Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri İkinci Dünya müharibəsi veteranı ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə  sağlam və ğümrah ömür arzulayıblar.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru  Ədalət Salman Cəlilabad torpağının şəhidləri  haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib.

Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər.

Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.

                       

2022-09-29 07:48:00
1182 baxış

Digər xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb  

Hamısını oxu
İstənilən təxribat cavabsız qalmayacaq

Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Amma İrəvan məqsədinə nail ola bilməyəcək. Çünki Azərbaycan Ordusu təxribatların qarışısını alaraq və layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir. Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün hədəflərinə nail olacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
“8 Noyabr bütün türk dünyasının özünütəsdiq günüdür”

Səmyar Abdullayev: “Bu böyük günün qəhrəmanları isə Müzəffər Ali Baş Komandan, ordu və xalqdır” “Şəhidlərimizi və qazilərimizi hər zaman sevgi və minnətdarlıqla yad edəcəyik” Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 8 Noyabr Zəfər Günü ilə bağlı Veteran.gov.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar bəy, qarşıdan 8 Noyabr – düşmən üzərindəki tarix qələbinin ikinci ildönümü gəlir. Öncə bu günün əhəmiyyəti ilə bağl fikirlərinizi bilmək istərdik. -Zəfər Günü sadəcə işğalçı Ermənistan üzərində tarixi qələbə günü deyil. Zəfər Günü həm də Azərbaycan xalqının, onun timsalında bütün türk dünyasının uzun fasilədən sonra ayağa qalxdığı, özünü bir xalq kimi təsdiq etdiyi gündür. Xalqımız bu tarixi zəfərlə sadəcə, öz ərazi bütövlüyün təmin etmədi. Həm də milli qürurunu, tarixi ədaləti bərpa etdi. 8 Noyabr zəfəri ilə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, öz suverenliyini, ərazi bütövlüyünü, haqqını və hüququnu qorumağa qadirdir. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, onun güclü sərkərdəsi, yenilməz ordusu var bu bu ordu cəmi 44 gün ərzində düşməni darmadağın edəcək gücdədir. Bu baxımdan 8 Noyabr zəfərinin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, mənəvi-ideoloji əhəmiyyətini də yüksək qiymətləndirirəm. -Sizcə 44 günlük Vətən müharibəsində qələbəni təmin edən əsas amillər hansılar oldu? -Şübhəsiz ki, Vətən müharibəsində qələbəni təmin edə ən başlıca amil güclü sərkərdə faktoru oldu. Ali Baş Komandan İlham Əliyev bütün xalqı ətrafıdna birləşdirərək düşmən üzərində tarixi zəfərə imza atdı. Dövlət başçısı müharibə dönəmində elə bir hərbi-siyasi əzm ortaya qoydu ki, yalnız Ermənistan deyil, onun havadarları da bu əzm qarşısında geri çəkilməyə, Azərbaycanın iradəsi ilə razılaşmağa məcbur oldular. Müharibədə qələbəni təmin edən əsas faktorlardan biri də qüdrətli ordu amili oldu. Müharibə göstərdi ki, son 30 ildə ordumuzda həyata keçirilən islahatlar həqiqətən də güclü, modern ordunun formalaşmasına gətirib çıxardıb. Müharibə sübut etdi ki, Azərbaycan Ordusu həqiqətən də bütün dünyanın ən güclü ordularından biridir və bu ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Qələbənin təminində ordu və Ali Baş Komandanla tam bir həmrəylik sərgiləyən Azərbaycan xalqının fədakarlığı da həlledici rol oynadı. Azərbaycan xalqı hər bir fərdi ilə Prezidentin yanında oldu, orduya böyük dəstək verdi. Başqa sözlə desək, xalq Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında bir yumruq kimi birləşdi və məhz bu yumruq erməni faşizminin başını əzdi.   -Səmyar bəy, müharibə həm də Azərbaycan hərbçilərinin qeyri-adi qəhrəmanlıqları ilə yadda qaldı. Sizcə bu qəhrəmanlıqların təbliği və yaşadılması nə dərəcədə zəruridir?  -Şübhəsiz, 44 günlük Vətən müharibəsinin hər günü, hər dəqiqəsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və fədakarlığı ilə yadda qaldı. 30 il ərzində düşmənin müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, bir neçə səddən ibarət müdafiə səddi yaratdığı torpaqları cəmi 44 gündə azad etmək bu qəhrəmanlığın ən bariz göstəricisidir. Şuşanın erməni işğalından azad edilməsi zamanı ordumuzun ortaya qoyduğu əzm isə bütün dünyanı heyrətləndirməkdir. Əminəm ki, illər, əsrlər keçəcək, ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən öyrənilməkdə, tədqiq edilməkdə davam edəcək, bununla bağlı cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Məlumat üçün qeyd edim ki, artıq ölkəmzidə bizi bu tarixi zəfərə qovuşduran şəhdilərimiz, qazilərimizlə bağlı xeyli sayda sənədli filmlər çəkilib, yazılar yazılıb. Yaxın gələcəkdə bu proses daha da kütləviləşəcək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı təbliğ ediləcək, yaşadılacaqdır. Gələcək nəsillər 44 günlük Vətən müharibəsi qəhrəmanlarına baxaraq öz keçmişləri ilə fəxr edəcək, varislik ənənələrini qürurla davam etdirəcəklər. -Post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr, gördüyü işlər sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir. Bir tərəfədn mina terroruna qarşı mübarizə aparan, işğaldan azad edilən torpaqlarımızı döyuüş sursatından təmizləyən dövlətimiz, digər tərəfdən bu ərazilərdə geniş tikinti işləri həyata keçirməkdədir. Bu gün dövlətimiz işğaldan azad edilən ərazilərdə erməni vandalizminin məhv etdiyi tarixi-mədəni abidələri bərpa edilməklə yanaşı, böyük iqtisadi və enerji layihələri həyata keçirməkdədir. Yalnız yerli deyil, həm də xarici investisiyanın iştirakı ilə bu ərazilərdə müasir istehsalat müəssiələrinin, fabrik və zavodların inşası, ekoloji baxımdan təmiz enerji resurslarından maksimum səmərəli istifadə, modern kənd təsərrüfatı müəssisələrinin yaradılması dövlətimizin bu torpaqlarda həyata keçirdiyi mühüm layihələr sırasındadır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında görülən işlərin miqyas və əhəmiyyətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Qarabağ və ətraf rayonlar iqtisadi inkişaf tempinə görə bütün dünyanın sürətlə tərəqqi edən bölgələrindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcəkdir. Bu isə öz növbəsində  xalqımızın sosial rifaının daha da yaxşılaşmasına, vətənimizin daha da çiçəklənməsinə səbəb olacaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
“General İlham Mehdiyevin hərbi xidmət yolu hər bir gənc sərhədçiyə nümunədir”

"General-leytenant İlham Mehdiyevin hərbi xidmət yolu hər bir gənc sərhədçiyə nümunədir" Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə İlham Mehdiyevi təbrik edən polkovnik Cəlil Xəlilov, onun dövlətimiz qarşısındakı xidmətlərinə diqqət çəkib: “2 avqust İlham Mehdiyevin ad günüdür. Mən öncə ad günü münasibətilə hörmətli generalımızı təbrik edir, ona həm şəxsi, həm də xidmət həyatında uğurlar arzulayıram. İlham Mehdiyev bütün həyatını sərhədə, onun təhlükəsizliyinə, toxunulmazlığına həsr edən təcrübəli general, təcrübəli sərhədçidir. Təsadüfi deyildir ki, o, hələ mayor rütbəsində olarkən  - 16 avqust 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş, onun xidmətləri dövlətimiz təərfindən yüksək qiymətləndirmişdir. İlham Mehdiyev 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızın azad edilməsində də yaxından iştirak etmiş, bu mübarizədə böyük qəhrəmanlıqlar sərgiləmişdir. Məhz bu fədakarlığına və qəhrəmanlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyevə “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir. General İlham Mehdiyev bu gün də sərhədlərimizin keşiyində dayanmaqda, gənc sərhədçilərimizlə öz zəngin təcrübəsini bölüşməkdədir. Əminəm ki, onun təcrübəsinin öyrənilməsi gənc sərhədçilərimizin peşəkarlığının artırılmasına böyük töhfə verəcək, onlar üçün hər zaman zəngin mənəvi məktəb rolunu oynayacaq. Bir daha general İlham Mehdiyevi təbrik edir, ona və onun timsalında bütün sərhədçilərimizə uğurlar arzulayıram”.  Seymur ƏLİYEV        

Hamısını oxu