Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilmişdir


Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir: “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.
Hamısını oxu
Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir” “Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır: “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir. Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir. İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.
Hamısını oxu
Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm” “Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik” Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib. Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb: “30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Səfər əsnasında bizi sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu. Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik. Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb. Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik. Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”. Seymur ƏLİYEV
Hamısını oxu24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmmişdir. Respublika Veteranlar Təşkilatının akt zalında baş tutmuş tədbirdə veteranlar, ziyalılar iştirak etmişdirlər. Tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ölməz xatirəsinin bir dəqiqəlik süküutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri eo general mayor Dadaş Rzayev açdı. Xocalının xalqımızın başına gətirilmiş faciələrin ən dəhşətlisi olduğunu qeyd etdi. “Erməni vandallarından və Rusiyaya məxsus 366-cı motoatıcı alayın törətmiş olduğu bu soyqrım dünya tarixində ən amansızlarından hesab edilir. Heç bir günahı olmayan dinc əhalinin vəhşicəsinə öldürülməsi, cəsədlərinin təhqir edilməsi erməni riyakarlığının, erməni xislətinin əsl simasını ortaya qoydu. Zori Balayan və onun kimi mənfur və xəstə təfəkkürlü ermənilərin törətdiklərini insanlığa sığmır. Uşaqların amansızcasına qətlə yetirilməsi bu əsl canilik, əsl faşizm və cinayətdir. Lakin çox təssüf olsun ki ermənilərin törətmiş olduqları bu cinayətlər cəsazız qalmışdır. Həm torpaqlarımız işğal altındadır, həmdə Xocalını törədənlər öz layiqli cəzasını almamışdırlar. Amma artıq bir neçə ildir aparılan “Xocalıya Ədalət” kompaniyasında dünya içtimayyətinə həqiqətlər çatdırılır. Dünya dövlətləri Xocalıda baş verənlərin insanlıqdan uzaq olduğunu və bunun əsl soyqırım olması faktını qəbul edirlər. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı soyqrımını tanıyır, eləcə də Amerika Birləşmiş Ştatlarının 20 ştatının Xocalı soyqrımını tanıyır. Əlbətdə bütün bunlar gərgin zəhmətin nəticəsidir, düzgün siyasətin nəticəsidir. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz inanırıq ki, heç zaman biz belə bir faciə ilə rastlaşmayacağıq çünki bizim güclü ordumuz var. Düşməni məhv etməyə qadirik. Günü-gündən qüvvətlənən ordumuz torpaqlarımızı azad edəcəkdir. Lakin bilməliyik ki, bizim erməni kimi mənfur qonşumuz var və onlar hər fürsətdə qara niyyətlərini həyata keçirməyə çalışırlar. Xocalıda ölənlərə və bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik”. Daha sonra çıxış edən digər veteranlar da Xocalı soyqrımı haqqında öz fikirlərini bölüşdülər. Tarixin dəfələrlə erməni mənfurluğunu təsdiqlədiyi və bu faciənin heç bir zaman unudulmayacağı diqqətə çatdırıldı. Tədbirin sonunda veteranlar Xocalı soyqrımı abidəsinin önünə qərənfillər düzdülər.
Hamısını oxu