Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

Gülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb”

 Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür.

 Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub:

 “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yaanşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların  müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar.

 Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun  xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”.

 Seymur ƏLİYEV  

2022-08-08 14:15:00
876 baxış

Digər xəbərlər

“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:  “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.  Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:  “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.  Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.  Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "20 Yanvar bizim qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirə əmək və müharibə veteranları, 20 yanvar əlilləri, ictimai birliklərin rəhbərləri, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri dəvət olunublar. Tədbirdən öncə 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Cəlilabad Dövlət Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov məktəblilərin sərgidə nümayiş olunan əl işləri barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra onun təklifi  ilə bütün şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov azadlığa gedən yolda 20 Yanvar hadisələrinin böyük əhəmiyyət kəsb etməsi haqqında ətraflı danışıb, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə ilk dəfə  Ulu öndərimiz tərəfindən siyasi qiymət verildiyini xüsusi vurğulayıb. Əmək və müharibə veteranları Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Fəttah Kərimov, Qurban Əhmədov, Rafiq Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim, Abbas, İman Abdulla, Əlövsət Tahirli, rayon Ağsaqqal Şurasının sədri Ədalət Əsgərov, "Qarabağ qaziləri" ictimai birliyinin Cəlilabad filialının sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad üzrə nümayəndəsi İlkin Qubadov, 20 Yanvar Əllilər Cəmiyyətinin üzvləri Ramiz Məmmədov, Xeyrulla Şahbazov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək  rus qoşunları tərəfindən bizim dinc əhaliyə qarşı törətdikləri 1990 - cı ilin yanvar faciəsinin bizim qan yaddaşımız olduğunu bir daha qeyd ediblər, ölkəmizin müstəqillik qazanmasında xalqımızın göstərdiyi sarsılmaz birliyindən və mətin iradəsindən qürurla danışıblar.

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Günəşlidə “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.   Azərtac xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.   Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.   İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.   Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.   Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.   Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.   Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.  

Hamısını oxu
Prezident Tovuzda döyüşlər gedən ərazilərlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:   "Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alıram:   1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.   2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

Hamısını oxu