Digər xəbərlər
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər.
Hamısını oxu
Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı. Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.
Hamısını oxu
Yanvarın 21-də Bakı Hərbi Məhkəməsində Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin açıq məhkəmə prosesi keçirilib. Saytımıza açıqlamasında məlum məhkəmə prosesinə toxunan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, separatçılarla bağlı keçirilən məhkəmə prosesinin həm hüquqi, həm də mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “Separatçıların məhkəmə qarşısında dayanması hər şeydən öncə dövlətimizin gücündən və ədalətindən xəbər verir. Vaxtiylə Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlərə yol verən, insanlarımızın həyatına qəsd edən, dinc vətəndaşlara qarşı belə xüsusi amansızlıq sərgiləyən şəxslərin bu gün məhkəmə qarşısında dayanması göstərir ki, Azərbaycan dövləti ədaləti təmin etməyə, kimliyindən asılı olmayaraq xalqımıza qarşı cinayət törədənləri cəzalandırmağa qadirdir. Heç kimə sirr deyil ki, qondarma “Dağlığ Qarabağ respublikası”nın rəhbərləri 44 günlük Vətən müharibəsinə qədər özlərini toxunulmaz hesab edirdi. Onlar belə hesab edirdi ki, heç vaxt etdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmayacaq, cəzasızlıq mühitində növbəti cinayətlərini həyata keçirəcəklər. Lakin Azərbaycan dövlətinin qətiyyəti və əzmi sayəsində onlar tutularaq məhkəmə qarşısına çıxarıldı və bununla da bütün dünya gördü ki, dövlətimizin təhlükəsizliyinə qəsd edən, onun ərazi büövlüyünü pozmağa çalışan, xalqımıza qarşı cinayət törədən heç kim məsuliyyətdən qaça, cəzadan qurtula bilməyəcək. Separatçılarla bağlı məhkəmə prosesində Azərbaycan dövlətinin ədalətini əks etdirən məqamlardan biri də ittiham olunan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunması, onların tərcüməçilər, vəkillər və s. ilə təmin edilməsidir. Məhkəmə prosesi açıq şəkildə keçirilir ki, bu da şəffaflığın təmin edilməsi, bütün dünyanın, eləcə də beynəlxalq ekspert və müşahidəçilərin bu prosesi rahat şəkildə izləməsi baxımından olduqca əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, xalqımız qarşısında törətdikləri cinayətlərin hədsiz ağırlığına baxmayaraq, rəsmi Bakı məhkəmə prosesinin beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və ədalətli şəkildə keçirilməsini təmin edir. Dövlətimiz bununla yalnız separatçılara deyil, demokratiya, beynəlxalq hüquq, insan haqları adı altında insan hüquqlarını kütləvi şəkildə pozan, ağır cinayətlər törədən Fransa və bu qəbildən olan ermənipərəst dövlətlərə hüquq və insanlıq dərsi keçir. Rəsmi Bakı bununla bir kəs daha göstərir ki, Azərbaycan hüquq dövlətidir və kimliyindən, törətdiyi cinayətlərin ağırlığından asılı olmayaraq, hər kəsin məhkəmə qarşısında ədalətli mühakimə olunmaq hüququna hörmət edir, bu hüququ zərrə qədər də olsun pozmaq niyyətində deyil. Özünü “demokratiyanın beşiyi” hesab edən, insan hüquqlarının müdafiəsi adı altında insan hüquqlarına qəsd edən dövlətlər Azərbaycanın ədalətindən ibrət götürməli, sözdə deyil, əməldə insan hüquqlarına hörmət sərgiləməlidirlər”. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Seymur ƏLİYEV
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub. Xatırladaq ki, bu, erməni hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı ilk təxribatı deyil. Belə ki, işğalçı ordunun əsgərləri zaman-zaman həm Azərbaycan ordusunun hərbçilərinə, həm də təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfatla məşğul olan dinc, mülki sakinlərə atəş açaraq onların yaralanması, şəhid olmasına səbəb olub. Son olayla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ermənistanın təxribatçı addımlarına qarşı beynəlxalq miqyasda ciddi addımlar atmağın vacibliyinə diqqət çəkdi: “Erməni snayperinin açdığı atəş nəticəsində sərhədçi əsgərimiz şəhid olması xəbəri cəmiyyətimizdə böyük təsssüf və qəzəb hissi ilə qarşılanamqdadır. Məlum olduğu kimi, bu erməni ordusunun Azərbaycan hərbçilərinə və mülki sakinlərinə qarşı ilk təxribatı deyil. Bundan öncə də Ermənistan atəşkəs rejimini, eləcə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki vətəndaşlarımız və hərbçilərimizə atəş açmış, hətta azyaşlı uşaq və qocaların ölümünə səbəb olan ağır cinayətlərə yol vermişdir. Sərhədçi əsgərimizlə bağlı baş verən məlum olay düşmənin öz çirkin niyyətindən əl çəkmədiyini, ölkəmizə yönəlik təxribatçılıq fəaliyyətini israrla davam etdiyini göstərir. Lakin təəssüflər olsun ki, bu olaylara nə Minsk qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar adekvat münasibət göstərmir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, habelə dünyanın aprıcı gücləri baş verənlərə ciddi reaksiya verməli, işğalçı Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq etməlidir. Bir tərəfdən sülhdən danışan, digər tərəfdən hərbi təcavüz və təxribata yol verən Ermənistan etdiyi cinayətlər görə cavab verməli, sivil, demokratik dünyanın təpgi və təzyiqini öz üzərində hiss etməlidir. Əsgərimizin şəhid olması faktı göstərir ki, siyasi riyakarlıq və hərbi təxribatla məşğul olan, terror və təcavüzü dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı olması ilə bağlı verdiyi bütün bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Odur ki, beynəlxalq təşkilatlar, ATƏT, BMT Ermənistanın hərbi təxribatçılıq fəaliyyətinə cavab olaraq hərəkətə keçməli, işğalçı ölkəyə qarşı ciddi və çoxşaxəli sanksiyalar tətbiq etməklə növbəti təxribatların qarşısını almalıdır. Ermənistan bilməlidir ki, Azərbaycan ordusu hər cür təhdid və təxribatı dəf etməyə, düşmənə layiqli cavab verməyə qadirdi və 2016-cı ilin aprel döyüşləri buna əyani misaldır. Düşmən anlamalıdır ki, əgər təxribatçılıq cəhdlərindən əl çəkməsə, Azərbaycan ordusu tərəfindən elə bir zərbə alacaq ki, aprel məğlubiyyəti Ermənistana bu zərbə ilə müqayisədə toy-bayram kimi görünəcək”. Seymur ƏLİYEV
Hamısını oxu