Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”

Cəlil Xəlilov: “Cinayətkarlar elə bilirdi ki, əzələ nümayiş etdirməklə Ermənistanın maraqlarını təmin edə biləcəklər”

“20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, əslində 20 Yanvar hadisələrinin kökü 80-ci illərin sonunda baş qaldıran erməni fitnə-fəsadı ilə başlayıb:

“1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayır. Bildiyiniz kimi, 1987-1988-ci illərdə ermənilər növbəti dəfə Qərbi Azərbaycan ərazisindəki soydaşlarımızı deportasiyaya məruz qoyur, onları tarixi vətənlərindən didərgin salırdı. Xatırladım ki, sadəcə, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib. Bu deportasiya nəticəsində 250 min azərbaycanlı doğma vətənindən didərgin salınıb.

1990-cı ilin yanvarında Azərbaycana qoşun yeridən sovet hakimiyyəti xalqımıza əzələ nümayiş etdirməklə onun iradəsini qırmağa cəhd etdi. Sovet hakimiyyəti istəyirdi ki, xalqımız insanlarımızı Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etsin, bu prosesə müqavimət göstərməsin. Lakin Azərbaycan xalqı tarixin bütün çətin mərhələlərində olduğu kimi, 1990-cı ilin yanvarında da ciddi iradə və əzm nümayiş etdirdi. Öz cəsarəti və qəhrəmanlığı ilə sübut etdi ki, onun iradəsini zorakılıqla, hədə-qorxu ilə qırmaq, ona boyun əydirmək mümkün deyil”.

Polkovnik qeyd edib ki, 20 Yanvar hadisələrinin müqəssirləri ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən ifşa olunub:

“20 Yanvar faciəsinə ilk obyektiv qiyməti verən, baş verənlərə görə sovet hakimiyyətinə açıq etiraz sərgiləyən Ümummilli lider Heydər Əliyev olub.  Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Onu da qeyd edim ki, 1991-ci il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

Göründüyü kimi, Heydər Əliyev sovet rejiminin mövcudluğu dönəmində bu məsələ ilə bağlı cəsarətli mövqe sərgiləyib, baş verənləri Azərbaycan xalqına qarşı cinayət adlandırıb”.

Professor bildirib ki, ermənilərin və ermənipərəst qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan bundan sonra da öz milli maraqlarının qorunması və möhkəmlənməsi istiqmaətindəki addımlarını qətiyyətlə davam etdirəcək:

“Azərbaycan xalqına qarşı qırğın və qtəliyamlar 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra da davam edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız soydaşımız amansızcasına qətlə yetirilib. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ona qarşı edilən bütün haqsızlıqlara, cinayətlərə layiqli cavab verdi. İşğaldakı torpaqlarımız qısa zamanda döyüş yolu ilə azad edildi. Erməni faşizmi tar-mar olundu.

Bu gün işğaldan azad edilən torpaqlarımıza “Böyük Qayıdış” gerçəkləşir. Ancaq bu, son deyil. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə - Qərbi Azərbaycana da qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Prezidentimizin və xalqımızın qətiyyəti bu ümidləri daha da gücləndirir. Təbii, bu uca amal uğrunda biz veteranlar da əlimizdən gələni əsirgəməyəcək, xalqımız və dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla sıx həmrəylik nümayiş etdirəcəyik”.

Seymur ƏLİYEV

 

2023-01-20 15:56:00
899 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.   Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Naxçıvanda ata 52 gün sonra meyiti tapılan şəhid oğluna qurban kəsdi

Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib.   Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan jurnalist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.   Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda, onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarıb. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub.   Şəhid komandirin nəşi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Ərtoğrulun meyiti çətinliklə tapıldığı üçün atası bu addımı atıb.   Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.//oxu.az

Hamısını oxu