Ən son xəbərlər
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu
Hamısını oxu
Məlik Məlik oğlu Məhərrəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində, həm də atasının vəfatından 3 ay sonra doğulub, 1 yaşı tamam olanda anası vəfat edib. Məlik I sinfə 10 yaşında getməli olub, elə 10 yaşından kolxozda da işləyib- pambıq yığıb, taxıl suvarıb. VII sinfi bitirən kimi tək-tənha Bakıya gedib, peşə təhsili alıb, Bakının “Qırmızı oktyabr” artelində mühasib köməkçisi işləyib. Elə həmin il orduya çağırılıb, rus dilini yaxşı bilməsini və qabiliyyətini nəzərə alıb komandanlıq onu Ryazan hərbi rabitə məktəbinə göndərib.1941-ci ildə müharibə başlanır və Məlik Məhərrəmov cəbhəyə könüllü gedir. Müharibə iyunun 22-də başlmışdı, iyunun 27-də Məlik Məhərrəmov Şimal-Qərb cəbhəsində – Pskov vilayətində amansız qanlı döyüşdə faşistlərlə vuruşurdu…1943-cü ilin payız gecəsində 77-ci diviziyanın tərkibində leytenant M. Məhərrəmovun bölüyü düşmən nəzarətində olan Dnepr çayını özünün düzəltdiyi sal və qayıqlarla keçərək düşmənin başının üstünü qəfildən aldı, Sovet ordusunun əsas qüvvələri çayı keçib köməyə gələnə qədər tutduğu ərazini qəhrəmanlıqla müdafiə edib 12 saat dayanmadan düşmənlə vuruşdu, onu möhkəmləndirilmiş istehkamlarından da vurub çıxardı, səngərdə qoyub qaçdığı pulemyotları və döyüş sursatlarını ələ keçirdi.Məlik Məhərrəmov həmin çətin, qorxulu və ona böyük şöhrət gətirən əməliyyatı belə xatırlayırdı:– Mənə qədər bir çox bölüklərə, özü də rusların komandir olduqları bölüklərə Dnepri keçmək əmri verilmiş, əməliyyatlar pozulmuş, bölüklər böyük itkilərlə geri üzmüşdülər. Əslində məni də ölümə göndərirdilər. Düzdür, özüm könüllü dedim ki, çayı mən bölüyümlə keçərəm. Amma könüllü getməsəydim əmr edəcəkdilər, -bunu duydum və tale üzümə güldü. Biz faşistlərin pulemyotlarını ələ keçirən kimi o pulemyotlarla işləməyi bacaran 2 əsgərim düşmənə atəş açmağa başladı. Bizimkilər də guya bizə dəstək verərək alman pulemyotlarının səsi gələn nöqtələri vurmağa başladılar. Yaxşı ki, çayı keçəndə telefon xətti də çəkə bilmişdik. Dərhal telefonla o taya xəbər verdim ki, o pulemyotları qənimət götürmüşük, o səmtə atmayın”…Bu əfsanəvi şücaətə görə 1944-cü il yanvarın 15-də Məlik Məhərrəmova və onun 17 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Sonra M. Məhərrəmov Moskvada M. Frunze adına Hərbi Akademiyanı da bitirdi.Müharibədən sonra isə o, Lənkəranda, Bakının Salyan hərbi kazarmasında qərargah rəisi, Ağdaş, Oğuz, Qəbələ, Xızı, Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar, Bakı Dövlət Universitetində hərbi kafedranın, sonralar isə xüsusi şöbənin rəisi işlədi.Sovet İttifaqı Qəhrəmanı, polkovnik, Şöhrət ordenli Məlik Məhərrəmov ömrü boyu vətənə və xalqa vicdanla, namusla xidmət etdi, heç yerdə heç kəsdən təmənna ummadı.Məlik Məhərrəmovun bölüyünün Dnepr çayını keçib düşmənin gücləndirilmiş müdafiə istehkamlarını ələ keçirdiyi xəbərini eşidəndə SSRİ-nin və Polşa dövlətinin marşalı, 1-ci Belorus cəbhəsinin komandanı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı K. K. Rokossovski bir dəstə generalla azərbaycanlı leytenant Məlik Məhərrəmovla və onun qvardiyaçı bölüyü ilə şəxsən tanış olmaq üçün Dnepr çayının sahillərinə gəlib. O, Məhərrəmovla yaxından tanış olub və deyib: “Leytenant Məhərrəmov, sənə həsəd aparıram”.Məhərrəmov təəccüblənir:– Cəbhə komandanı leytenanta?Rokossovski təsdiq edir:– Bəli. Mən leytenant olanda məni heç kəs tanımırdı. Sənin qəhrəmanlığın haqqında isə radio danışır, qəzetlər yazır…Məlik müəllim deyirdi ki, o görüşün sonunda marşal mənimlə əl-ələ görüşdü, yanındakı rus generallarına isə belə dedi: “Yaxın gəlin, görüşün, əliniz əsl kişi əlinə dəysin”… İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru
Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb. M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib. Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub. Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub. Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.
Hamısını oxu
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:
Hamısını oxu
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az
Hamısını oxu
Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. 1922-ci ildə Mustafa Kamal Atatürkün komandanlığındakı Türkiyə Ordusunun yunan qoşunlarını Anadoludan sıxışdırıb çıxarmasından 98 il ötür. Modern.az xəbər verir ki, Zəfər bayramının 98-ci ildönümü münasibətilə Küresel Gazeteciler Konseyi video-çarx hazırlayıb. Həmin videoda Azərbaycanın da adı keçir. Həmin videonu təqdim edirik:
Hamısını oxu
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. AZXEBER.COM xəbər verir ki, təbrik məktubunda deyilir: "Zati-aliləri, əziz Mehriban, Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram. Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir. Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı. Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır. Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm. Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəyliyik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək. Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznlə başsağlığı verirəm. İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm. Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım”.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”
Hamısını oxu
Milli.Az bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib. O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb: "Görüşdüyümüz ilk andan mən onun parlaq şəxsiyyətinə, təmiz ürəyinə və gördüyü böyük işlərə heyranlıq duyuram. UNESCO-da əməkdaşlığımız sayəsində bizim dostluğumuz möhkəmlənib və Mehriban Əliyeva ilə bağlı bu cür səmimi məqamları bölüşmək böyük şərəf və iltifatdır. Biz müxtəlif ölkələr, o cümlədən Yunanıstan və Azərbaycan arasında həmrəylik və mədəniyyət körpüləri ucaltmağa çalışaraq birgə işləmişik. Mehriban Əliyeva tarixi və mədəni dəyərlərin həqiqi müdafiəçisi və humanizmin parlaq nümunəsidir. Mehriban Əliyevanın Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları dəstəkləməsi, xüsusilə, Afinada uşaq onkologiya xəstəxanasını və xəstə uşaqları olan ailələr üçün qonaq evini ziyarət etməsi, Yunanıstan məktəblərinə göstərdiyi dəstək, Yunanıstanda böyük abidə və muzeylərdə olması, Olimpiya idman ruhunu təşviq etməsi, Yunanıstanda və digər ölkələrdə mədəni xeyriyyə tədbirlərini təşkil etməsi göstərə biləcəyimiz nümunələrdir. Mehriban Əliyevanın təşəbbüsləri Şərqlə Qərbi yaxınlaşdırır, mədəniyyətlər və xalqlar arasında dialoqa xidmət edir. Sülh təşəbbüslərinə gəldikdə, Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsi, qayğıya gəldikdə isə, ehtiyacı olan insanların qəlbində mərhəmətli ümid elçisidir!" M.Vardinoyannis deyib ki, Mehriban Əliyeva nəinki Azərbaycanda, həm də bütün dünyada qadınlar üçün örnəkdir: "Onun xarakterindəki mehribanlıq, təvazökarlıq və mərhəmət qətiyyət və gücü ilə həmahəngdir. Mehriban Əliyevanın şəxsi nümunəsi qadınları ictimai həyatda fəal iştiraka ruhlandırır. Onun Azərbaycan qadınlarının siyasi fəallığının təşviq olunmasında xidmətləri regionda müstəsna və novator xarakter daşıyır. Bu, ölkənin inkişafı üçün çox vacibdir. Xüsusən də gənc qadınlar tolerantlıq və müxtəlifliyin, keçmiş dəyərlərə və gələcək baxışlara hörmətin hökm sürdüyü müasir cəmiyyətlərin qurulmasına öz töhfələrini vermək üçün onun şəxsində ilham mənbəyi görürlər. Mehriban Əliyeva qadınların zehninə və ümumilikdə Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər gətirir. Heydər Əliyev Fondunda olarkən çox duyğulu anlar yaşadım və mən Bakıya hər dəfə gələndə bu hissi keçirirəm. Azərbaycana onun gözləri ilə və niyyətləri ilə baxanda birlikdə paylaşdığımız anları çox əziz hesab edirəm". O qeyd edib ki, Yunanıstanı və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq birləşdirir: "Mən hesab edirəm ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin, mədəniyyətimizin və uşaqlarımızın böyük dostudur. Ölkələrimiz arasında kifayət qədər mədəni mübadilələr var, Afinada Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Mən heç zaman Mehriban Əliyevanın Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) tədbirlərinin keçirilməsində dəstəyini, "Məktəblərin dəstəklənməsi layihəsi"nin reallaşdırılmasına köməyini unutmayacağam. İncəsənət və mədəniyyət insanları yaxınlaşdırır, çünki hər bir xalqın ruhunu əks etdirir. Bizim birgə tədbirlərimiz, konsertlər, tamaşalar, konfranslar, sərgilər böyük potensiala malikdir. Mən göstərilən misilsiz dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm!" Milli.Az
Hamısını oxu
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb. APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban xanım. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir. Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk. Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik göndərib. Təbrikdə deyilir: “Hörmətli xanım Mehriban Əliyeva, BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”. Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovun Mehriban Əliyevanı göndərdiyi təbrikdə isə bildirilir: “Çox hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin. Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun. Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!” Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərin də Mehriban Əliyevaya təbrik ünvanlayanların sırasındadır. Təbrikdə bildirilir: “Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik. Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin. Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk. Dərin hörmət və ehtiramla, Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Marianna Vardinoyannis UNESCO-nun xoşməramlı səfiri Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Katerina Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Elnur Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini”.
Hamısını oxu
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. video Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. APA xəbər verir ki, bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb. Prezident İlham Əliyev deyib: “O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır. Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!”
Hamısını oxu
Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm. Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız. Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq. Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun. Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm". Milli.Az
Hamısını oxu