Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gözümün Nuru Vətən” III sənədli filmin təqdimat mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, 17 iyul 2026-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin idea müəllifi Simuzər Ağakişiyeva açıq elan edərək sözü AzGƏC-in sədri Səmyar Abdulayevə verib.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atdığını bildirən Səmyar Abdullayev, Vidadi Məmədovun də bu qəhrəmanlardan biri olduğunu bildirib. Səmyar Abdullayev qeyd edib ki, cəmiyyət, xüsusilə də gənclər və gələcək nəsillər Vidadi Məmmədov kimi qəhrəmanları tanımalı, onların dövlətimizin ərazi bütövlüyü uğrunda necə böyük fədakarlıqlar sərgilədiyini bilməli, bu qəhrəmanlardan örnək götürməlidir.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Sadiqov Eminin anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Birinci Qarabağ muharibəsinin iştirakçısı,  Milli Qəhrəman  Yusif Mirzeyevin bacisi Nailə Mirzəyeva çıxış edərək Vidadi Məmmədovun timsalında vətən oğullarının 44 günlük müharibədə imza atdıqları qəhrəmanlıqlar diqqət çəkiblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Vidadi Məmmədov dövlətimizin ali mükafatları ilə -“Şücaətə görə”, Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, Fizulinin azad olunmasına  görə”, Şuşanın azad olunmasına görə” təltif olunmuş igidlərimizdəndir. Onun döyüş yolu, Vətənə sonsuz sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti cəmiyyətimiz, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Gözümün Nuru Vətən” sənədli filmi qəhrəman qazimizin həyat salnaməsini, keçdiyi şərəfli döyüş yolunu və Vətən sevgisini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Film eyni zamanda xalqımızın Zəfər tarixinin təbliğinə, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılmasına, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə aşılanmasına xidmət edir.

Təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. Belə ki, qazimiz məhz Naxçıvan Muxtar Respublikasının Babək rayonun yetirməsidir.  Azərbaycanın qədim dövlətçilik ənənələrinin və zəngin milli-mənəvi irsinin qorunub saxlanıldığı Naxçıvan bu cür tədbirlərin keçirilməsi üçün mühüm mənəvi məkandır.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu layihə ilə cəmiyyətimizdə milli birlik, dövlətçilik ənənələri və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur. Gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

2026-07-17 16:41:00
842 baxış

Digər xəbərlər

Təşkilat sədri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatının sədri Ruslan Bədirov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb. Görüş zamanı məktəblilər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmindən, veteranların bu prosesdə iştirakının vacibliyindən bəhs edilib. Görüşün sonunda Coşqun Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
İsmayıllıda şəhid ailələri və qazilərlə görüş keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İsmayıllı rayonunda şəhid ailələri, qazi və veteranlarla görüş keçirib, onları  maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın İsmayııllı Rayon Təşkilatının fəalları, rayon ziyalıları da  iştirak edib.  Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə şəhid ailələrinin, müharibə veteranlarının qayğı və istəkləri müzakirə edilib, dövlətin bu yöndə apardığı siyasətin önəmi qeyd olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov dövlətin məlum sahədəki fəaliyyətinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu məsələdə vətəndaş cəmiyyətlərinin üsərinə düşən məsuliyyətə də diqqət çəkib:  “Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranmı bu qayğını bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillrinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”. Polkovnik Cəlil Xəlilov tədbirin sonunda görüşün təşkilində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, YAP-ın yerli rayon təşkilatına öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı müatəmadi surətdə regionlarda şəhid ailəri və veteranlarla görüşlər keçirməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində silsilə tədbirlər təşkil etməkdədir.   Seymur ƏLİYEV        

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Abdulla Qasımov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, 1926-cı ildə Astara rayonunun Pensər kəndində anadan olan Qasımov Abdulla Həsən oğlu vəfat edib. Müharibə dönəmində faşist işğalçılarına qarşı cəsarətlə döyüşən, çoxsaylı yaşayış məntəqələrinin işğaldan azad edilməsində yaxından iştirak edən Abdulla Qasımov, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla təltif edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Qasımovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər. Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in imzalanma mərasimi keçirilib.  

Hamısını oxu