüksək hərbi hazırlığa malik qurumları belə heyrətə gətirdiyini vurğulayıb. Mahir Hüseynov gənclərə üz tutaraq bildirib ki, gənclər hərb tariximizə yaxından bələd olmalı, bu tarixi diqqətlə öyrənməli və sülh içində yaşamaq üçün daim müharibəyə hazır olmalıdır. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu