Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ordumuzun güclənməsi təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”

“Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik məsələsinə verdiyi önəmi göstərir:

“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə saxlamalıdır”.

Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət çəkdi:

“Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvəlıəri öz peşçəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu bir daha əyani şəkildə göstərdi.

Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də xaricdən alınan texnikalar hesabına daha modern silahlarla silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin qarşısını anındaca almağa imkan verir.

Onu da qeyd edək ki, son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da olduqca təqdirəlayiqdir.

Şübhəsiz, biz bütün bunlara görə Prezidentimizə, onun müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün əsas şərtdir. Prezidentimizin yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin etməkdə davam edəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2026-01-02 20:53:00
2514 baxış

Digər xəbərlər

İlham Əliyevin hakimiyyəti dövründə yetişən NƏSİL - Onlar İNANILMAZI BACARDI

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Hamısını oxu
Fatma Səttarova 8 Mart münasibətiylə Azərbaycan qadınlarını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara xoş arzularını bildirib. Təbrik müraciətində deyilir: “Azərbaycan qadınları tarixən həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, öz ağılları, fədakarlıqları, cəsarət və iradələri ilə böyük xarüqələr yaradıblar. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan qadınlarının sərgilədiyi qəhrəmanlıqlar, qeyri-adi əzmkarlıq və mübarizlik nümunələri bütün dünyada böyük rəğbət və heyranlıqla qarşılanıb. Azərbaycan qadını tarixən öz qəhrəmanlığı ilə yanaşı, həm də öz humanizmi, xeyrixahlığı, hədsiz mərhəmətliliyi ilə diqqət çəkib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün bu keyfiyyətləri aydın şəkildə görmək mümkündür. Mən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda hörmətli Mehriban xanım olmaqla, bütün Azərbaycan qadınlarını, o cümlədən veteran qadınlarımızı təbrik edir, onların hər birinə uzun ömür, möhkəm cansağlığı və səadət arzulayıram. Əminəm ki, qadınlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin inkişafına, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcək, xalqımızın rifahı və əmin-amanlığı üçün əllərindən gələni əsirgəməyəcəklər!” Hörmətlə: Fatma Səttarova Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
“Türkiyə qlobal təhlükəsizliyin əsas təminatçılarından biridir”

Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb.  Sammitlə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov sammitin əhəmiyyəti, eləcə də Türkiyənin NATO-da artan rolu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Ankarada NATO-nun 36-cı sammitinin keçirilməsi ABŞ və Qərbin gələcək təhlükəsizliyi baxımından mühüm əhəmiyətə malikdir. Sammitdə NATO-nun hərbi-siyasi qurum kimi qorunub saxlanılması, onun imkanlarının genişləndirilməsi, təhlükəsizliklə bağlı təhdidlərə qarşı önləyici addımların atılması kimi mühüm məsələlər müzakirə edilir. Bizim üçün qürurverici məqamlardan biri sammitdə Türkiyəyə aparıcı NATO dövləti kimi xüsusi diqqətin göstərilməsi, qardaş dövlətin bu alyansdakı əhəmiyyəti haqqında yüksək fikirlərin səsləndirilməsidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin hərbi gücünü təqdir edən önəmli fikirlər səsləndirdi. Baş katib qeyd etdi ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atıb və bu istiqamətdəki səylərini qətiyyətlə davam etdirməkdədir. Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen də Türkiyənin NATO üçün əhəmiyyətinin inkaredilməz olduğunu bildirdi. Qeyd etdi ki, Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir və alyansın həyatında hər zaman mühüm rol oynayıb. Şübhəsiz, Türkiyənin NATO-dakı rolunun güclənməsi qardaş ölkə olaraq Azərbaycanı da qürurlandırmaqda, bizdə fərəh hissi oyatmaqdadır. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür. Bu mənada Türkiyənin hərbi gücünün artması bütün türk dünyasının təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Onu da xatırladım ki, Azərbaycanla Türkiyə arasıdna uzun illərdir ki, sıx hərbi əməkaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək, mütəmadi şəkildə genişləndiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub. Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər. Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.  

Hamısını oxu