Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cənub zonasında yaşayan Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları çatdırılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyul ayından etibarən ərzaq yardımları paylanılır. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Aksiya çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və qurumun mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Salyan Neftçalada yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb. Veteranlarla görüşlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsinin, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayıblar. Təşkilatın nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək qiymətləndiriblər. Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Aksiya Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən keçirilən və Bakının rayonlarını da əhatə edəcək aksiya davam etməkdədir.

2020-08-03 00:00:00
3254 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib

Hamısını oxu
Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

Hamısını oxu
Prezident və xanımı Şəhidlər Xiyabanında

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.    

Hamısını oxu
Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.   Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.   Turnirdə iştirak üçün 1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı 2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi 3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu 4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr   Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.   Seymur ƏLİYEV

Hamısını oxu