Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib. Bu barədə   “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə sosial şəbəkədəki hesabında məlumat verib.

Məlumatda deyilir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə şəhərində yekun konfrans, ictimai müzakirə keçirilib.

Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, məktəb direktorları, müəllimlər, tələbələr, ziyalı insanlar, təxminən 300 nəfərdən çox qonaq iştirak edib.

Konfransımıza böyük dəstək verən, bu konfransın yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Prezident Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına sonsuz minnətdarlığımı bildirirəm. Fəaliyyətimizə yüksək dəyər bizə çalışmaq üçün stimul verir”.

 

2022-05-05 08:39:00
1072 baxış

Digər xəbərlər

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım

Prezident İlham Əliyev Müqəddəs Qurban Bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.  “Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının təntənəsi olan Qurban Bayramınız mübarək!”, - paylaşımda deyilir.  

Hamısını oxu
Zəfər Azərbaycan əsgərinindir

Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanı azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Cənab Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barəsində verdiyi müjdə xəbəri hər birimizə möhtəşəm sevinc hissi yaşadır. 28 ildən sonra Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə gün münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Şuşanın azad olunması zəfər sevincini xalqımıza yaşatdığına görə sonsuz təşəkkürümü bildirirəm. Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğaldakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin, yaralı Əsgər və Zabitlərimizə şəfa versin. Qarabağ Azərbaycandır!   Respublika Veteranlar Təşkilatının sədri  general-polkovnik       Tofiq Ağahüseynov

Hamısını oxu
Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb. Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib. Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib. Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Fətullah Əliməmmədov vəfat edib

Qəbələ rayon Bum kəndində anadan olmuş, 8 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış, 1942-1943-cü illərdə əfsanəvi 416-ci Azərbaycan atıcı diviziyasında  xidmət etmiş, döyüşlərdə sücayətinə görə bir orden, altı medalla təltif olunmuş, Mazdok şəhərində ağır yaralanmış birinci dərəcəli müharibə əlili 100 yaşlı Əliməmmədov Fətullah Səbzəli oğlu 11 yanvar 2026-cı ildə vəfat etmişdir. Fətullah Əliməmmədov Qəbələ rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görmüşdür. Respublika Veteranar Təşkilatının rəhbərliyi və kollektivi Böyük Vətən müharibəsi veteranı Fətullah Əliməmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.

Hamısını oxu