Digər xəbərlər
26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz baxımından önəmini şərh edib. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin çağırış və tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması üçün mühüm addımlar atmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki, əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük hadisədir. Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb. Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıb. Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 1 aprel 2026-cı il tarixində Binəqədi rayonunda rayon ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun ailə üzvlərini ziyarət və rayon ərazisində yerləşən parkdakı büstü qarşısında əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov iştirak edib. Tədbirə həmçinin hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də qatılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətov haqqında söhbət açaraq Birinci Qarabağ müharibəsi zamanı qəhrəman oğulların başlatdığı mübarizə yolunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində tarixi qələbə ilə nəticələndiyini qeyd edib. O, bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaq. Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası Salatın xanım şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Daha sonra Binəqədi rayon ərazisində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adını daşıyan parkda şəhidin büstü qarşısında qəhəmanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirib. Sevinc Süleymanova qeyd edib ki, şəhidlərimiz hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söyləyib ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun igid əsgər və zabitləri reallaşdırıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Bu, bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Natiq Vətən uğrunda canlarını qurban vermiş igidlərin ailələrinə dövlət tərəfindən gpstərilən diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırdı. Tədbir 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam edib. Vətənimizin ərazi bütövlüyünün bərpası, suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Hamısını oxu
Cəlil Xəlilov: “Dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq” Xəbər verdiyimiz kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün zəruri cavab tədbirləri həyata keçirib. Veteran.gov.az-a açıqlamasında Azərbaycan-Ermənistan sərhəddindəki qarşıdurmaya münasibət bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının ordusunun yanında olduğunu bildirib, onu qətiyyətlə dəstəklədiyini bilidirb: “Ermənistan post-müharibə dönəmində Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, onlar bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, belə təxribatlar Ermənistanın özü üçün acı nəticələrə səbəb olacaq. Artıq rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycan ordusu düşmən təxribatına elə ilk dəqiqələrdən layiqli cavab verib, bu təxribatların qarşısının alınması üçün qətiyyətli addımlar atıb. Azərbaycan xalqı erməni təxribatını lənətləyir və bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı cavab addımlarını dəstəkləyir. 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də öz şanlı ordusunun, onun Müzəffər Ali Baş Komandanının yanındadır. Heç bir təhdid, heç bir təxribat 44 günlük Vətən müharibəsinin gətirdiyi status-kvonu dəyişə, Azərbaycanı geri çəkilməyə, güzəştə getməyə vadar edə bilməz. Ordumuz tərəfindən dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır. Yaşasın Azərbaycan Ordusu!”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu. Bu sözləri AZƏRTAC-A-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib. “Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Şahin İsmayılov vurğulayıb. Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.
Hamısını oxu