С НОВЫМ ГОДОМ


Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!
Hamısını oxu
Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fərmana əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunub. Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. Fərmanda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Hamısını oxu
“Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi açıq-aşkar İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlarla bəzi məqsədlərə çatmağa çalışdığı şübhəsizdir: “Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları bu kimi təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Bu işdə Ermənistan qədər onun xaricdəki himayədarları da maraqlıdırlar. Artıq mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntülər paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlıında olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür. Aprelin 1-də Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması planlaşdırılan təxribatların tərkib hissəsidir. Ermənistan ordusunun şərti dövlət sərhədlərində cəmləşdirldiyini nəzərə alsaq, bu kimi təxribatların yaxın günlərdə təkrarlanacağı istisna deyil. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, bölgədə baş verə biləcək mümkün insidentlərə görə məsuliyyət birmənalı şəkildə Ermənistan və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dövləti, onun Silahlı Qüvvələri xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyümüzə, suverenliyimizə yönəlik hər cür təhlükənin qarşısını almağa qadirdir. Əgər Ermənistan ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, o zaman bu təxribatın qarşısını bir neçə misli ilə alacaq”.
Hamısını oxu
Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Müəllim Jalə Qurbanlı və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuş “Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olmuşdur. 05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olmuşdur. Belə ki, “AzeRobot Education” Robototexnika tədris mərkəzinin rəhbəri İmamir Mirzoyevanın yaxından dəstəyi ilə həmin tədris mərkəzinin mentorları Murad Hüseynov və İbrahim İbrahimlinin təşkil etdiyi robototexnika master klassları uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayaraq və həmin robotlarla yarışaraq səmərəli zaman keçirmişlər. Bundan başqa, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor əvəzi Nailə Məmməd-zadə və Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayevin dəstəyi ilə BXA-nın bir qrup müəllimi və tələbələri Nihad Hüseynzadə, Səma Əzməmmədzadə rəqsin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərmişdir. Eyni zamanda, Teatral Studiya Uşaq Aktyorluq Akademiyasının bədii rəhbəri Səbinə Məmmədzadənin dəstəyi ilə Teatral Studiya aktyorları uşaqlara maraqlı səhnəciklər və eləcə də, aktyorluq sənətinə dair master klass təşkil etmişdirlər. Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.
Hamısını oxu