Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonu 111 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 10 dekabr 2021-ci ildə Bakı şəhəri Nəsimi   rayonunda yerləşən  111  saylı tam orta məktəbdə  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə iştirak edib. Tədbirdə Nəsimi rayon veteranlar təşkilatının sədri Validə Vəliyeva ,   44 günlük Vətən müharibəsi qaziləri Elçin Əhmədov, Mətləb Əhmədov, məktəbin direktoru Jalə Hacıyeva, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

 

Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Torpaqlarımızın bütövlüyü ugrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik süktla yad edildikdən sonra, Dövlət Himni səslənib. Daha sonra söz ehtiyatda olan polkovnik  Adil Haqverdiyevə verilib.

 

A.Haqverdiyev Ulu Öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıb. Polkovnik qeyd edib ki, Hydər Əliyevin qoyduğu yolu Ali Baş Komandan İlham Əliyev bu gün uğurla davam etdirməkdədir. Onun daxili və xarici siyasəti nəticəsində müzəffər ordumuz torpaqlarımızı azad edib. İndi qürurla deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Daha sonra qazilər Əhmədov Elçin Əhmədov, Mətləb Əhmədov və baş mütəxəssis Nəbi Hacıyev  çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

2021-12-14 14:24:00
1107 baxış

Digər xəbərlər

Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərinin olduğunu göstərir

Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərə malik olduğunu göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ermənilərin ordumuzun mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil: “Post-müharibə dövründə Ermənistan dəfələrlə ordumuzun mövqelərini atəşə tutub, müxtəlif təxribatlar həyata keçirib. Bütün bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Ancaq buna baxmayaraq, Ermənistan bu gün də təxribatlardan, məkrli niyyətlərindən əl çəkmək istəmir. Mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərməsi, revanşist iddiaların bu gün də ara verməməsi buna nümunədir. “Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin gələcəyi, sülhlə bağlı aydın mövqe yoxdur. Buna görə də İrəvan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən təxribatlara əl atır, mövcud status-kvonu dəyişməyə səy göstərir. Lakin rəsmi İrəvan, o cümlədən Ermənistandakı bütün revanşist qüvvələr, habelə onların havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, onun şərtlərini qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci bir yol, alternativ variant mövcud deyil”, - deyə Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini də atəşə tutub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüblər. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Hamısını oxu
“Gənclər və İdman Nazirliyinin, o cümlədən onun tabeliyindəki Nərimanov Rayon Gənclər və İdman İdarəsinin şəhidlərimizin xatirəsinə həsr etdiyi turnirlər alqışlanmalıdır”

 Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir”   “Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var”   Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir.   Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin  təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir.   Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər.   Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq.   Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Bir sıra rayonlarda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar. Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər. Yardım aksiyası iyulun sonunadək davam edəcək.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.  Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri, eləcə də veteranları təbrik edib, ordumuzun 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə diqqət çəkib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda həyata keçirilən islahatlara toxunub, görülən işlərin önəmini qeyd edib. Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrimizin döyüş hazırlığının, maddi-texniki təchizatının artırılması prosesi davam edir ki, bu da dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyətə malikdir. Daha sonra  bir qrup 44 günlük Vətən müharibəsi qazisinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim olunub, veteranlar üçün bayram süfrəsi təşkil edilib. Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifa etdiyi vətənpərvərlik mahnıları ilə davam edib.

Hamısını oxu