Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir. Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən: 1) “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. 2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:  ● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
 ● kitab satışı
 ● qəzet satışı
 ● dəftərxana mallarının satışı
 ● çap və sürətçıxarma fəaliyyəti
 ● fotoatelye/fotostudiyalar
 ● fərdi mənzillərdə təmizlik xidmətləri
 ● dərzi xidmətləri
 ● kosmetika və ətriyyat satışı
 ● geyim satışı
 ● ayyaqqabı və dəri məmulatlarının satışı
 ● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
 ● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
 ● kompüter avadanlıqlarının satışı və təmiri
 ● elektronika və məişət texnikasının satışı
 ● mebel satışı
 ● avtomobil satışı
 ● kimyəvi məhsulların satışı
 ● gül və bitki məhsullarının satışı
 ● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
 ● gübrə və aqrokimyəvi məhsulların satışı Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:    ● 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);    ● 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);    ● 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür. COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

2020-04-25 00:00:00
3548 baxış

Digər xəbərlər

İş vaxtı - Cəlil Xəlilov

Hamısını oxu
Türkiyədən DAHA BİR DƏSTƏK: Partiyalar Fransa Senatına qarşı

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb. Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bəyanatda Türkiyə parlamenti və xalqının, Fransanın həm ölkələrinə, həm də Azərbaycana qarşı düşmən addımlarını nəzərə alacağı vurğulanır.

Hamısını oxu
Hərbi Prokurorluğun rəhbərliyi prokurorluğun peşə bayramında yeni kursantlarla görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi İnstitutuna, Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni qəbul olunmuş kursantlarla görüşüb. Görüş zamanı kursantlara hərbi təhsil müəssisələrinin məzunlarının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb və ölkə rəhbərliyi tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib. Çıxışlarda həmçinin, müasir dövrdə elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi vurğulanıb və kursantlara gələcək təcrübələrində tətbiq etmələri üçün elmi yenilikləri dərindən öyrənmələri, süni intellektin tətbiqi yollarını araşdırmaları tövsiyə edilib. Tədbirin sonunda hərbi təhsil müəssisələrinə ən yüksək göstərici ilə qəbul olunmuş kursantlara hədiyyələr təqdim edilib və kursantlara təhsildə uğurlar arzulanıb.  

Hamısını oxu
В Баку ко Дню Неизвестного Солдата состоялась церемония возложения цветов

Как известно, День неизвестного солдата отмечается в Российской Федерации и ряде стран мира как память о воинах, погибших на фронтах Великой Отечественной войны, передает  со ссылкой на Trend.  Эта дата приурочена к моменту перезахоронения в 1966 году останков неизвестного солдата в Александровском саду, у стен Кремля. Общественность Азербайджана совместно с представителями дипломатического корпуса России в Азербайджане приняли участие в церемонии возложения цветов в парке Рихарда Зорге к монументу памяти «1941-1945 г.г.» и на Ясамальском кладбище в Баку. В братских могилах захоронены участники битвы за Кавказ, которые скончались в госпиталях от тяжелых ранений. Ранее, 1 декабря сотрудники Российского информационно-культурного центра в Баку (РИКЦ) и их дети, а также представители Землячества казаков Азербайджана и Волонтеры Победы провели субботник по наведению порядка на воинском мемориальном захоронении на Ясамальском кладбище города Баку.

Hamısını oxu