lham Əliyev Azərbaycan xalqına müraciət edib.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciətin tam mətnini təqdim edir: “Əziz həmvətənlər.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciətin tam mətnini təqdim edir: “Əziz həmvətənlər.
Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.
Hamısını oxu
Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər. Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".
Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun təltif edilməsi barədə əmr imzalayıb. Uzun müddət Azərbaycan Respublikası Sərhəd Qoşunlarında və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan Cəlil Xəlilov bu sahələrin inkişafında, Azərbaycan ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq bir alim və vətənpərvər ictimai xadim kimi səmərəli fəaliyyəti ilə xalqımıza dəyərli xidmətlər göstərib. Ölkəmizin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyinin və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox məqalənin müəllifi olan Cəlil Xəlilov elmi fəaliyyətini də unutmur. Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakı ilə Azərbaycanın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan təqdimat mərasimində Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası ilə həyata keçirilən faydalı əməkdaşlıqda və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi əsas prinsiplərin geniş şəkildə təbliğ edilməsində göstərdiyi xidmətlərə görə və 65 illik yubileyi münasibətilə Cəlil Xəlilovu Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cəlil Xəlilov ona göstərilən böyük etimada görə öz dərin minnətdarlığını bildirərək vurğulayıb ki, fəaliyyətinə verilən bu yüksək qiymət onu gələcəkdə Vətənimiz naminə daha böyük işlərə ruhlandırır. Təqdimat mərasimində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak edib. Fatma xanım da, öz növbəsində, Cəlil Xəlilovun timsalında bütün Veteranlar təşkilatına göstərilən bu diqqətə görə Eldar Quliyevə təşəkkürünü bildirib. Sonra Azərbaycan Ağsaqqallar Şurası və Veteranlar Təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Cəmiyyətimizdə, xüsusilə gənclər arasında mövcud olan problemlərin həll edilməsinin, gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin aşılanmasının, erkən nikahların, boşanmaların qarşısının alınması üçün maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Digər məsələlərlə yanaşı, bu sahədə də təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Hamısını oxuSon günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur. Cəlil Xəlilov 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır. Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəyinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir. O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə, Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır. Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur. Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram. Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?.. Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov
Hamısını oxu