Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi xidmət göstərilib

Veteran.gov.az xəbər verir ki, 21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin herontoloji briqadası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlar üçün tibbi aksiya keçirib. Aksiya zamanı 50-ə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi yardım göstərilib.

Məlumat üçün qeyd edək ki, bu, “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin veteranlarla bağlı həyata keçirdiyi ilk tibbi-sosial aksiya deyil. Adıçəkilən qurum bundan öncə də dəfələrlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında oxşar aksiyalar keçirib, ümumilikdə yüzlərlə veterana pulsuz tibbi yardım göstərib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin direktoru Nailə Əhmədova analoji aksiyaların bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəyini vurğulayıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov aksiyaya görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Herontoloji Mərkəz” Publik Hüquqi Şəxsin kollektivinə təşəkkür edib, bütün veteranlar adından minnətdarlığını bildirib.

 Seymur ƏLİYEV

2025-06-21 13:31:12
2994 baxış

Digər xəbərlər

“Ordumuzun güclənməsi təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”

“Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik məsələsinə verdiyi önəmi göstərir: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə saxlamalıdır”. Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət çəkdi: “Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvəlıəri öz peşçəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu bir daha əyani şəkildə göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də xaricdən alınan texnikalar hesabına daha modern silahlarla silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin qarşısını anındaca almağa imkan verir. Onu da qeyd edək ki, son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da olduqca təqdirəlayiqdir. Şübhəsiz, biz bütün bunlara görə Prezidentimizə, onun müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün əsas şərtdir. Prezidentimizin yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin etməkdə davam edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Ermənistan Yunanıstanla hərbi əməkdaşlığını genişləndirir - Hədəf nədir?

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır

Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini  təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.

Hamısını oxu
“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olunub

2025-ci il iyunun 25-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmin təqdimatı keçirilib. Filmin təqdimatında göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həmçinin çəkilişlər zamanı yaradılan əlverişli şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və onun əməkdaşlarına təşəkkür bildirilir Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun çıxışı ilə açıldı. O, bu kimi layihələrin mədəni irsin təbliğindəki əhəmiyyətini vurğuladı və filmin ərsəyə gəlməsində əməyi olan “Sağlamlığın Qorunması” İctimai Birliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi. Daha sonra “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Yazgül Abdıyeva xüsusi olaraq vurğuladı ki, təqdim olunan film vasitəsilə Gədəbəy rayonunun zəngin mədəni və tarixi irsinin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda bu irsin gələcək nəsillərə ötürülməsi başlıca məqsədlərdəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm milli kimliyin qorunması baxımından mühüm rol oynayır, həm də regionun turizm potensialının artırılmasına töhfə verir. Tədbirin əsas hissəsində Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmi təqdim olundu. "Qaladan Qala" – “Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan Gədəbəy rayonunun zəngin mədəni irsini, arxeoloji və memarlıq abidələrini, folklor və etnoqrafik xüsusiyyətlərini tamaşaçılara təqdim edir. Film, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəydə yerləşən qala qalıqları, qədim körpülər, yaşayış məntəqələri, türbələr və daş abidələr vasitəsilə bölgənin tarixi yaddaşını canlandırır. Eyni zamanda ekran əsəri yalnız daş abidələrlə kifayətlənmir – aşıq sənəti, dastan və nağıl ənənəsi, bölgədə yaşayan Malakan icmasının gündəlik həyatı və qəhrəmanlıq tarixi də filmin əsas mövzularındandır. Kamera qarşısında canlanan bu irs, sadəcə keçmişə bir nəzər deyil, həm də gələcəyə tutulan güzgüdür. Film, qədim oğuz türklərinin bölgədə qoyduğu izləri, sıldırım qayalar üzərində ucalan qalaların monumental gözəlliyini və bu irsin qorunmasının vacibliyini dolğun şəkildə əks etdirir. Sənədli film vasitəsilə tamaşaçılar təkcə daşlar və divarlar arasında səyahət etmir, həm də bir xalqın ruhuna, yaddaşına və milli kimliyinə doğru mənəvi bir yolçuluğa çıxırlar. Layihə mədəni irsin qorunması və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm bir sənədli töhfə hesab olunur. Filmin nümayişindən sonra Media Təhlil Mərkəzinin audiovizual layihələr üzrə eksperti, telejurnalist Səidə İbrahimli çıxış edərək sənədli filmin çəkiliş prosesi və maraqlı məqamları barədə danışdı. O qeyd etdi ki, belə filmlər vasitəsilə bölgələrin mədəni və tarixi potensialı daha geniş auditoriyaya çatdırılır. N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli sağlamlıqla mədəni irs arasında əlaqədən bəhs etdi. O vurğuladı ki, cəmiyyətin sağlam inkişafı yalnız fiziki deyil, mənəvi sağlamlıqla da sıx bağlıdır və bu baxımdan mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Şair-publisist Etibar Nadiroğlu bölgəyə dair ədəbi-bədii duyğularını bölüşdü. O, Gədəbəyin təbiətindən, tarixindən və insanlarının ruhundan ilham alan poetik təəssüratlarını dinləyicilərlə paylaşdı. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru İlham Həsənov Gədəbəyin tarixi abidələrinin elmi dəyərləndirilməsinə toxundu. O qeyd etdi ki, bölgədəki abidələr Azərbaycanın qədim dövlətçilik ənənələrinin sübutu kimi mühüm tədqiqat obyektləridir. “İntellektual Hüquq Mərkəzi”nin direktoru, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, prezident təqaüdçüsü İlqar Türkoğlu isə çıxışında türk dünyasının ortaq irsində Gədəbəyin rolunu vurğuladı. Onun fikrincə, belə layihələr türk xalqları arasında tarixi bağların möhkəmlənməsinə töhfə verir. AMEA Folklor İnstitutunun dosenti, t.ü.f.d. Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edərək bölgənin elmi-folklor yaddaşını təqdim etdi. O bildirdi ki, Gədəbəyin şifahi ənənələri və etnoqrafik materialları Azərbaycan mədəni irsinin mühüm hissəsidir. Prezident mükafatçısı, şair-publisist Aybəniz Qafarlı Gədəbəyin ədəbi-mədəni mühitinə dair fikirlərini bölüşdü. O vurğuladı ki, bu torpaq təkcə təbiəti ilə deyil, yetirdiyi sənətkar və ziyalılarla da zəngindir. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə gənclərin yaradıcılığı və mədəni irsin təbliği istiqamətindəki təşəbbüslərin önəmini qeyd etdi. O bildirdi ki, yeni nəsillərin bu irsə sahiblənməsi milli kimliyimizin gələcəyi üçün mühüm şərtdir. Çıxışlarda Gədəbəyin zəngin tarixi, mədəni və mənəvi irsi, bu irsin nəsillərarası ötürülməsi, sənədli filmin rolu və yaradıcı gənclərin dəstəklənməsi vurğulandı. Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin rəsmləri nümayiş olundu. Həmçinin Emin Saqi tərəfindən “Gədəbəy Tarixi” mahnısı səsləndirildi. Y.Abdıyeva, eyni zamanda, film çəkilişləri zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq Orxan Mürsəlova təşəkkürnamə təqdim edib. Tədbirdə Gədəbəy sakinləri, icra nümayəndələri və müxtəlif peşə sahibləri ilə yanaşı, Bakıdan və Rusiyadan da qonaqlar iştirak ediblər. Qeyd edək ki, çəkilişlər “AS Production” tərəfindən həyata keçirilib.  

Hamısını oxu