Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir.

Buna baxmayaraq çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.

Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur.

2026-11-02 16:12:00
21 baxış

Digər xəbərlər

İlham Əliyevdən siyasi demarş: Erməni qatillərini ermənipərəst dövlətin televiziyasında ifşa etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Sülh Konfransında iştirak çərçivəsində bir sıra media orqanlarına, eləcə də Fransanın “France 24” telekanalına müsahibə verib. Müsahibədə Fransa-Azərbaycan münasibətlərində yaşanan gərginliyə toxunan dövlət başçısı, bütün problemlərin rəsmi Parisin anti-Azərbaycan siyasətindən qaynaqlandığını, rəsmi Bakının isə buna cavab olaraq müəyyən addımlar atmaq məcburiyətində qaldığını bildirib.  İlham Əliyev qeyd edib ki, iki dövlət arasındakı münsibətlərin gərginliyinə görə məsuliyyət Fransa tərəfinin üzərinə düşür. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın heç bir dövlət, eləcə də Fransa ilə problem yaşamaq istəmədiyini, münasibətlərin yenidən yaxşılaşacağına ümidvar olduğunu bildirib. İlham Əliyevin “France 24” müsahibəsində diqqət çəkən ən başlıca məqamlardan biri isə Prezidentin erməni qatillərini məhz ermənipərəst Fransaya məxsus telekanalda – “France 24”də ifşa etməsi oldu. Bakıda məhkəmə hökmü ilə ağır cəzalara məhkum edilən separatçıları günahsız insanlar kimi təqdim etməyə çalışan telejurnalisti dəmir məntiqi və təkzibedilməz faktları ilə susduran İlham Əliyev, onların törətdiyi cinayətlər diqqət çəkib: “Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 ). Daha sonra öz fikirlərini davam etdirən dövlət başçısı, separatçıların alman faşistlərindən daha ağır cinayətlərə imza atdığını vurğulayıb: Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Müxbir: Bu, Sizin üçün eyni şeydir? Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. (https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-france-24-telekanalina-musahibe-verib-939493 ) Göründüyü kimi, İlham Əliyev sadəcə Silahlı Qüvvələrin deyil, həm də Azərbaycan diplomatiyasının Ali Baş Komandanı kimi media müstəvisində də böyük peşəkarlıq və qeyri-adi ustalıq sərgiləməkdədir. Məhz bu peşəkarlığın nəticəsidir ki, dövlət başçısı erməni faşizmini erməniprəst Fransaya məxsus telekanalda uğurla ifşa etməyi bacardı və bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir. Prezident İlham Əliyev bu uğuru ilə isbatladı ki, həqiqət həqiqətdir və heç bir platformada, heç bir formada onu inkar etmək, yox saymaq, görməzdən gəlmək mümkün deyil. Bu baxımdan, İlham Əliyevin “France 24”-ə müsahibəsini həm rəsmi Parisin ermənipərəst siyasətinə, həm də erməni faşizminə böyük zərbə hesab etmək olar. Əminliklə demək olar ki, bütün baş verənlərdən sonra “France 24” Azərbaycan mövzusuna daha həssaslıqla yanaşacaq və Prezident İlham Əliyevdən müsahibə götürməzdən öncə ən az iki dəfə düşünməli olacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Rusiyadan Azərbaycanı təslim etmək üçün görün hansı addımlar atılıb:

Hamısını oxu
ASA tərəfindən təşkil olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib. Veteran.gov.az-a ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 2 jurnalistə isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub. Yazı müsabiqəsində 1-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 2-ci yerə “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 3-cü yerə isə “Bakivaxti.az” xəbər portalının müxbiri Ramid İbrahimov layiq görülüb. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının İqtisadiyyat Xəbərləri Redaksiyasının baş redaktoru Aytən Abdulova və “Moderator.az” portalının jurnalisti Seymur Əliyev sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun “REAL TV”-dəki müsahibəsi. 21.09.2019

Hamısını oxu