Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentdən generalla bağlı - Sərəncam

Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin". Qeyd edək ki, bu gün Yaşar Əliyevin 60 yaşı tamam olur.

2020-09-08 00:00:00
1115 baxış

Digər xəbərlər

Cəbhədə SON VƏZİYYƏT - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Milli.Az xəbər veirr ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür

Bu gün şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür. O, 23 fevral 1977-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998 -2000 Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın  27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub, Şamaxı rayonunun Göylər kəndində dəfin olunub Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyatına qatılan və  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti  İlham Əliyevin 15.12.2020-ci il Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra “ Vətən uğrunda ”medalı ilə təltif edilib. Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş Tərlan Atakişiyev ölümündən sonra Azərbaycan Prezidenti  İlham Əliyevin 24.06.2021-ci il Sərəncamına əsasən ölümündən sonra “ Döyüşdə fərqlənməyə görə ”medalı ilə təltif edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Millət vəkili şəhidin ev muzeyini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Adil Əliyev Neftçala rayonuna səfər zamanı Aprel döyüşlərində şəhid olan Elimdar Səfərovun Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yerləşən xatirə kompleksi və ev muzeyini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki ehsabıdna aşağıdakıları bildirib:   “Şəhid ailəsinə ziyarət zamanı Elimdar Səfərovun 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlıqlarından, igidliyindən, şücaətindən danışıldı və şəhidlərimizin ruhlarına dualar oxundu.   Elimdar Səlimxan oğlu Səfərov 2016-ci il aprelin 1-dən 2-nə keçən baş verən hərbi münaqişədə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Hazırda yaşadığı Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ev muzeyi fəaliyyət göstərir. Allah şəhidlərimizə rəhmət etsin”.   Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az    

Hamısını oxu