Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatı faşizm üzərində Qələbə Gününü qeyd edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 9 May - alman faşistləri üzərində qələbə günü münasibəti ilə İkinci Dünya müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış “Ana” abidəsi önünə gülqoyma mərasimi keçirib, onların xatirəsi böyük ehtiramla yad edilib.

Tədbirdə rayon Veteranlar Təşkilatının üzvləri ilə yanaşı, vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov, iş adamı, xeyriyyəçi Rafiq Abışov, bələdiyyə sədrləri, əmək və müharibə veteranları iştirak ediblər.

Tədbirdən sonra Veteranlar Təşkilatının üzvləri rayonun Astanlı kəndinə gedib İkinci Dünya Müharibəsi veteranı Əbiş Zamanovla evində görüşərək onu 9 May Qələbə günü münasibətilə təbrik ediblər.

100 yaşlı müharibə veteranı Əbiş Zamanov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabadda sağ qalan yeganə veteranıdır.

 

2023-05-09 20:24:54
3755 baxış

Digər xəbərlər

“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir” Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alıb. Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram. Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır. İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.  Şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri, 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır. Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib. Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.   Seymur ƏLİYEV

Hamısını oxu
“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi Azərbaycan dövlətinin hərbi qüdrətini bir daha göstərdi

Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 23-25–də Bakıda, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında təlimlərin önəminə diqqət çəkərək deyib: “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi və bu qəbildən olan digər təlimlərin həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyəti var. Məhz birgə təlimlər vasitəsi ilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkarlansın və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki ölkənin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər”. Polkovnik qeyd edib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər: “Təlimlərdə müxtəlif qoşun növləri iştirak edib ki, bu da onların geniş miqyasından xəbər verir. Bu kimi təlimlərin mütəmadi xarakter alması da təqdiredici haldır. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır”. Cəlil Xəlilovun sözlərinə görə, təlimin adı, habelə onun Türkiyənin 100-cü ildönümünə həsr edilməsi də qürur doğuran məqamlardandır: “Bu, hər şeydən əvvəl Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə və tarixdə, çətin günlərdə olduğu kimi xoş gündə də onunla birlikdədir.”.

Hamısını oxu