Digər xəbərlər
Fevral ayının 7-də Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, YAP Tovuz Rayon təşkilatının sədri Nihad Pənahov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimzin və Tovuz Rayon Ağsaqqallar Şurasının mərhum sədri Tofiq Zeynalovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə giriş nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkəmizin hər bir yerində olduğu kimi Tovuz rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində, eləcə də hazırda uğurla fəaliyyət göstərən kadrların yetişdirilməsində ağsaqqalların böyük əməyi vardır. Natiq ağsaqqalların rayonun, o cümlədən ölkəmizin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edərək gənclərin maarifləndirilməsində, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu bildirib. Məmməd Məmmədov, həmçinin, Ermənistanla 69 km sərhədi olan Tovuz rayonunun ağsaqqallarının 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri yüksək fəaliyyətə və əzmkarlığa görə bir daha öz minnətdarlığını bildirib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb. Sonra konfransın gündəliyi müzakirə edilib və orada əksini tapan təşkilati məsələlər səsə qoyulub. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, uzun illər bir sıra məsul vəzifələrdə uğurla çalışan, əhali arasında yüksək nüfuz və hörmət sahibi olan Məzahir Bayramov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri, rayonun tanınmış ziyalısı və ağsaqqalı Qasım Hüseynov isə Şuranın İdarə Heyətinin üzvü seçilib. Tovuz Rayon Ağsaqqallar Şurasının yeni sədri Məzahir Bayramov ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Bundan sonra da təşkilatın uğurlu fəaliyyəti üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq Tovuz Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvünü təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Daha sonra natiq ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan söz açıb. Əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayaraq qeyd edib ki, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun sözün əsl mənasında ağsaqqalı vardır. Ağsaqqal nəsihətinin, ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu xatırladan Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayaraq əlavə edib ki, 79 şəhər və rayon təşkilatında öz sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü, biz ağsaqqallar bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıyıq. Bayram Yusifov, həmçinin, milli mentalitetimizə uyğun ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən lazımi işlərin, tədbirlərin həyata keçirilməsini, mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlərin aparılmasını bu günün prioritet məsələsi hesab edib. Sonda natiq yeni sədrin rəhbərliyi ilə Tovuz Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı, iş avandlığı arzulayıb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər tədbir iştiakçıları da Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətinin üzvünü təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Hamısını oxu
Наша победа действительно беспрецедентна, ведь Азербайджан победил не только карабахских сепаратистов и армянские войска, но и мировое армянство, которое вот уже полтора столетие вынашивало проект «Арцах» как предпосылку создания мифической «Великой Армении от моря до моря». Победа стала возможной под впечатляющим руководством Президента Азербайджана – Ильхама Алиева. Разве это не является доказательством особой роли личности в истории! Именно ясная и четкая позиция Ильхама Алиева, его продуманная, взвешенная внутренняя и внешняя политика позволили мобилизовать все возможности страны для победы. Развитие экономики, создание современной армии, патриотическое воспитание стали определяющими факторами государственной стратегии Азербайджана в последние 20 лет. Параллельно президент обращал особое внимание на формирование «мягкой силы».Необходимо было одолеть анти азербайджанский миф, искусственно создаваемый в мире рупорами армянской диаспоры, и объективно представлять Азербайджан в глобальном коммуникационном пространстве, распространять правдивую информации о стране, народе, его чаяниях. На наших глазах Баку, Гянджа, Габала. Шеки стали центрами многочисленных гуманитарных форумов, различных международных фестивалей, масштабных спортивных состязаний. Почти 35 лет длилась карабахская драма. Война в Карабахе в начале 90-х годов велась армянской стороной в игнорирование всех международных норм. Достоянием общественности стали бесчисленные преступления армянских фашистов против человечности. Одна пятая часть территории Азербайджана была разорена армянами. Более тридцати тысяч азербайджанцев — преимущественно женщины, старики и дети — погибли, около миллиона человек стали беженцами и лишились элементарных условий жизни. Армянский фашизм не пощадил и цветущие города, поселения, памятники культуры. Чудовищным образом все было разрушено и разворовано. Мера ненависти и злодейства армян по отношению к азербайджанцам не поддаются разумному объяснению. Как сказал в недавнем своем выступлении в городе Физули Ильхам Алиев, «эти античеловеческие, варварские действия очень трудно понять, особенно если учесть, что армяне еще недавно жили рядом с нами, были органично вписаны в азербайджанскую действительность». Азербайджанский народ прошел жестокий экзамен на историческую зрелость. И под руководством Ильхама Алиева весь наш потенциал —культурный, дипломатический, экономический, военный был мобилизован на то, чтобы достойно и с наименьшими потерями выйти из этого испытания. Благодаря должной информационной политике, выдающимся программным выступлениям президента в средствах массовой информации, системному патриотическому воспитанию азербайджанцы прониклись мыслью, что происходящее сегодня на нашей земле — это борьба не на жизнь. а на смерть, это отечественная война. Трагедия Карабаха изменила не только облик городов и сел Азербайджана, но и содержание различных сфер жизни. Эти изменения отразились в психологии, мышлении азербайджанцев, они столь значительны, что можно без преувеличения сказать: азербайджанская нация, ее ценностные установки во многом сформировались заново. Думаю, сейчас не нужно особенно обольщаться победой. Армяне вряд ли вскоре согласятся с тем, что идея «Великой Армении» — нереализуемый бред, ибо идею эту они воспринимают с молоком матери как главную — национальную. Нужно быть готовым ответить на их возможные реваншистские вызовы. “Dəmir yumruq”должен быть всегда начеку. Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Hamısını oxu
Cəlil Xəlilov: “Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır” “8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır: “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı. 30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”. Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi: “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb. Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəsissisə fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır. Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir. Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq”.
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu