Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.

 
Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

2020-11-28 00:00:00
3518 baxış

Digər xəbərlər

Müzəffər ordunun Zəfər yürüşü: Bakı parada hazırlaşır

Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir.   Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:  

Hamısını oxu
Cəlil Xəlilov: Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir

  İkisahil.TV-nin bugünkü qonağı Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, döyüş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz? - Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu gün veteranlarımız dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Qətiyyətlə deyərdim ki, dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. - Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, təcavüzlə bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Təəssüf ki, ikili standartlar bu gün də davam edir… - Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi, ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir. - Bildiyimiz kimi, sülhməramlı qüvvələrin qarşısına qoyulan məqsəd münaqişə tərəfldərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirə bilirlərmi? - 2020-ci ilin 10 noyabr Bəyanatında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb. Sülhməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi. Əksinə, Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır. Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”. - Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır? - Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət, Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu erməni saytıdır. Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. - Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə müharibədir. Ordumuz bu problemdən necə qorunur? - Təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi hosbitallarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının vacib şərtlərindən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir. Şəmsiyyə Əliqızı,Könül Əliyeva, «İki sahil»

Hamısını oxu
Veteranlar Marşı

 

Hamısını oxu
“İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”

Cəlil Xəlilov: “Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır” “İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın mülki infrastrukturunun heç bir əsas olmadan hücuma məruz qalması İranın ölkəmizə olan düşmən münasibətindən xəbər verir: “İranın Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi və riyakar mövqe sərgilədiyi heç kimə sirr deyil. Bunun ən bariz nümunəsi İranın Ermənistanın işğalçılıq siyasətinə qarşı heç vxt öz etiraz səsini qaldırmaması, əksinə, təcavüzkar rejimə dəstək verməsidir. Hamıya məlumdur ki, İran torpaqlarımız işğal altında olduğu müddətdə nəinki Ermənistanla bütün sahələrdə geniş əməkdaşlıq həyata keçirib, həm də işğaldakı kənd və şəhərlərimizin talanmasında, qarət edilməsində yaxından işitrak edib. Bütün bu faktlar İranın Azərbaycana olan gerçək münasibətini əks etdirir. Bu gün İran dronlarının Naxçıvana hücumu bir daha sübut edir ki, İranın Azərbaycana olan münasibəti dəyişməyib və bu münasibət hər zamankı kimi riyakar, hər zamankı kimi qərəzlidir. Bildiyiniz kimi, artıq İranın məlum addımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını keçirib, mühüm açıqlamalar verib. Dövlət başçısı haqlı olaraq İranın xain hücumunu namərdlik, nankorluq nümunəsi kimi xarakterizə edib. Dövlət başçısı eyni zamanda “Dəmir yumruq” faktorunu xatırladıb və bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarılıb. Bu baxımdan, İran Azərbaycana qarşı təxribatlara son qoymalı, Ermənistanın “Dəmir yumruq”la əzilən başı rəsmi Tehran üçün ibrət olmalıdır. Yaxşı olar ki, İran ona səmimi qonşuluq münasibəti bəsləyən dövlətlərə qarşı təxribatlar törədincə, hər qarışını raketlərlə şumlayan ABŞ-İsrail ordusunun hücumlarının qarşısını almaq haqqında düşünsün. Eyni zamanda unutmasın ki, yeni bir təxribata imza atacağı təqdirdə, Azərbaycan tərəfindən layiqli şəkildə cəzalanacaq, “qazancı” eynən Ermənistan kimi göz yaşı və peşmanlıq olacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu