Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

II Dünya müharibəsi veteranı Vəli Qasımov vəfat edib

Veteran.gov.az xəbər verir ki, II Dünya müharibəsi veteranı Vəli Qasımov yaşadığı Culfa rayonunun Xanəgah kəndində dünyasını dəyişib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Vəli Qasımovun vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

2026-02-11 15:52:00
2130 baxış

Digər xəbərlər

Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.

Hamısını oxu
"Dayaq" Təşkilatı şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib. Tədbirdə şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova,  Millət vəkili  Vüqar İsgəndərov,  "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, təşkilatın sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid ailələri, Qazilər, şəhidin doyüş yoldaşları, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər. Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmış şəhid Ramiq  Mikayılovun şərəfli ömür yolundan söz açıblar. Qeyd ediblər ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnək nümunəsidir. şəhidlərin adlarının əbədiləşdirilərək onların ləyaqətli ömür yollarını yeni nəsilə qeyrət mücəssəməsi kimi təqdim edilməsi təqdirəlayiqdir. Tədbiri MİRİİB sədri Zamin Zeynal açaraq qeyd edib ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən davamlı olaraq belə mənəvi dəstək ruhlu tədbirlər keçirilir. Zamin Zeynal onuda bildirib ki, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlər, uca yaradan Allahın dərgahında seçilənlərdir. Bu yolda sağlamlığını itirmiş Qazilər Allahın sevimli bəndələridir. Natiq onu da xüsusi olaraq vurğulayıb ki,  xalqımızı 44 günlük haqq savaşında dəmir yumruğu ətrafında birləşdirən Dövlət Başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını əsas götürərək ölkəmizin həssas təbəqəsinə  diqqət və qayğı yönümündə həyata keçirilən sosial siyasətə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi Xalq-iqtidar birliyi fonunda gələcəkdə də davam etdirilmədir. Şəhid Ramiq  Mikayılovun anası Gülgəz Mikayılova çıxış edərək bildirib ki, oğlunun doğum günü ilə bağlı belə bir tədbirin təşkil edilməsi şəhid və şəhid ailələrinə göstərilən növbəti vətandaş cəmiyyətinin diqqət nümunəsidir. Belə mənəvi dəstək ruhlu tədbirlərin təşkil edilməsi Şəhid anaları üçün mənəvi təsəllidir. Tədbirlə bağlı "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şəhidlər ölməz, vətən bölünməzdir, vətənimizin azadlığı, torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin cəsarəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğu nəticəsində xalqımızın 30  illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birmiz şəhidlərimizə, qazilərimizə dərin hörmət və diqqətlə yanaşmalıyıq. Hər zaman əməli, işgüzar fəaliyyətimizlə şəhidlərimizin adlarının əbədiləşməsi, qazilərimizin sağlamlığı ilə bağlı olduqca önəmli məsələlərdə bu sayaq birgə səylərimizi daha da artırmalıyıq.

Hamısını oxu
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu
“Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

Gülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb”  Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür.  Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub:  “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yaanşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların  müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar.  Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun  xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”.  Seymur ƏLİYEV  

Hamısını oxu