Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

14 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib. Tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək. Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

2020-09-21 00:00:00
3680 baxış

Digər xəbərlər

Президенту Азербайджанской Республики

Hamısını oxu
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxçanın açılışı oldu – Fotolar

Bu gün Masallı şəhərində balacaların bayram sevincinə bayram qatılıb. Belə ki, müasir tələblərə cavab verən Masallı şəhər 1 saylı uşaq baxçası balacaların ixtiyarına verilib. Baxçanın açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Heydər Əliyev Fondundan gəlmiş nümayəndələr iştirak edib.Masallı RİH-dən Azadmedia.az-a daxil olan məlumata görə baxça Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib.Müasir standartlara cavab verən baxçada uşaqlar üçün hər bir şərait yaradılıb.

Hamısını oxu
Paşayeva Heydər Əliyevin şəxsi rejissoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).

Hamısını oxu
“8 Noyabr zəfəri ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir”

Səmyar Abdullayev: “Azərbaycan bu zəfərlə özünü dövlət və xalq olaraq bir daha isbatlamış oldu”   Bu gün 8 noyabr – Zəfər Gününün birinci ildönümüdür.   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq:   -Səmyar bəy, bu gün 8 Noyabr – Zəfər Gününün birinci ildönümüdür. Öncə bu tarixi günlə bağlı fikirlərinizi bilmək istərdik.   -8 noyabr tarixi Zəfər Günü, Zəfər Bayramıdır. 8 Noyabr zəfəri hər şeydən öncə ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir. Çünki məhz bu tarixdə ordumuz Azərbaycanın qədim mədəniyyət şəhəri olan, hərbi baxımdan mühüm srateji əhəmiyyətə malik olan Şuşa şəhərini düşməndən azad etdi. Şuşanın erməni işğalından azad edilməsi ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbələrin zirvəsi oldu. Bu uğur Ermənistan ordusunun inamını sarsıtdı, onu sonuncu ümiddən də məhrum etdi. Erməni ordusu Şuşanı itirməklə başa düşdü ki, Azərbaycan ordusunun qarşısını ala, onun uğurlu hücum əməliyyatlarını önləyə bilməyəcək. Elə bu səbəbdən də 8 Noyabr zəfərindən iki gün sonra-10 noyabr tarixində Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəlıərinin tam qələbəsi ilə başa çatdı. Ermənistan tərəfi digər yaşayış məntəqələrini döyüşsüz təhvil verməyə hazır olduğunu bəyan etdi. Beləliklə Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu.   -Zəfər Günü Azərbaycan ordusunun gücü ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı?   -Azərbaycan ordusunun qələbəsi sadəcə dövlətimizin hərbi qüdrətini göstərmədi. Bu qələbə həm də Azərbaycanın  iqtisadi qüdrətini ortaya qoydu. Müharibənin gedişatı sübut etdi ki, Azərbaycan nəinki qısamüddətli, həm də  uzunmüddətli müharibə aparmağa qadirdir və bunun üçün bütün gərəkli potensiala sahibdir. Ordumuzun müharibə ərzində texniki təchizatının yüksək səviyyədə təmin edilməsi, istər müharibə dönəmində, istərsə də post-müharibə zamanı yaralı qazilərimizin müalicəsinin effektiv şəkildə təmini, sosial layihələrin heç bir istisna olmadan tam şəkildə həyata keçirilməsi, müharibənin gedişatında işğaldan azad edilən ərazilərin elektrik enerjisi və digər zəruri infrastrukturla təchizatının uğurlu şəkildə gerçəkləşdirilməsi və s. kimi amillər buna nümunədir.   Müharibədən dərhal sonra Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi, regional miqyaslı proyektlərin gerçəkləşdirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün böyüklüyündən, onun böyük maliyyə vəsaiti tələb edən müharibə və digər böhranlara davamlılığını göstərdi. Bu baxımdan Vətən müharibəsi Azərbaycanın hərbi müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də Ermənistanı müqayisəedilməz dərəcədə üstələdiyini göstərdi.   -Səmyar bəy, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət həmrəyliyi baxımından hansı özəlliklərlə yadda qaldı?   -Vətən müharibəsi ölkə daxilindəki münasibətlər sisteminin nə qədər sağlam və milli maraqlar əsasında formalaşdığını praktiki olaraq sübut etdi. Müharibənin elə ilk saatından ordu və dövlətlə tam həmrəylik sərgiləyən Azərbaycan xalqı, bütün imkanları ilə orduya böyük dəstək verdi ki, bu dəstək düşmən üzərində tarixi qələbəni tezləşdirdi. Müharibənin ilk günlərindən minlərlə vətəndaşımız könüllü şəkildə orduya qatılmaq üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanladı. Dövlət qurumları ilə yanaşı, özəl müəssiələr, şirkətlər, iş adamları, hətta adi vətəndaşlar belə cəbhəyə yardımlar göndərir, müxtəlif məsələlərdə öz köməkliklərini təklif edirdilər. Öz pensiyasını, əmək haqqını, sonuncu qəpiyini belə orduya göndərən insnlar oldu ki, bu da Azərbaycan xalqının öz əsgərinə, öz zabitinə, öz ordusuna müansibətini, sevgi və ehtiramını göstərirdi. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı qələbə əldə etmək üçün hər cür fədakarlığa hazırdır.   Azərbaycan xalqı Vətən müharibəsi dönəmində dövlətlə də sıx həmrəylik sərgilədi. Bütün siyasi partiyalar ölkə başçısını dəstəkləyən bəyanatla çıxış etdi. Ali Baş Komandanın hər bir çağırışını qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı göstərdi ki, o öz liderinə, öz sərkərdəsinə inanır və bu mübarizədə ona hər cür dəstək göstərməyə hazırdır. Təsadüfi deyil ki, ölkə başçısı post-müharibə dönəmindəki çıxışlarında dəfələrlə Azərbaycan xalqının ona göstərdiyi etimada toxunmuş, bu etimadı yüksək qiymətləndirərək bildirmişdir ki, məhz xalqın dəstəyi sayəsində Azərbaycan dövləti bu böyük qələbəyə nail ola bildi.   Bir sözlə, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət münasibətlərinin nə qədər sağlam olduğunu, bu münasibətin milli maraqlarımızın qorunması baxımından nə dərəcədə önəmli olduğunu sübut etdi.   -Səmyar bəy, bu tarixi zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, sizcə daha hansı uğurlara  yolumuzu açmış oldu?   -Təbii ki, 8 Noyabr zəfəri erməni işğalına son qoymaqla yanaşı, ilk növbədə qürurumuzu, özümüzə və gücümüzə olan inamımızı bərpa etdi. Bu qələbə sayəsində cəmiyyətdə milli ruh və mübarizə əzmi daha da yüksəldi.   8 noyabr zəfəri hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Dünya dövlətlərinə məlum oldu ki, Azərbaycan iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regional gücdür və bu güc hər cür təhdid və təcavüzü dəf etməyə qadirdir.   Erməni faşizmi üzərində qələbə ölkəmizin iqtisadi inkişafı üçün də geniş perspektivlər açdı. Təkcə bir faktı qeyd edim ki, Qarabağda kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsi min hektarlarla ölçülür ki, bu da kifayət qədər böyük göstəricidir. Artıq işğaldan azad edilən bir sıra rayonlarımızda müxtəlif müəssisələrin əsası qoyulub ki, bu da yaxın illərdə həmin bölgələrin inkişafında müstəsna rol oynayacaq. Qarabağın iqtisadi inkişafı ümumilikdə ölkmizin iqtisadi inkişafına təkan verəcək.   Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti regionda nəqliyyat infrastrukturunun inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Artıq Füzulidə beynəlxalq hava imanı istifadəyə verilib ki, bu da çox böyük iqtisadi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası istiqamətində atılan addılar, habelə Zəngəzur dəhlizinin açılması yönündə gerçkləşdirilən cəhdlər bu sahədə də böyük inkişaf və tərəqqidən xəbər verir.   Əgər Ermənistan gələcəkdə xam xəyallara qapılmazsa, Azərbaycanın sülh səylərini dəstəkləyərsə, o zaman gələcəkdə bu inkişafdan bütün region dövlətləri faydala bilər.   Bir sözlə, 8 Noyabr zəfəri xalqımızın, dövlətimizin həyatında yeni bir səhifə açdı. Hansı ki, bu səhifə əsrlər sonra da tariximizin qızıl səhifəsi kimi qürurla xatırlanacaq və iftixar hissi ilə yad ediləcəkdir.   Seymur ƏLİYEV

Hamısını oxu