Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bəylik Bağları”nın bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir”

Elman Məmmədov: “QDF və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin fəaliyyəti alqışlanmalıdır”

Məlum olduğu kimi, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, tarixi bağlarımızın, meşələrimizin bərpası ilə bağlı maraqlı fikirlər səsləndirib, bunu dövlətimizin mühüm uğurlarından biri kimi dəyərləndirib:

“Ermənilər işğal dönəmində yalnız əhalimizə qarşı soyqırımı törətməyiblər. Onlar eyni zamanda bütün tarixi, dini abidələrimizə, eləcə də təbiətimizə qarşı ciddi soyqırımı törədiblər. Meşələrin, nadir flora və fauna nümunələrinin məhvi işğal dövrünə xas rellıqlardır.

İndi dövlətimiz işğaldan azad edilən ərazilərdə təbiətin bərpası, ekologiyanın yaxşılaşdırılması istiqamətində işlər görür. Bu gün bizim qarşımızda durn əsas vəzifələrdən biri yalnız tarixi binalarımızın deyil, eyni zamanda keçmişimizdən bizə yadigar qalan meşələrin, bağların bərpa edilməsidir. “Bəylk Bağları”nın bərpası istiqamətində atılan addımlar da bu qəbildəndir.

“Bəylik Bağları”nın bərpa edilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən görülən işlər təqdir edilməli, alqışlanmalıdır. Bu, təbiətimizin bərpası istiqamətində atılan mühüm addımlardan biridir.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpasında mühüm rol oynayır, çox vacib, həyati layihələr həyata keçirir. “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ də doğma Laçınımızın bərpa edilməsi, gözəlləşməsi ilə bağlı olduqca önəmli addımlar atıb, bu sahədə böyük uğurlar əldə edib. İnanıram ki, hər iki qurum bundan sonra da işğaldan azad edilən ərazilərimizin bərpasına, təbiətimizin yaxşılaşmasına yeni töhfələr verəcək, öz uğurları iə hər birimizi sevindirəcək”.

Seymur ƏLİYEV

 

2026-04-14 20:32:00
1658 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov "Yeni TV"nin CANLI YAYIMINDA

Hamısını oxu
Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib - FOTO

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir: "Əsası "Əkinçi" ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb". Milli.Az

Hamısını oxu
Masallıda Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.  

Hamısını oxu