Digər xəbərlər
Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub. Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib. Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.
Hamısını oxu
Məlum olduğu kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfər əsnasında bir qrup radikalın təxribatı ilə üzləşib. Belə ki, Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələr səsləndirən təxribatçılar, qaydaları pozaraq mühafizə zonasına keçməyə cəhd göstəriblər. Lakin onların bu təxribatının qarşısı uğurla alınıb və etirazçılar ərazidən uzaqlaşdırılıb. Paşinyan qarşısında susanlar İlham Əliyev qarşısında niyə quduza döndü? Vaşinqton təxribatı ilə bağlı maraqlı nüanslardan biri Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında susan radikalların İlham Əliyev qarşısında quduza dönməsi, bütün əxlaqi-mənəvi sərhədləri aşmasıdır. Halbuki, radikalların İlham Əliyevi deyil, Paşinyanı hədəf alması hardasa daha anlaşılan və başadüşülən ola bilərdi. Ən azından ona görə ki, 44 günlük müharibədə şəhər və kəndlərimiz məhz Paşinyan rejiminin göstərişi ilə atəşə tutulub, günahsız insanlar məhz onun başında durduğu dövlətin ordusu tərəfindən qətlə yetriliblər. Bu mənada Azərbaycanın sülh siyasətinə sadiq olmasına baxmayaraq, radikalların bir fərd kimi Paşinyana etiraz etməsi daha məntiqli sayılardı. Məsələn, etirazçılar Paşinyana sual verə bilərdilər ki, niyə Şuşa kimi tarixi-mədəni şəhəri müharibə zamanı “İsgəndər”lərin hədəfinə çevirib? Niyə 30 il ərzində işğaldakı torpaqlarımız viran qoyulub, məscidlərimiz dağıdılıb, sərvətlərimiz yağmalanıb? Niyə Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarının çıxarılmasını ləngidir və s. Lakin biz Vaşinqton səfərində bütün bunların heç birinə şahid olmadıq. Şahid olduğumuz yeganə şey təxribatçıların İlham Əliyevin qaldığı otelə quduzca hücum etməsi, dövlət rəhbərliyinin ünvanına mənəviyyatla bir araya sıxmayan ifadələr işlətməsi oldu. Bu faktın özü Vaşinqton təxribatçılarının əsl niyyətini, kimlərə xidmət etdiyini, hansı məqsədlər güddüyünü ortaya çıxarır. Təxribatın ardınca ermənilərin ANCA təşkilatının və digər ermənipərəst dairələrin Azərbaycanın dövlət rəhbərliyinə yönəlik mənəviyyatsız hücumu müdafiə etməsi radikalların hansı qüvvələrin dəyirmanına su tökdüyünü isbat edir. “Şuşa qatili”ni qoyub, “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir Şübhəsiz, Vaşinqtonda baş verənlərin mahiyyəti izahsız, arayışsız da xalqa məlumdur. Hər kəs yaxşı başa düşür ki, baş verənlər təpədən-dırnağa qədər anti-Azərbaycan mahiyyəti daşıyır və dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, ölkəmizi gözdən salmağa hesablanıb. Ümumiyyətlə, Sülh Şurasının ilk iclası kimi vacib bir tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanan Azərbaycan Prezidentinə hər kəsin gözü önündə bu cür mənəviyyatsız hücumun təşkili sadəcə qanuni deyil, həm də əxlaqi baxımdan qəbuledilməzdir. Azərbaycanın mədəni paytaxtı olan şəhəri “İsgəndər” raketlərinin hədəfinə çevirən “Şuşa qatili”ni qoyub “Şuşa fatehi”ni hədəf seçmək vətənə mənəvi xəyanətdir. Və səbəb nə olursa olsun, bu xəyanətə haqq vermək,bəraət qazandırmaq mümkünsüzdür. Seymur ƏLİYEV
Hamısını oxu
Paşinyan bu addımı ilə sübut etdi ki, Ermənistanda həqiqətən də “qaçqın” yoxdur Məlum olduğu kimi, Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımdan imtina edib. Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi İrəvanın sözügedən addımından açıq-aşkar narazılığını dilə gətirib. Zaxarova qeyd edib ki, bu, Ermənistanın Rusiyanı şüuarlardan silmək cəhdindən başqa bir şey deyil: “Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”. Hər şeydən öncə qeyd edək ki, Paşinyanın sözügedən addımı Ermənistanın tamamilə yenilənən və Qərbə istiqamətlənən xarici siyasət kursu ilə bağlıdır. Rəsmi İrəvan bu addımı ilə açıq mətnlə Moskvaya bildirdi ki, onun Rusiyanın dəstəyinə ehtiyacı yoxdur və hər hansı yardıma lüzum görmür. Hansı ki, Emənistanın bütün dünyanın gözü qarşısında gerçəkləşdirdiyi bu davranış Rusiyanın sadəcə Ermənistan deyil, bütün Cənubi Qafqazla bağlı siaysətinin iflası deməkdir. Çünki Rusiya hər zaman Ermənistana onsuz keçinə bilməyəcəyi düşüncəsini təlqin edib. Ermənistan vətəndaşlarını inandırmağa çalışıb ki, Rusiyanın “böyük qardaş” kimi dəstəyi olmadan onların xalq və dövlət kimi var olmaları mümkün deyil. Lakin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar verən, Qərbə inteqrasiyasi istiqamətində qəti addımlar atan Ermənistan bu addımı ilə göstərdi ki, onun Rusiyaya ehtiyacı yoxdur. Əslində bu addım Ermənistanın Rusiyanın sadəcə iqtisadi deyil, həm də psixoloji asılılığından qurtulmaqda olduğunu göstərir. Ermənistanın Rusiyanın humanitar yardımından imtina etməsi Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyətə malikdir. Paşinyan Rusiyanın humanitar yardımındna imtina etməklə Ermənistanda qaçqın olmadığını, Qarabağı ermənilərin həqiqətən də könüllü şəkildə, heç bir məcburiyyət olmadan tərk etdiyini rəsmi şəkildə təsdiqlədi. Rəsmi İrəvanın ortaya qoyduğu bu mövqe Qarabağdan ermənilərin guya məcburi şəkildə çıxarılması, Ermənistana qaçqın axınının olması ilə bağlı erməni diasporunun, eləcə də Rusiyadakı bəzi dairələrin apardığı yalançı təbliğata da tutarlı cavab oldu. Paşinyan bununla sübut etdi ki, Ermənistanda qaçqın yoxdur və olmayan qaçqına hansısa humanitar yardımın ayrılması absurddur. Artıq əminliklə demək olar ki, İrəvanın Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ortaya qoyduğu bu davranış “qaçqın” terminini ortaya ataraq ortalığı qarışdırmaq istəyən bütün təxribatçı qüvvələrin fəaliyyətini əhəmiyyətli dərəcədə əngəlləyəcək və onları mühüm təbliğat ruporundan məhrum edəcək. Seymur ƏLİYEV
Hamısını oxuBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib. Tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak edib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Azərbaycan Silahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz qələbəyə imza atığını bildirən polkovnik, bu zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz unikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib. 8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtriram hissi ilə yad ediləcəyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyini bildirib. Dövlət başçısınıən müharibə dönəmində bir dəfə də olsun hərbi mundiri əynindən çıxarmadığını bildirən Təşkilat sədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarova bayram münasibəti ilə ölkə rəhbərini, həmçinin, Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib. Tədbirdə çıxış edən veteranlar 8 Noyavr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü ilə gətirdiyi yeni reallıqlara toxunub. Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
Hamısını oxu