Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir"

Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”

“8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”.

Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu:

“8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir.

Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin  keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların,  silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı.

Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib.

Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır.

Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq.

Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

2025-11-10 16:39:02
2803 baxış

Digər xəbərlər

Bu mükafat yol mədəniyyətimizlə yanaşı, xalqımızın və Prezidentimizin quruculuq əzminə verilən qiymətdir

Məlum olduğu kimi, Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Yoldakı tunellərin ümumi uzunluğu 6,3 kilometrdən çox, ən uzun tunel isə 3,34 kilometrdir. Şübhəsiz, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilməsi ölkəmizin yol infrastrukturuna, eləcə də yol mədəniyyətinə verilən yüksək qiymətdir. Bu olay ölkəmizdə yol infrastrukturunun sürətli inkişafından, beynəlxalq standartlara yüksək səviyyədə cavab verməsindən, qlobal miqyasda yeni yol mədəniyyətinin formalaşmasına ciddi töhfə qazandırmasından xəbər verir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən qalib seçilməsi, həm də xalqımızın və Prezidentimizin quruculuq əzminə verilən ümumbəşəri qiymətdir. Bu, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri dirçəldəcəyimiz, bu torpaqları cənnətə çevirəcəyimizlə bağlı gerçəkliyə çevrilən vədinin qlobal miqyasda təqdir edilməsi deməkdir. Məlum olay sübut edir ki, Azərbaycan erməni faşizminin vaxtiylə cəhənnəmə çevirdiyi torpaqlarda xarüqələr yaratmaqda, sülh və tərəqqi adına yaratdığı möcüzələrlə dünyanı heyrətləndirməkdə davam edir.   Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi fonunda baş verənlər onu deməyə əsas verir ki, Azərbaycanın abadlıq, qurucluq siyasəti beynəxalq miqyasda böyük əks-səda verməkdə, bütün dünyada heyrət və məmnunluqla müşahidə olunmaqdadır. Və bu tarixi nailiyyətin başında yeni eyni isim, eyni sima dayanır: Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev! Seymur ƏLİYEV  

Hamısını oxu
"SOS" mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.      

Hamısını oxu
Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
BDU-nun rektoruna tələbələrdən birbaşa 11 035 müraciət daxil olub

Hər bir tələbənin təklif və xahişi universitet rəhbərliyinin diqqət mərkəzindədir   Son illər Bakı Dövlət Universitetində (BDU) tədrisin təşkili və təkmilləşdirilməsi üçün tələbələrin yeni ideya, təklif, layihələrinin öyrənilməsinə, həmçinin irad və şikayətlərinin araşdırılmasına xüsusi fikir verilir. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin əsas binasında bilavasitə rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda Universitetin bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi açılıb. “Tələbə müraciətləri qutusu” və “Tələbədən rektora” müraciət bölməsi vasitəsilə bu günədək BDU-nun rektoru Elçin Babayevə 11 035 müraciət daxil olub. Rektora birbaşa olaraq 2019-cu ildə 2098, 2020-ci ildə 3392, 2021-ci ildə isə 4757 müraciət olub. Bu ilin iki ayı ərzində BDU rektoruna 788 tələbə müraciət edib. Daxil olan müraciətlər daha çox təhsil haqlarının ödənilməsinə möhlətin verilməsi, yataqxana təminatı, yenidən təhsilə bərpa, aztəminatlı tələbələrə kömək, eləcə də yeni ixtisasların açılması, ikili diplom və mübadilə proqramlarının artırılması, layihələrinin dəstəklənməsi və s. ilə bağlı xahiş və təkliflər olub. Tələbələrin hər bir müraciəti fərdi qaydada qeydə alınıb, öyrənilib, aidiyyəti üzrə tədbirlər görülüb.  

Hamısını oxu