Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 

Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.

Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib.

Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib.

Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib.

Seymur ƏLİYEV

2026-09-14 14:44:00
768 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib

Mart ayının 6 –da Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açıq elan edən Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, Təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. T.Ağahüseynov bu il cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi haqqında imzaladığı sərəncamlardan danışıb. Bu qanun layihələrində veteranların nəzərə alınmasını onların hər zaman dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu bir daha sübutu olduğunu vurğulayıb. Məruzə ilə çıxış edən Respublika Veteranlar Təşkilatın sədr müavini Cəlil Xəlilov 2019-cu ilin ilk iki ayı ərzində təşkilatın  həyata keçirdiyi tədbirlər, görüşlər haqqında məlumat verdi. Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin daha da gücləndirilməsinin zəruriliyini, vətənpərvərlik sahəsində xüsusi proqramların hazırlanması, ali təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, veteranların sülhün, dövlətçiliyin təbliğində aktiv iştirakının təmin edilməsi və bu kimi məsələri diqqətə çatdırdı. Həmçinin 9 May Qələbə Gününə hazırlıq, Qələbənin 75 illik yubileyinə dair tədbirlər planının layihəsinin hazırlanması və digər gündəlikdə duran məsələlər ətrafında danışdı. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı fəaliyyətində dövlət siyasətini təbliğ etdiyini və təşkilatın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdilər. Sonda ehtiyatda olan polkovnik Nadir İsmayılovun Təşkilatın Rəyasət heyətinə üzvlüyü səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Hamısını oxu
8 Noyabr – Zəfər Günü ərəfəsində qazilərlə görüş keçirilib...

4 noyabr 2026-cı il tarixində Quba şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə qazilərlə görüş təşkil olunub. Məktəbin sosial şəbəkə hesabında yer alan məlumata görə, görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Quba rayon şöbəsinin sədri Bədirov Ruslan Şıxniyaz oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Zahirov Mail Füzuli oğlu iştirak ediblər. Qonaqlar şagirdlərlə Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, Zəfərə aparan şərəfli döyüş yolu və qazilərimizin keçdiyi mübarizə yolu haqqında söhbət aparıblar. Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələrindən bəhs edərək gənc nəslə vətənpərvərlik, milli birlik və dövlətçilik dəyərlərinin əhəmiyyətini çatdırıblar. Şagirdlər qonaqları maraqlandıran suallar ünvanlayıb, onların fikirlərini böyük maraqla dinləyiblər. Belə görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, qəhrəmanlarımızı tanıtmaq və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir. Qəhrəmanlarımızla fəxr edirik! Zəfərimiz əbədi olsun!  

Hamısını oxu
“Azərbaycanda hər kəsin, eləcə də xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur”   “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”.   Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir:   “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur.   Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi.   Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər.   Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.   Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.   Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.   Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.   Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu