Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından Ali Baş Komandana dəstək Bəyanatı

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir.

Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq.

 Cənab Prezident!

Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Dərin hörmət və ehtiramla,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova

 

2023-09-20 12:56:11
3042 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov BSU-da Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masada iştirak edib

Veteran.gov.az bsu-uni.edu.az-a istinadən xəbər verir ki, iyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib. Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib. Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər. Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir. Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb. Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb. BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər. Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib. Mirzə Məmmədov 1942-1945-ci illərdə Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən çoxlu sayda orden və medalla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mirzə Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.  O, fikirlərini rəsmi “Instagram” hesabında bölüşüb:   “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!” 

Hamısını oxu
Qarabağ müharibəsi veteranı Şahin Şabanov vəfat edib

Qarabağ müharibəsi veteranı, polis mayoru Şabanov Şahin Yusif oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun qardaşı Nərimanov Rayon Veteranlar Təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova, eləcə də mərhumun digər yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu