Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Slovakiya səfirliyində görüş keçirilib.

28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi  nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə  Səfirliyin müşaviri cənab Vladimir Jezek  və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi. Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi.

Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın  gələcəkdə  ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.

2026-07-28 14:41:00
656 baxış

Digər xəbərlər

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”

“Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı qeyd etdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə, onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların baş verməsində maraqlıdırlar. Və nə qədər qəribə, məntiqə zidd olsa da, məhz bu ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər ki, bu da absurddur. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar onu deməyə əsas verir ki,  Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək. Ermənistan isə anlamalıdır ki, onu sıçrayışla silahlandıran, onu yeni təxribatlara həvəsləndirən bu dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Necə ki, Prezidentimizin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2020-ci ilin antiterror tədbirlərində şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan qəti qələbələr hesabına ədaləti bərpa etdi və sübut etdi ki, hər şey məhz onun istədiyi kimi olacaq. Bu səbəbdən də Ermənistan sözügedən dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.  

Hamısını oxu
Həzrət Əzizlini dəstəkləyən qazilər, idmançılar, muğamsevərlər...

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından daha əvvəl də tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli müsabiqədə uğurla addımlayır, gözəl ifası, avazı ilə muğamsevərləri valeh edir. Bu həftə Həzrətin ifasını dinləməyə gələnlər arasında “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev və Biləsuvar rayonundan gəlmiş Vətən müharibəsi qaziləri, Məhərrəm Aslanov, Ramin Şirinov, Əlihüseyn Şahbazli, Nurlan Qurbanov, Əli Qurbanov və Biləsuvarın hörmətli insanlarından olan beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Xocalı idman klubunun direktoru Ehram Məcidov da var idi. 1001info.az Ehram Məcidovdan müsahibə alıb. Məşhur idman xadimi Vətən muharibəsi Qəhrəmanları, Qazilərlə birlikdə Mugam Müsabiqəsində Həzrətə dəstək olduqlarını vurğulayıb, gənc ifaçının bənzərsiz ifasından böyük zövq aldıqlarını söyləyib.Biləsuvar rayonun fəxri, Azərbaycan muğamının istedadlı gənc ifaçısı, gələcəyin böyük sənətkarı kimi yetişməkdə olan Həzrət Əzizlininin üzərində böyük əməyi olan müəllimi , gözəl sənətkar Aytən Məhərrəmovaya Biləsuvar rayon əhalisi adından, idmançılar adından dərin təşəkkürünü bildirib. Ehram Məcidov və onunla birğə müsabiqədə qonaq olan qazilər yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya böyük hörmət və təşəkkürlərini çatdırıblar. Millixeber.az

Hamısını oxu
Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib. Məlumat üçün bildirək ki, Baxışov Seyfulla Abdulla oğlu 1925-ci il iyunun 19-da Şamaxıda anadan olub. 1943-cü ildə hərbi xidmətə çağırılıb, 840-cı atıcı artilleriya alayında xidmət edib. İkinci Dünya Müharibəsində Qafqazın müdafiəsinə qatılan Seyfulla Baxışov, Moskva ətrafında, habale Ukrayna və digər ərazilərdəki hərbi əməliyyatlarda yaxından iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Seyfulla Baxışovun vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!      

Hamısını oxu
“Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.   Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb:   “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir.   Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır.   Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir  və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik.   Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla  yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər.   Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.   Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur.   Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub.   Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub.   Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib.  Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu