Digər xəbərlər
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Qarabağ müharibəsi veteranı, şöhrət ordenli Zeynalov Akif Mehdi oğlunun vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
Hamısını oxu
Bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur... Bugünlərdə AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarışın aparılması, habelə, hər iki şəxsin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqdadır. Vətəndaşların böyük əksəriyyəti baş verənləri dövlət təhlükəsizliyi baxımından zəruri addım kimi qiymətləndirsə də, xarici ölkələrdəki bəzi müxalifətçilər bunu iqtidarın müxalif partiyaya qarşı hücumu kimi təqdim edir. Halbuki, AXCP təmsilçilərinin DTX tərəfindən istintaqa cəlb edilməsinin iqtidar-müxalifət münasibbətlərindən qaynaqlanmadığı göz önündədir. Çünki DTX-nın apardığı istintaq konkiret faktlara, dəlillərə əsaslanır. Əli Kərimlinin evindən tapılan məktub buna sübutdur. Unutmaq olmaz ki, dövlətə xəyanətin iqtidarı, müxalifəti olmur. Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan, kimin tərəfindən törədilməyindən asılı olmayaraq, ən ağır cinayətdir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur. Şübhəsiz, indiki halda istintaqa cəlb edilən şəxslərin vətənə xəyanət etdiyini qəti şəkildə iddia etmək olmaz. Çünki hələ ki, ilkin istintaq işləri aparılır və ortada AXCP nümayəndələrinin xəyanətini isbatlayacaq məhkəmə hökmü yoxdur. Lakin eyni zamanda DTX tərəfindən aparılan əməliyyat bununla bağlı əsaslı şübhələrin mövcudluğunu təsdiqləməkdədir. DTX-nın AXCP rəhbərliyi ilə bağlı atdığı addımları hakimiyyətin müxalifətə hücumu kimi xarakterizə etməyin yanlışlığını sübut edən digər bir fakt da bugünə qədər YAP üzvü olan xeyli sayda məmurun, eləcə də bir neçə icra başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsidir. Hansı ki, bu həbslərin də böyük əksəriyyətini DTX həyata keçirib. Dövlətə xəyanətdə ittham edilən Ramiz Mehdiyevin də uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri olduğu məlumdur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AXCP ilə bağlı yaşananları dövlətin müxalifəti susdurmaq cəhdi kimi dəyələndirmək yanlışdır və bu cür açıqlamalar ictimai rəyi çaşdırmağa, DTX-nın ağır cinayətlərə qarşı apardığı mübarizəni gözdən salmağa hesablanıb. Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti onun əsaslarını sarsıtmağa çalışan, vətənin taleyini yad dövlətlərin mərhəmətinə bağlayan şəxslərə qarşı bundan sonra da qətiyətlə mübarizə aparmaqda davam edəcək, kimliyindən asılı olmayaraq, həmin şəxslər qanun qarşısında cavab verməyə məcbur olacaq. Seymur ƏLİYEV
Hamısını oxu
1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb. H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub. F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib. Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. www.sosial.gov.az
Hamısını oxu
Hərbi prokurorun təqdim etdiyi qürurverici statistika hansı mətləblərdən xəbər verir? Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ordunun peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bir nömrəli prioritet vəzifə elan edilib. Elə bu səbəbdən də dövlətimizin müdafiə və təhlükəsizliyinin təminatına ayrılan vəsait hər il müntəzəm şəkildə artmaqda, bu müstəvidə mühüm addımlar, ciddi yeniliklər həyata keçirilməkdədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücünü, müdafiə qabiliyyətini yüksəltmək, onun dünya orduları içərisində onsuz da yüksək olan reytinqini daha da yaxşılaşdırmaq, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatını sığortalamaqdır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Ordumuzun inkişafı ilə bağlı dövlət siyasətinin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib, “mükəmməlliyin sərhədi yoxdur” deyərək heç bir uğurun son məqsəd olmadığını vurğulayıb: “Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm. Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”. 23 yanvar 2026-cı ildə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası Silahlı Qüvvələrimizin bu inkişafa doğru əzmlə addımladığını göstərir. Qeyd edək ki, kollegiyada hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov ötən illə bağlı qürurverici statistika səsləndirib, maraqlı faktlara diqqət çəkib. Hərbi prokurorun çıxışından məlum olub ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib. Həmçinin, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilib ki, bu da çox ciddi nailiyyətdir. Silahlı Qüvvələrdə hərbi xidmət əleyhinə cinayətlərin hər il ötən ilə nisbətən əhəmiyyətli dərəcədə azalması Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının, ordu rəhbərliyi ilə prokurorluq orqanlarının birgə əməkdaşlığının, habelə, Müdafiə Nazirliyi, qoşun növü komandanlığı və Hərbi Prokurorluq əməkdaşlarının öz vəzifələrinə vicdan və məsuliyyətlə yanaşmasının nəticəsidir. Xatırladq ki, hər il Hərbi Prokurluq Müdafiə Nazirliyi və digər hərbi birləşmələrin rəhbərləri ilə birlikdə Silahlı Qüvvələrdə silsilə tədbirlər həyata keçirir, qanunçuluğun və nizam–intizamın gücləndirilməsi, milli-mənəvi dəyərlərin və Ulu Öndər Heydər Əliyev irsinin təbliği, hüquqi maarifləndirmə və s. ilə bağlı mühüm addımlar atır. Hansı ki, bütün bu addımlar nəticə etibarilə Silahlı Qüvvələrdə nizam-intizamın güclənməsini, hərbi xidmət əleyhinə cinayətlərin azalmasını, hərbi qulluqçular arasında daha sağlam münasibətin formalaşmasını, vətənpərvərlik ruhunun yüksəlməsini təmin edir. Hərbi Prokurorun hesabat məruzəsində yer alan statistik rəqəmlər bu həqiqəti praktiki baxımdan təsdiq edir. Onu da xatırladaq ki, Hərbi Prokurorluq hərbi qulluqçular və onların ailə üzvləri ilə daha çevik ünsiyyəti təmin etmək, baş verən istənilən hadisəyə daha operativ reaksiya vermək, vətəndaşların arzu və istəkləri ilə tanış olmaq üçün səylərini davam etdirir. Bu məqsədlə 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb. Fəaliyyətdə olduğu 4 ay ərzində “962-Etimad xətti” üzrə 219 müraciət daxil olub. Bütövlükdə isə 2025-ci ildə Hərbi prokurorluq orqanlarına 1001 müraciət ünvanlanıb, 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib. Bütün bunlar Hərbi Prokruroluğun Silahlı Qüvələrdə apardığı işin miqyas və əhəmiyyətini göstərir. 2025-ci ildə əldə edilən bütün bu uğurlar onu deməyə əsas verir ki, 2026-cı ildə Hərbi Prokurorluq və Silahlı Qüvvələrimiz öz nailiyyətlərini davam etdirəcək, yeni müvəffəqiyyətlər əldə etməklə hər bir azərbaycanlıya qürur və sevinc hissi yaşadacaq. Seymur ƏLİYEV
Hamısını oxu