Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəsur Vətən oğlu, Böyük Vətən Müharibəsi iştirakçısı Şamil Həsənovun döyüş yolu gənclərimizə örnəkdir.

Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir.

Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir.

Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”,  “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.

2023-09-15 11:56:32
4020 baxış

Digər xəbərlər

Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.    

Hamısını oxu
İlhamə Abdullayeva buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, Təhsil İdarəsinin müdiri Sumqayıt şəhəri 37 nömrəli məktəbin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdləri ilə görüş keçirib Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavini Aynur Rüstəmova və Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüşdə iştirak ediblər. Məktəbin tədris mühiti ilə tanışlıq aparılıb, X siniflərdə dərs prosesi izlənilib. Dərslərin təşkili, müəllim-şagird münasibətləri, tətbiq olunan müasir təlim metodları və şagirdlərin fəallığı yerində müşahidə edilib. Daha sonra XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə buraxılış siniflərinin əsas hədəfləri, imtahanlara hazırlıq səviyyəsi, gələcək təhsil planları və motivasiya məsələləri müzakirə olunub, şagirdlərə müvafiq tövsiyələr verilib. Qeyd edək ki, buraxılış imtahanlarında iştirak edən 96 şagirdin nəticələri yüksək olub. Şagirdlərin 44%-i 200 və daha yüksək bal toplayıb, 45%-i isə 150–200 bal aralığında nəticə göstərib, 100 baldan aşağı nəticə isə ümumiyyətlə qeydə alınmayıb. Maksimum nəticə 292 bal, minimum nəticə isə 121 bal olub. Eyni zamanda, şagirdlərin 89%-i 50%-dən yuxarı nəticə əldə edib. Fənlər üzrə göstəricilər də müsbət dinamikanı əks etdirir: tədris dili üzrə 74, riyaziyyat üzrə 52, xarici dil üzrə isə 71 orta nəticə qeydə alınıb. Xüsusilə qeyd olunmalıdır ki, IX siniflə müqayisədə orta balda 29 ballıq artım müşahidə olunub və şagirdlərin 52%-i nəticələrində irəliləyiş göstərib. Bu statistik göstəricilər “Tam orta məktəb” layihəsinin məktəbdə uğurla tətbiq olunduğunu, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdiyini və tədris prosesinin keyfiyyətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu aydın şəkildə nümayiş etdirir. İdarə müdiri məktəbin pedaqoji kollektivi ilə də görüş keçirib. Görüş zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, tam orta təhsil layihəsinin effektiv tətbiqi və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.    

Hamısını oxu
İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib. “İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.    

Hamısını oxu
Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.Hörmətli Leyla xanım Əliyeva,  Sizi doğum gününüz münasibətilə Respublika Veteranlar Təşkilatı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyünüz işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi diqqət çəkən məqamlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara - yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və yardım göstərirsiz. Bütün bunlar alqışa layiqdir. Vətənimizin inkişafı naminə atacağınız hər bir addımda Sizə uğurlar diləyirəm.Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Hörmətlə,Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrigeneral-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu