Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra 1995-ci il noyabrın 12-də Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır. Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın vətəndaşlıq borcumuzdur. Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.
Hamısını oxuAzərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi. Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi. Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir. Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir. Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.
Hamısını oxu10 aprel 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr polkovnik Cəlil Xəlilov, sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov, Bakı şəhər Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov, Xocavənd əməliyyat”nda şəhid olmuş kəşfiyyatçıların komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhid Dinar Mustafayevin bacısı Yazanə xanım, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, veteranlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanı ziyarət edib, respublikamızın ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümumilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü ugrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək 10 aprel 1997-ci il tarixdə şəhidlik zirvəsinə qovuşmuş “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri “leytenant Agayev Elxan Ataxan oglunun, leytenant Yarəhmədov Vüqar Rzaxan oglunun, çavuşlar Rzayev Anar Üzeyir oglunun, Mustafayev Dinar İbrahim oglunun, Həsənov Aqşin Əli oglunun, Ələkbərov Nizami Səfi oglunun və Cavadov Fariz Şamil oglunun anım gününə həsr olunmuş tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bu əməliyyatın önəmindən danışıb. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ümummilli Lider Heydər Əliyevin müvafiq fərman ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğunu bildirib. Tədbirdə çıxış edən “Xocavənd əməliyyatı”ndan bəhs edən “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkib. Jurnalist qeyd edib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və bu əməliyyatda iştirak edən döyüşçülərimizin qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazılanmış “Xocavənd Əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş“8 oğul istərəm” sənədli filmi nümayiş olunub. Seymur ƏLİYEV
Hamısını oxu