Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”

“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”.

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir:

“Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir.

Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək.

Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”.

Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir:

“Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi.  Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”.

Seymur ƏLİYEV

2025-11-04 18:27:04
2402 baxış

Digər xəbərlər

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək”

Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq”   Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.   Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq:   “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir.   Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir.   Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.   Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək:   “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.  

Hamısını oxu
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevə Tailandda təlim-məşq toplantısına yola düşən idmançılarla görüşüb

10 iyul 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevə ölkəmizi MMA döyüş növü ilə beynəlxalq yarışlarda uğurla təmsil edən bir qrup idmançı ilə görüşüb.  Taillandda təlim-məşq toplantısına yola düşən idmançılarla görüşündə Prezident İlham Əliyevin idmana olan qayğısına diqqət çəkən Zərifə Quliyeva, idmançılarımıza uğurlar arzulayıb, onların zəfərinə inamını ifadə edib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman idmançılara böyük diqqət və qayğı ilə yanaşdığı, məhz onun qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda böyük uğurlara imza atdığı hər kəsə məlumdur. Bu gün ölkəmizdə böyük idman arenaları fəaliyyət göstərir ki, bu da gənclərimizə öz asudə vaxtlarını səmərəli şəkildə keçirməyə, peşəkarlıqlarını artırmağa, idmanın istənilən növü ilə məşğul olmağa imkan verir. Biz bütün uğurlarımız kimi idman sayəsində əldə etdiyimiz nailiyyətlərə görə də, dövlət başçımıza, onun gənclərimizə, idmançılarımıza verdiyi maddi-mənəvi dəstəyə minnətdarıq. İnanıram ki, hər zaman olduğu kimi bundan sonra da sonsuz mübarizə əzminiz, peşəkarlığınız sayəsində rəqiblərinizə qalib gələrək doğma Azərbaycanımızın üçrəngli bayrağını dünya arenalarında dalğalandıracaq, xalqımıza sevinc bəxş edəcək, hər bir azərbaycanlını qürurlandıracaqsınız”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da idmançılarımıza uğurlar arzulayıb, torpaqlarımızın erməni faşizmindən azad edilməsində xüsusi təyinatlı dəstələrdə, müxtəlif hərbi birləşmələrdə xidmət edən idmançılarımızın mühüm rol oynadığını bildirib: “Bizim üçün qürurvericidir ki, bu gün Azərbaycan bütün dünyada öz hərbi, iqtisadi, diplomatik uğurları ilə yanaşı, həm də görkəmli idmançıları, idman yarışlarında əldə etdiyi böyük zəfərlərlə tanınır. Biz buna görə siz idmançılara təşəkkür edir, öz minnətdarlığımızı bildiririk. Bu gün idman bütün dünyada dövlətlərin gücünü, qüdrətini göstərən əsas vasitələrdən biri kimi qəbul edilir. Biz fəxr edirik ki, dövlətimiz bu müstəvidə də kifayət qədər tanınır,  ölkəmizin adı beynəlxalq miqyasda xüsusi ehtiramla çəkilir. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev gənclərin fiziki hazırlığına xüsusi önəm verib, ölkəmizdə idmanın inkişafına təkan verən ciddi yeniliklər həyata keçiriblər. İdmançılarımız 44 günlük Vətən müharibəsində də fəal iştirak edib, xüsusi təyinatlı hərbi birləşmələrin tərkibində vətən torpağının azad edilməsində böyük qəhrəmanlıqlar göstəriblər. Biz bütün bunlara görə idmançılarımıza təşəkkür edir, sizə qarşıdakı yarışlarda müvəffəqiyyətlər arzulayırıq”. Görüşdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədr müavini Qalib Əliyev, Təşkilatın şöbə müdiri Cəmilə Fəyyaz, siyasi şərhçi, tanınmış ziyalı Əliqismət Bədəlov da idmançılarımızın əməyinə diqqət çəkib, onlara uğurlar diləyiblər. Məşqçi Ruslan Məmmədhəsənov, idmançılar Elçin Hüseynov, Nərmin Əliyeva, Şahan Həsənzadə görüşə görə Zərifə Quliyevaya təşəkkür edib, dövlətin və xalqın etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.  Görüşün sonunda Zərifə Quliyeva idmançılara müəllifi olduğu “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarını hədiyyə edib, xatirə şəkli çəkdirib.  Seymur ƏLİYEV  

Hamısını oxu
Путин: Мы очень ценим роль Ильхама Алиева и Мехрибан Алиевой в популяризации русского языка в Азербайджане

В ходе встречи с Первым вице-президентом Азербайджана Мехрибан Алиевой Президент России Владимир Путин обратил внимание на большое значение, которое власти Азербайджана придают популяризации русского языка в своей стране.  Как передает ТАСС, встреча состоялась 22 ноября в резиденции в Ново-Огарево. "Не могу не отреагировать на то, что вы сейчас сказали, в особенности это касается наших гуманитарных связей и отношение в Азербайджане к русскому языку", - пояснил В.Путин.  По его словам, "это одна из стран бывшего Советского Союза, где отношение к русской культуре и русскому языку поддерживается на самом высоком уровне". В связи с этим глава государства отметил высокую личную роль Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой в этом процессе.  "Мы это очень высоко ценим, потому что это - та база, которая позволяет нам развивать отношения и по всем другим направлениям, включая экономику и гуманитарные связи в широком смысле этого слова. Мы за это очень благодарны, и со своей стороны будем делать все, чтобы поддержать тренд на наше общее достояние. Это то, что позволяет людям общаться между собой без всяких барьеров, развивать отношения и межличностные, и на государственном уровне", - сказал глава Российского государства. В свою очередь, Мехрибан Алиева отметила, что в будущем власти Азербайджана должны еще больше уделять внимание этой сфере. "Растет новое поколение. Наше поколение имеет общие корни, общую историю. Растет молодое поколение, и чтобы те связи, особенно между людьми, между молодым поколением в гуманитарной сфере, которые сегодня существуют, чтобы они еще больше сохранялись и укреплялись", - ответила на это Первый вице-президент Азербайджана.

Hamısını oxu
Göygöl Rayon İcra Hakimiyyəti

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.   Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər.   Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu