Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 iyun zəfərimizə aparan yol idi”

Bu gün 15 iyun - Milli Qurtuluş Günüdür. 

Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə mövzu ilə bağlı bir çox məqamları şərh etməyə çalışdıq:

-Səmyar bəy, bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Bilmək istərdik ki, bu gün Azərbaycan xalqının həyatında nəyi dəyişdi?

 -15 iyun tarixi sözün həqiiq mənasında Azərbaycan xalqının xilası günüdür. Məhz bu tarixi gündə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da ölkədəki mövcud qeyri-sabitliyə, özbaşınalığa, anarxiya və xaosa qarşı real mübarizə imkanı yarandı.

 Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkə daxilində vəziyyət olduqca ağır idi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən hakimiyyət daxilindəki intriqa və qarşıdurmalar, habelə, cəmiyyətdəki qeyri-sabitlik dövlətin idarə edilməsini demək olar ki, mümkünsüz hala salmışdı. Elə bunun nəticəsidir ki, Azərbaycan erməni işğalından müdafiə oluna bilmir, ciddi ərazi itkilərinə məruz qalırdı.

Bundan başqa, güclü mərkəzi hakimiyyətin mövcud olmaması ölkədə qarşıdurma meyillərini gücləndirir, vətəndaş müharibəsi təhlükəsini alovlandırırdı. Mövcud situasiya xarici dövlələtlərə Azərbaycana təzyiq üçün də real şərait yaradır, ölkəmizin müstəqilliyini, bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu. Məhz belə bir zamanda Ali Sovetin sədri seçilən Heydər Əliyev bütün bu pərakəndəliyə, qeyri-müəyyənliyə son qoydu. 1993-cü ilin 15 iyun tarixindən sonra Azərbaycanda bütün təxribatçı qruplara, cəmiyyəti bölməyə, dövləti parçalamağa çalışan qüvvələrə qarşı ciddi mübarizəyə start verildi. Xalqın mənafeyini əldə rəhbər tutan Heydər Əliyev, qısa zamanda ölkə daxilindəki qeyri-sabitliyə son qoydu. Mərkəzi hakimiyyət gücləndirildi. Şəxsi maraqlar əsasında fəaliyyət göstərən şəxslər hakimiyyətdən kənarlaşdırıldı və dövlət maraqlarının müdafiəsi ön plana çəkildi. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini faktiki olaraq xilas etdi. Biz nəinki öz müstəqilliyimizi qoruyub saxladıq, həm də bu müstəqilliyi əhəmiyyətli dərəcədə möhkəmləndirməyə nail olduq.

 -Heydər Əliyevin hakimiyyətə gəlişi xarici işğalçılara qarşı uğurlu mübarizə baxımından nə ilə nəticələndi?

 -Ulu öndərin hakimiyyətə gəlişi ilə ciddi islahatlara start verildi ki, bunlardan da biri ordudakı islahatlarla bağlı idi. Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri onun nizami ordu yaratması, bu ordunu peşəkar hərbi kadrlarla təmin etməsi idi. Ulu öndərə qədər Azərbaycan Ordusu faktiki olaraq müxtəlif şəxslərə məxsus silahlı birləşmələrdən, özünümüdafiə batalyonlarından, qeyri-peşəkar birliklərdən ibarət idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra qeyri-qanuni silahlı birləşmələrin hamısını ləğv etdi. Nizami ordu, vahid komandanlıq yaradıldı. Orduya peşəkar kadrlar cəlb edildi. Məhz aparılan bütün bu islahlar nəticəsində Ermənistanın işğalçılıq siyasətinin genişlənməsinin qarşısı alındı. Hətta 1994-cü ildə Azərbaycan Ordusu cəbhənin bir neçə istiqamətində Ermənistana qarşı uğurlu hərbi əməliyyatlar aparmağa nail oldu. Artıq öz işğalçılıq siyasətini genişləndirə bilmədiyini görən Ermənistan atəşkəs sazişini imzalamağa nail oldu.

 -Səmyar bəy, Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə gəlişi Azərbaycanın sonrakı uğurlarına necə təsir göstərdi? Xüsusilə də, Azərbaycan dövlətinin həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclənməsinə, 44 günlük Vətən müharibəsində düşmən üzərində həlledici qələbə qazanmasını necə sitimullaşdırdı?

 -Əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın bütün sonrakı uğurlarının qarantı, təminatçısı oldu. Azərbaycan xalqı və dövlətçiliyi adına sevindirici məqamlardan biri də bu oldu ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu son dərəcə uğurla davam etdirdi. Heydər Əliyev ideyaları əsasında aparılan islahatlar, yürüdülən daxili və xarici siyasət XXI əsrin əvvəllərində Azərbaycanın güclü bir dövlət kimi formalaşmasını təmin etdi. Azərbaycan iqtisadi-hərbi gücünə görə regionun lider dövlətinə çevrildi.

Ümummilli ldier Heydər Əliyev kursunu daha da inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünya miqyasında qabaqcıl ordulardan birinə çevirdi. Bununla da, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri yalnız erməni faşizmini deyil, ona havadarlıq edən qüvvələri də qəti məğlubiyyətə uğratdı. Azərbaycanın erməni işğalındakı tarixi torpqları azad edildi. Prezident İlham Əliyevin təbirincə desək, ölkə başçısı ata vəsiyyətini, Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdi.

Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində ciddi yenidənqurma və abadlıq işləri həyata keçirilir. Ermənistanın işğalçılıq siyasətinin bu ərazilərdəki nəticələri aradan qaldırılır. Qarabağ və ətraf ərazilər sözün həqiqi mənasında cənnətə çevrilir. Bütün bunlar Müzəffər Ali baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğu qədər də, həm də Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bütün bu uğurların arxasında Heydər Əliyev siyasi kursu dayanır.

Mən Azərbaycan xalqını bu tarixi gün – Milli Qurtuluş Günü münasibətilə təbrik edir, xalqımıza və dövlətimizə uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə dünya dövlətləri arasında öz gücünü və nüfuzunu artırmaqda davam edəcək, bundan sonra da digər ölkələr respublikamızdakı inkişafı heyranlıqla müşahidə edəcəklər.

Seymur ƏLİYEV

 

2025-06-15 13:53:30
2940 baxış

Digər xəbərlər

“Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi”mövzusunda beynəlxalq konfransının xarici iştirakçıları Respublika Veteranlar Təşkilatında olmuşlar

Qonaqlar öncə Respublika Veteranlar Təşkilatının inzibati binası ilə tanış olmuşlar. Təşkilatda yaradılmış şərait qonaqlar tərəfindən yüksək qiymətləndirmişdir.   Təşkilatın akt zalında  “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” beynəxalq konfransının xarici iştirakçıları ilə veteranlar və Təşkilatın əməkdaşlarının görüşü keçirilmişdir.  Görüşdə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir.  “Sizi təşkilatımızda görməkdən məmnunluq duyuruq. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi konfransda iştirak etdiyiniz üçün sizə minnətdaram. Onu da qeyd edim ki, konfrans yüksək səviyyədə keçirildi. Biz birlikdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəldik. Bu cür beynəlxalq əhəmiyyətli  konfransların keçirilməsi dünyada sülhün qorunmasına töhfə verməklə, xalqlar arasında dostluğun inkişafında mühüm stimula çevrilir. Azərbaycan xalqı sülhsevər və tolerant xalqdır. Biz digər xalqlarla II dünya müharibəsində faşizmlə birgə mübarizə apardıq. Dünyanı faşizm  bəlasında qurtamaq üçün hər birimiz səfərbər olquq, sərvətlərimizi qələbə naminə istifadə etdik. Bəli, biz qələbə qazandıq. Alman faşizmi süqüt etdi. Lakin bu gün dünyada gedən proseslər hər birimizi, xüsusən də müharibənin acısını görmüş insanları narahat etməlidir. Azərbaycan Respublikası II dünya müharibəsində olduğu kimi bu gün də faşizmlə mübarizə aparır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırm siyasəti faşizmin yeni təzahürü olmaqla, onun müasir dünyada yaşadılması cəhdindən xəbər verir. Bütün dünya dövlətlərini faşizmin istənilən təzahürü ilə mübarizəyə, erməni faşizminə son qoyulması üçün təsirli tədbirlər görməyə, işğal altında olan Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılmasında bizə dəstək olmağa səsləyirik. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konfransın əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, eləcə də, dövlət orqanları tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışmışdır. Çıxış edən “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç Azərbaycan xalqının qonəqpərvəliyindən, respublikamızın sülhə verdiyi tövhələrdən, ölkəmizin günü-gündən inkişafından və veteranlara göstərilən qayğıdan danışmışlar. Daha sonra general-leytenant Qaponenko Alfred Qriqoryeviç, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası filialının - Cənubi Rusiya İdarəetmə İnstitunun direktor müavini Trubiçın Andrey Vitaliyeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç və Beynəlxalq İttifaqın Belarusun Mogilyev vilayəti nümayəndəliyinin rəhbəri Artyomçik Vitali Viktoroviç “Veteran həmrəyliyi” medalı ilə, Moldovanın “Layiqli yaddaş” xeyriyyə fondunun vitse-prezidenti Skripkaraş Anjela İllarionona “Həzi Aslanov” yubiley medalı ilə təltif edildilər. Bütün qonaqlara qiymətli hədiyyələr təqdim edilmişdir. Həmçinin General-leytenant Qaponenko Alfred Qriqoryeviç Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovu və Hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevi Müstəqil Dövlətlər Birliyi Veteranlarının  (Təqaüdçülərinin) Beynəxalq Biriliyinin təsis etdiyi “Наша Слава” medalı ilə təltif etmişdir. Sonda xarici qonaqlar Respublika Veteranlar Təşkilatının kollektivi ilə birgə xatirə şəkli çəkdirmişlər.

Hamısını oxu
Prezidentdən Ermənistana: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get, başqa ölkənin tərkibində yaşa”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”. Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident bildirib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz:   “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. İ.Əliyevin sözlərinə görə, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub”. “İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get, başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq”, - deyə Prezident əlavə edib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Azərbaycan Ordusu xalqımızın qürurudur

Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bunun sübutudur. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Azərbaycan Ordusunun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdıran ehtiyatda olan polkovnik deyib ki, bu münasibətlə təşkil edilmiş parad ordumuzun gücünü nümayiş etdirdi. Prezident İlham Əliyev nitqində bu məsələni xüsusi vurğulayaraq deyib: “Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”. Həmçinin parad zamanı fəxrlə nümayiş etdirdiyimiz silah və sursatın, texnikanın əksəriyyətinin Azərbaycanda istehsal edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi və onlardan yüksək dəqiqliklə istifadə olunması, hava və raket hücumlarına qarşı aldığımız sistemlər Azərbaycan Ordusunun hərbi qüdrətini, müdafiə potensialını və hücum gücünü daha da artırıb. C.Xəlilov qeyd edib ki, Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. “Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu