Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı məktəbliləri “Zəkaların mübarizəsi”ndə biliklərini sınayıb

Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan paytaxt məktəbləri üzrə regional mərhələsi keçirilib. 

Bu mərhələdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri olimpiadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar.

Paytaxtdakı 6 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir 6 nömrəli məktəb-liseyin xor qrupunun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İştirakçılara uğurlar arzulayan BŞTi-nin müdir müavi Fəttah Fəttayev olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini intellektual yarışların gənclərin analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını, innovativ yanaşmanı təşviq etdiyini və ölkənin gələcək kadr potensialının formalaşmasına töhfə verdiyini vurğulayıb.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıblar.

Olimpiadanın regional mərhələsində uğur qazanan Nərimanov, Yasamal, Səbail, Nizami və Xəzər rayonlarının komandaları respublika mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir. Olimpiadanın regional mərhələsinin şahmat üzrə yarışının yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.

 

2026-04-21 20:04:00
1656 baxış

Digər xəbərlər

“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirlməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla alır. Lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusyon quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik. Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar isə bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir təhlükənin, hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublkamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Prezident İlham Əliyevin “ŞƏT plyus” formatındakı çıxışı dövlətimizin sülh və ədalətə olan münasibətini ifadə edir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı dövlətimizin sülh və ədalətə olan münasibətini ifadə edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı işğal dönəmində BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrasında heç bir rol oynamadığına diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın vaxtiylə üzləşdiyi işğal probleminə, bu problem fonunda BMT-nin qəbul etdiyi qətnamələrə toxundu. Dövlət başçısı vurğuladı ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamadı və həmin qətnamələr nəhayətdə Azərbaycanın özü tərəfindən yerinə yetirildi. Nəticədə, dövlətimizin suverenliyi təmin edildi, Azərbaycana qarşı tarixi ədalətsizlik ortadan qaldırıldı. Dövlət başçısı bu gün Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcudluğuna da toxundu.Prezident bildirdi ki,  çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Təbii ki, uzun illər müharibə və münaqişə bölgəsi olan Cənubi Qafqazda sülhün çiçəklənməsi hər şeydən öncə Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. O siyasət ki, 2020-ci ilin Vətən müharibəsi nəticəsində dövlətimizin tarixi qələbəsini təmin etdi, regiona yeni status-kvo gətirməklə sülh üçün ciddi, fundamental zəmin yaratdı. Artıq hər kəs – dünya dövlətləri, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin sülh siaysətinə şahidlik etməkdədir. Hansı ki, bu siyasətin yalnız Azərbaycana deyil, bütün regiona  təhlükəsizlik və tərəqqi gətirəcəyi, Cənubi Qafqaz xalqlarının sosial rifahının yüksəlməsinə öz mühüm töhfəsini verəcəyi şübhəsizdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik. Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində də uğurla davam edəcəkdir. Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Milli.Az

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər.  Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar. Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu