Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin 12 iyun tarixli Fərmanı müstəqillik tariximizin ən unikal hadisələrindən biridir”

Səmyar Abdullayev: “Fərman 3 milyon vətəndaşımızı əhatə edir ki, bu da onun miqyasının hədsiz böyüklüyündən xəbər verir”

Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixində sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az-a müsahibəsində bu Fərmanın həssas kateqoriyaya məxsus vətəndaşların sosial rifahında oynayacağı rolu şərh edib:

-Səmyar bəy, Prezidentin məlum Fərmanını necə dəyərləndirirsiniz? Sizcə bu Fərman həssas kateqoriyaya məxsus vətəndaşların həyatında, sosial rifahında hansı dəyişikliklərə yol açacaq?

-Dövlət başçısının 12 iyun 2025-ci il tarixli Fərmanı hər şeydən ölkə Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Bu Fərman ümumilikdə 3 milyon vətəndaşı əhatə edir ki, bu da ölkə əhalisinin təxminən üçdə biri deməkdir. Bu mənada 12 iyun Fərmanı Azərbaycanın müstəqillik tarixində ən unikal hadisələrdən biridir.

Prezidentin sözügedən Fərmanı həsas kateqoriyaya məxsus vətəndaşların sosial rifahının yüksəldilməsinə, onlara ayrılan dövlət müavinətlərinin və təqaüdlərinin ciddi şəkildə artırılmasına hesablanıb. Nümunə üçün qeyd edək ki, Fərman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat məbləğində müavinətin verilməsini nəzərdə tutur.  Ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat məbləğində müavinət veriləcək ki, bu da ötən dövrlə müqayisədə xeyli çoxdur. Uşağın anadan olmasına görə 600 (altı yüz) manat, dəfn üçün 600 (altı yüz) manat müavinət veriləcək ki, bu da ötən dövrlə müqayisədə cidid artım deməkdir.

Prezidentin Fərmanına əsasən  beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat müavinətin verilməsi nəzərdə tutulub ki, bu da həmin ailələrin sosial rifahının yüksəldilməsi, uşaqlar üçün daha təminatlı gələcəyin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, bu Fərman 3 milyona qədər vətəndaşımızın sosial rifahının daha da yaxşılaşmasına şərait yaradacaq ki, bu da olduqca böyük rəqəmdir. Onu da unutmayaq ki, bu sosial layihə dövlətimiz və xalqımız adına mühüm bir dönəmdə - işğaldan azad edilən ərazilərimizdə böyük abadlıq, quruculuq işlərinin həyata keçirildiyi bir zamanda gerçəkləşir ki, bu da dövlətimizin heç bir situasiyada həssas kateqoriyadan olan vətəndaşları diqqətdən kənarda qoymadığını göstərir.

-Fərman əlillərin sosial təminatına necə təsir göstərəcək?

-Bu Fərmandan ən çox yararlananlardan biri də əlil vətəndaşlarımız olacaq. Fərmana əsasən  orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat,  orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat,  orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat məbləğində təqaüd veriləcək. Bundan başqa, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat məbləğində təqaüdlə təmin ediləcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezidentimizin məlum Fərmanında bütün kateqoriyalardan olan əlil vətəndaşlarımızın sosial təminatının yüksəldilməsi nəzərdə tutulub. Yəni bu Fərman hər bir əlil vətəndaşımızın sosial rifahının artmasına bilavasitə təsir göstərəcək.

Mən buna görə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından cənab Prezidentə təşəkkür edir, minnətdarlığımı bildirirəm.  

-Səmyar bəy, Fərmanda şəhid ailələrinə verilən təqaüdərin də artırılması nəzərdə tutulur. Sizcə bu, dövlətimizin, Müzəffər Ali Baş Komandanın şəhidlərimizə olan ehtiramının, şəhid ailəlrinə olan diqqət və qayğısının bariz nümunəsi sayıla bilərmi?

-Şübhəsiz!

Prezidentin 12 iyun tarixli Fərmanında şəhid ailələrinə verilən təqaüdlərin ciddi şəkildə artırılması dövlət başçımızın bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət yetirdiyini göstərir.

Xatırladaq ki, Fərmana əsasən şəhid ailəsi üçün 700 (yeddi yüz) manat, 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat məbləğində təqaüd veriləcək.

Prezidentin bu Fərmanı göstərdi ki, Azərbaycan dövləti, onun rəhbərliyi şəhidlərimizin dövlətimiz, xalqımız qarşısıdnakı tarixi xidmətlərini bir an belə olsun yaddan çıxarmır, onların ailələrinə mütəmadi şəkildə qayğı göstərməyi proiritet vəzifələrindən biri hesab edir.

-Sizcə bu Fərman cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik şüurunun formalaşması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Prezidentin 12 iyun tarixli Fərmanı gənclər arasında vətənpərvərlik şüurunun möhkəmlənməsi, vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi baxımından da ciddi əhəmiyyətə malikdir. Çünki bu Fərmanda həm şəhid ailələri, həm də Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı müddəalar da yer alır ki, bu da dövlətimizin vətən uğrunda döyüşən qəhrəmanlara sevgi və ehtiramının göstəricisidir. Hansı ki, bu yanaşma ictimai rəydə, xüsusilə də gənclərin fikir və düşüncəsində  dərin iz qoyur, onların qəlbində vətəni qorumağın müqəddəsliyinə inamı artırır.

Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin 12 iyun tarixli Fərmanı həssas kateqoriyaya məxsus vətəndaşlarımızın sosual rifahının yaxşılaşmasına xidmət edən mühüm yenilik olmaqla yanaşı, həm də mənəvi-ideoloji əhəmiyyətə malik bir addımdır. İnanıram ki, bu addım gənclərimizin vətənpərvərlik ruhunun möhkəmlənməsinə, onların vətənə, mili-mənəvi dəyərlərə bağlılığının güclənməsinə öz müsbət təsirini göstərəcək.

Sonda bir daha “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq bütün əlillər adından Prezident İlham Əliyevə bu nəcib, humanist Fərmanına görə təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Seymur ƏLİYEV

2025-06-17 09:06:38
2522 baxış

Digər xəbərlər

Fatma Səttarova bir qrup veteranı ad günü münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Təşkilatın aşağıdakı üzvlərini ad günü münasibəti ilə təbrik edib:   İsgəndərov Hüseyn Həsən oğlu, 15.03.26, BMV, Sumqayıt ş; Qasımov Abdulla Həsən oğlu, 03.03.1926, BVM, Astara r-nu, Pensər kəndi; Nehmətov Cəbrayıl Nəsrulla oğlu, 04.03.1923, BVM, Astara r-nu, Şiyəkəran kəndi; Nuriyev Nəbi  Balı oğlu, 12.03.1922, BVM, İmişli r-nu, Qaralar kəndi.   SƏDR:Fatma Səttarova 28 fevral 2022-ci il  

Hamısını oxu
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”

“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir: “Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək. Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”. Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir: “Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi.  Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
“Bu muzeyin yaradılması böyük hadisə olardı”

Cəmil Quliyev: “Dünyada bu səpgili muzeylərin sayı artmaqda, ekspozisiyası genişlənməkdədir” Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədri müavini, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamada maraqlı təkliflə çıxış edib. Gələn il II Dünya Müharibəsinin 75 illiyinin qeyd olunacağına diqqət çəkən C.Xəlilov, Azərbaycanın bu müharibədə iştirakçını əks etdirən muzeyin yaradılmasını təklif edib. C.Xəlilovun sözlərinə görə, belə bir muzeyin yaradılması həm xalqımızın faşizm üzərindəki qələbədəki rolunun təbliği, həm də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlama verən görkəmli kinorejissor, professor Cəmil Quliyev bu təklifi müsbət qarşıladığını vurğulayıb: “Belə bir muzeyin yaradılması böyük bir hadisə olardı. Çünki muzey əslində böyük bir mədəniyyətdir. Mən Beynəlxalq Muzeylər Şurasının üzvü kimi onu deyə bilərəm ki, dünyada bu səpgili muzeylərin sayı artıb. Onların ekspozisiyası genişlənir. O ki qaldı II Dünya Müharibəsində Azərbaycanın iştirakını əks etdirən muzeyin yaradılmasına, bu, çox böyük bir hadisə olardı. Çünki Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbədə misilsiz xidmətləri var. Həm arxa, həm də ön cəbhədə Azərbyacan çox böyük fədakarlıqlar göstərib. Xalqımızın yüz minlərlə oğlan və qızı bu müharibədə həlak olub. Xeyli sayda vətəndaşımız göstərdiyi igidliklərə görə orden və medallarla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Sovet ittifaqı Azərbyacan nefti hesabına bu müharibədə qələbə çaldı. Azətbaycan neftçilərinin rəşadətli əməyi qələbənin qazanılmasında mühüm rol oynadı. Odur ki, hesab edirəm ki, belə bir muzeyin yaradılması sevindirici bir hadisə olardı”.   Seymur ƏLİYEV

Hamısını oxu
“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib: “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.  Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”. Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.

Hamısını oxu