Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əşrəf Şükürovun 70 illik yubileyi

  28 fevral 2017-ci ildə Zəngilan rayon İcra Hakimiyyətində rayon Veteranlar Təşkilatının sədri, ehtiyatda olan kapitan, vaxtı ilə Zəngilan rayon komsomol, partiya və icraiyyə komitələrində müxtəlif rəhbər vəzifələrdə işləmiş, rayonun işğalından sonra Zəngilan şəhər ərazi icra nümayəndəsi olmuş Əşrəf Şükürovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, icra hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Təşkilatın şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev və yubilyarın ailə üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Ə.Şükürovun çoxşaxəli ictimai fəaliyyətdən, keçdiyi şərəfli ömür yolundan, müstəsna xidmətlərindən söz açmış, onun bu gün də Veteranlar Təşkilatının sədri kimi rayonun ictimai-siyasi həyətında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etdiyini vurğulamışdır. R.Həsənov  Əşrəf Şükürovun xidmətlərinə görə 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edildiyini, onun əməyinin rayon rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini bildirmişdir. İcra başçısı onu da qeyd etmişdir ki, əsl insan ömrü yaşamış Ə.Şükürovun həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir. R.Həsənov  Ə.Şükürova təltif olunduğu Zəngilan rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etmiş, ona cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulaməşdır. Tədbirdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seyfəddin Paşayev, şöbə müdiri Maya Bağırova, rayon Thsil şöbəsinin müdiri Zakir İbrahimov, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İskəndərov, YAY-ın rayon təşkilatının sədri Əsəd Hüseynov, veteran Şərif Bəşirov, Təranə Şükürlü  və digərləri Əşrəf Şükürovun səmərəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Zəngilan rayon Veteranlar Təşkilatının sədri Əşrəf Şükürovun hazırkı uğurlu fəaliyyətinin təməlində dövlət orqanlarında çoxillik təcrübəsinin dayandığını qeyd edərək, onun yenə də sırada olduğunu, tədbirlərdə fəal iştirakı ilə fərqləndiyini bildirdi. Cəlil Xəlilov veteran hərəkatının güclənməsi sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, bugünki tədbirin həmin siyasətin bəhrəsi olduğundan danışmış,  Zəngilan rayon İcra Hakimiyyəti başçısının veteranlara qayğı ilə yanaşmasının digər rayonlar üçün yaxşı nümunə olduğunu vurğulamışdır. O, həmçinin idarəçilik sahəsində böyük təcrübəyə malik veteranların bu gün dövlət orqanlarına hərtərəfli dəstək olmalarının vacibliyindən, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində onların iştirakının əhəmiyyətindən danışmış, Zəngilan rayon rəhbərliyinə və ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 2016-cı ildə veteran hərəkatında göstərdiyi xidmətə görə Əşrəf Şükürovu
Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteran həmrəyliyi” medalı ilə təltif edilmişdir. Ə.Şükürova rayon təşkilatları adından təbriklər və hədiyyələr təqdim edilmişdir. Əşrəf Şükürovu anadan olmasının 70 illik yubileyi və “Veteran həmrəyliyi” medalı ilə təltif olunması münasibətilə bir daha ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq! Təranə ŞÜKÜRLÜ.  

2017-03-02 00:00:00
4155 baxış

Digər xəbərlər

Veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilata məxsus veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib.   Müharibə veteranlarının, media təmsilçilərinin, ictimai-siyasi xadimlərin qatıldığı mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunub. 44 günlük Vətən müharibəsində dövlətimizin düşmənə qarşı həm də informasiya cəbhəsində ciddi mübarizə apardığını bildirən Cəlil Xəlilov, bu mübarizənin bu gün də davam etdiyini bildirib. Polkovnik qeyd edib ki, düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyamızda çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir. Veteran.gov.az saytının yeni versiyasının məhz bu səbəbdən hazırlandığını bildirən polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu, yeni dizaynla fəaliyyət göstərəcəyini bildirib.   Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanları ilə təltif edib.   Veteran.gov.az saytı haqqında tədbir iştirakçılarına məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Günay Əhmədova, saytın yeni versiyasının müasir tələblər əsasında hazırlandığını bildirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.   Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkib, istər cəmiyyətin operativ şəkildə məlumatlandırılmasında, istər düşmənlərəə qarşı informasiya mübarizəsində medianın mühüm platformalardan biri olduğunu bildirib. Dövlətimizin şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həm də veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Vüqar Rəhimzadə, veteranların məlumatlandırılmasında, habelə onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin məlumatlandırılmasında medianın müstəsna əhəmiyyət kəsb etdiyini bildirib, veteran.gov.az saytının fəaliyyətinə uğurlar arzulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Tərtərdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri İman Almuradov  Tərtər rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk öncə qonaqları salamlayıb , Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Prezident və xanımı Şəhidlər Xiyabanında

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.    

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir.   Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.   Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq   Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək .   QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)  

Hamısını oxu