Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan qadınının ideal obrazı: Mehriban xanım Əliyeva ənənə və müasirliyin təcəssümü kimi

Mehriban xanım müdrikliyin, gözəlliyin, yüksək mənəvi keyfiyyətlərin və səmərəli ictimai fəaliyyətin vəhdətini öz şəxsiyyətində təcəssüm etdirir. 

Bu müstəsna şəxsiyyət milli ənənələrlə müasir dövrün tələblərinin üzvi vəhdətini özündə əks etdirir. Onun timsalında müdriklik yalnız nəzəri anlayış deyil, uzaqgörən və məsuliyyətli qərarlar qəbul etmək bacarığı kimi özünü göstərir. Gözəllik isə zahiri görünüşlə məhdudlaşmayaraq insanın davranışında, əməllərində və mənəvi dəyərlərində əks olunur. Eyni zamanda, çoxşaxəli ictimai fəaliyyəti cəmiyyətdə qazandığı yüksək etimadın və nüfuzun əsas göstəricilərindən biri kimi çıxış edir.

Bəs müasir siyasətçini səciyyələndirən bu keyfiyyətlərin əsasında hansı amillər dayanır? Bu məsələyə münasibətimi bildirmək istərdim. Fikrimcə, ilk növbədə onun adına diqqət yetirmək məqsədəuyğundur. Xalq arasında insanın adının onun xarakteri və həyat yolu ilə müəyyən mənada bağlı olduğu düşüncəsi mövcuddur. “Mehriban” adı qayğıkeşliyi, mərhəməti və insanlara səmimi münasibəti ifadə edir. Mehriban xanım da öz fəaliyyəti və davranışı ilə bu mənaları doğruldur. O, səmimiyyəti, yüksək mənəvi dəyərlərə sadiqliyi və insanlara dəstək göstərməyə daim hazır olması ilə seçilir. İnsanlara diqqət və qayğı ilə yanaşması, xeyirxahlığı, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq bacarığı onun şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdəndir.

Azərbaycan xalqının müdrik kəlamlarından biri olan “Ot kökü üstə bitər” atalar sözü insanın şəxsiyyətinin formalaşmasında ailə mühitinin və mənəvi irsin rolunu ifadə edir. Mehriban xanımın mənsub olduğu ailə Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə görkəmli simalar bəxş etmişdir. Ata tərəfdən babası görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev, atası fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevdir. Ana tərəfdən babası tanınmış jurnalist, “Bakı” qəzetinin təsisçisi və baş redaktoru Nəsir İmanquliyev, anası isə görkəmli şərqşünas, elmlər doktoru Aida İmanquliyevadır. Belə zəngin mənəvi və intellektual irs Mehriban xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərmişdir.

Mehriban xanımın fəaliyyətində vətənpərvərlik xüsusi yer tutur. Azərbaycanın tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılıq onun ictimai fəaliyyətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, digər xalqlara və mədəniyyətlərə hörmətlə yanaşması, beynəlxalq prosesləri obyektiv qiymətləndirməsi onun dünyagörüşünün və siyasi mədəniyyətinin göstəricisidir.

Azərbaycan xalqının yaddaşında müdrik, cəsarətli və ləyaqətli qadın obrazı əsrlər boyu Koroğlunun silahdaşı Nigarın və Qaçaq Nəbinin həyat yoldaşı Həcərin timsalında yaşadılmışdır. Bu obrazlar qadının ailədə və cəmiyyətdə tutduğu yüksək mövqenin mənəvi rəmzinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində bu ənənədən müəyyən uzaqlaşmalar müşahidə olunsa da, Azərbaycan ictimai fikri və klassik ədəbiyyatı həmişə qadının fəallığını, iradəsini və mənəvi gücünü yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, Cəfər Cabbarlının, Səməd Vurğunun və İlyas Əfəndiyevin əsərlərində qadın müstəqil düşüncəyə, güclü iradəyə və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi təqdim olunur. Həmin əsərlərdə Şərq ənənəsində olduğu kimi qadın yalnız sevgi obyekti deyil, fəal, iradəli və müstəqil şəxsiyyət kimi təqdim olunur. Bu xüsusiyyətlər Mehriban xanımın şəxsiyyətində də aydın şəkildə öz əksini tapır.

Ümumilikdə hesab edirəm ki, Mehriban xanımın şəxsiyyətinin və yüksək insani keyfiyyətlərinin formalaşmasında mənəvi dəyərləri ilə xalqımızın sosial-mədəni arxetipləri uğurlu vəhdət təşkil etmişdir.

Xidməti fəaliyyətimlə əlaqədar müxtəlif ölkələrin dövlət və ictimai xadimləri ilə görüşürəm və onların hamısı yekdilliklə bildirirlər ki, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın güclü rəhbərliyə malik olması ölkə üçün böyük üstünlükdür. Biz əminik ki, Prezident İlham Əliyev və onun etibarlı silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin daha da qüdrətlənməsi, rifahının yüksəlməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirirlər.

Biz veteranlar Azərbaycan Respubliukasının Prezidentı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri dövlət siyasətini dəstəkləyirik.

 

Polkovnik Cəlil Xəlilov,

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr

 Veteranları Təşkilatı” İctimai Birliyinin sədri

2026-07-20 11:29:00
1060 baxış

Digər xəbərlər

ВС АЗЕРБАЙДЖАНА ПРОВОДЯТ УСПЕШНЫЕ ОПЕРАЦИИ

Hamısını oxu
Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.   Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.   Turnirdə iştirak üçün 1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı 2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi 3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu 4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr   Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.   Seymur ƏLİYEV

Hamısını oxu
Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illik yubileyi Respublika Veteranlar Təşkilatında qeyd edilib

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinin 100 illik yubileyinin yaxın günlərdə dövlət səviyyəsində qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarmızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi. Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub edib. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirildi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Haci Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından əhəmiyyətindən söz açılıb. Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun “REAL TV”-dəki müsahibəsi. 21.09.2019

Hamısını oxu